Bagla !

forum
Reklam verin!
?
۞ TÜRK BİRLİYİ ۞
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

  Resulzade

 Bu gün  Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük dövlət adamı Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.Bütün ömr boyu Azərbaycan xalqının istiqlaliyyəti  uğrunda mübarizə  aparan Rəsulzadə 31 yanvar 1884 cü ildə Novxanı kəndində anadan olmuşdur. 1918 ci ildə Şərqdə ilk demoktarik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətini elan edən Milli Şuranın rəisi olmuşdur. Azərbaycan Rusiya tərəfindən işğala məruz qaldıqdan sonra Stalinin təkidi  ilə Rusiyaya getmiş iki il orada yaşadıqdan sonra dostlarının köməyi ilə qardaş Türkiyə cümhuriyyətinə keçə bilmişdir.1941-45 ci illərdə almanlar tərəfindən tutulan azərbaycanlı  əsirlərin qurtarılmasında çox böyük fəaliyyət göstərmişdir.Ömrünün  sonuna qədər Türkiyədə yaşamışdır.1955 ci ilin mart ayının 6"da əbədiyyətə qovuşmuşdur. Həyat Səhifəsi

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar."
    Bəli  Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə  etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq.Şükürlər olsun ki, Azərbaycan günümüzdə müstəqil bir cümhuriyyətdir.Ruhun şad olsun əfəndim.Sənin qurduğun Cümhuriyyət yaşayır və yaşayacaq...

Qaynaq: www.resulzade.org


Açar sözlər: rəsulzadə 

Yazar: Zyklon-B | Tarix: Yanvar 31, 2008 16:04 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 148

Qabaqkı yazılar

  Yazılar cəmi: 1   
 
top.SUMQAYIT KUR'AN YOLUNDA TOPLIST Webmasterim.Com
islamiweb.net Best Islamic Sites - Top Islamic Site Site Ekle Guzel Sozler ozel siteler