Bagla !

forum
Reklam verin!
?
۞ TÜRK BİRLİYİ ۞
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
28may28 May-Respublika Günüdür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 90 il ötür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 90 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.
 
Məmmədəmin Rəsulzadənin Xalq Cumriyhəti yarandığı vaxtlar dediyi sözləri sizə mp3 formatında təqdim edirik (həcmi 861 kb)
Buyurun yükləyin
Davamı...

Açar sözlər: resulzade respublika günü 

Yazar: Zyklon-B | Tarix: May 28, 2008 21:52 | Xəbərlər, Türk Dünyası, Məqalələr, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 127

                        Heykəl var-məzara gömülsün gərək,
                                  Məzar var, heykəli ucalmalıydı.
                                                                         N.Həsənzadə

 

mehemmed emin resulzade

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
                       Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
                       Bir məzarlıq yer sənə.

Zamana bax! Bu torpağı
                      Bir“sağ ol”a satana,
Xəyanətin kölgəsində
                      rahat-rahat yatana
Bu milləti ölümlərlə
                      imtahana çəkənə
Məmləkəti başdan-başa
                     talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.

Davamı...

Açar sözlər: resulzade adr 28 may azerbaycan 

Yazar: Zyklon-B | Tarix: May 28, 2008 21:45 | Poeziya | Şərhlər(2) | Baxış sayı: 149

mehemmed eminMayın 28-də Türkiyənin paytaxtı Ankaradakı Cəbəci Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin qəbirüstü abidə kompleksinin açılışı olacaq. Bu barədə APA-nın Türkiyə bürosuna qəbirüstü abidə kompleksi layihəsinin müəllifi, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş katibi, Türkiyə Abidələr Dərnəyinin sənət məsələləri üzrə müşaviri Tuncər Kırhan məlumat verib. O, bir neçə ildir ki, Rəsulzadənin qəbrini mavzoley halına gətirməyi düşündüklərini bildirib: Davamı...

Açar sözlər: adr mehemmed emin resulzade azerbaycan 

Yazar: Zyklon-B | Tarix: May 26, 2008 23:07 | Xəbərlər, Türk Dünyası, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 109

Məhəmməd Əmin Rəsulzadənin xatirəsinəvahid qedim

Görmək üçün Azərbaycanı azadə Rəsulzadə,
Min cövrü cəfa çəkdi, bu dünyadə Rəsulzadə !

İlk dəfə qurub milli hökümət o Musavatdan,
Öyrəndi siyasət nədi bir çoxları ustaddan,
İllərdə əsrlərdə ötə cixmayacaq yaddan,
İllərdi xalq içrədi Rəsulzadə, Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Gördü o zamanlar diliyir milləti istiqlal,
Vermek diledi milletine ol qəti istiqlal,
Söylərkən Azadlıq yada Hürriyyəti istiqlal
Mütləq düşəcəkdir həmin an yada Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Zülmətləri ol şəxs idi ağ nur saçan dahi,
Rəhbərlik üçün xəlq eləmişdi onu Allahi,
Olmuşdu O başqan kimi, rəhbər kimi bir dahi,
İnsan kimi də ömür eləyib sadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə,
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə!

41 ilə 45 düvüründə cox axib qanlar,
Yetmiş min əsir azəri tutmuşdu almanlar,
O etdi xilas ölmədi, sağ qaldı o insanlar,
Məzlumlara vaxtında yetib dadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Vardi dinin hümmətinin sevgisi qəlbində,
Bir azəri türk dövlətinin sevgisi qəlbində,
Omür eyləyərək millətinin sevgisi qəlbində,
Azadlıq ücün də olub amadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Vahid Qədim üçün bu əsər fəxridi, gövhərdi,
Çün Məhəmməd Əmin bey adı dillərdə bir əzbərdi,
Azad yasamağın dadını milletə göstərdi,
Bir danədir və təkdir bu mənada Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Ardından Yükləmə Var...

Davamı...

Açar sözlər: meyxana meykhana vahid qədim resulzade 

Yazar: Zyklon-B | Tarix: Yanvar 18, 2008 15:34 | Mahnılar | Şərhlər(2) | Baxış sayı: 195

Qabaqkı yazılar

  Yazılar cəmi: 4   
 
top.SUMQAYIT KUR'AN YOLUNDA TOPLIST Webmasterim.Com
islamiweb.net Best Islamic Sites - Top Islamic Site Site Ekle Guzel Sozler ozel siteler