Bagla !

forum
Reklam verin!
?
۞ TÜRK BİRLİYİ ۞
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

Məhəmməd Əmin Rəsulzadənin xatirəsinəvahid qedim

Görmək üçün Azərbaycanı azadə Rəsulzadə,
Min cövrü cəfa çəkdi, bu dünyadə Rəsulzadə !

İlk dəfə qurub milli hökümət o Musavatdan,
Öyrəndi siyasət nədi bir çoxları ustaddan,
İllərdə əsrlərdə ötə cixmayacaq yaddan,
İllərdi xalq içrədi Rəsulzadə, Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Gördü o zamanlar diliyir milləti istiqlal,
Vermek diledi milletine ol qəti istiqlal,
Söylərkən Azadlıq yada Hürriyyəti istiqlal
Mütləq düşəcəkdir həmin an yada Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Zülmətləri ol şəxs idi ağ nur saçan dahi,
Rəhbərlik üçün xəlq eləmişdi onu Allahi,
Olmuşdu O başqan kimi, rəhbər kimi bir dahi,
İnsan kimi də ömür eləyib sadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə,
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə!

41 ilə 45 düvüründə cox axib qanlar,
Yetmiş min əsir azəri tutmuşdu almanlar,
O etdi xilas ölmədi, sağ qaldı o insanlar,
Məzlumlara vaxtında yetib dadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Vardi dinin hümmətinin sevgisi qəlbində,
Bir azəri türk dövlətinin sevgisi qəlbində,
Omür eyləyərək millətinin sevgisi qəlbində,
Azadlıq ücün də olub amadə Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Vahid Qədim üçün bu əsər fəxridi, gövhərdi,
Çün Məhəmməd Əmin bey adı dillərdə bir əzbərdi,
Azad yasamağın dadını milletə göstərdi,
Bir danədir və təkdir bu mənada Rəsulzadə!
Görmək üçün Azərbaycanı azadə Rəsulzadə
Min cövrü cəfa çəkdi bu dünyadə Rəsulzadə !

Ardından Yükləmə Var...

Davamı...

Açar sözlər: meyxana meykhana vahid qədim resulzade 

Yazar: Zyklon-B | Tarix: Yanvar 18, 2008 15:34 | Mahnılar | Şərhlər(2) | Baxış sayı: 197

Qabaqkı yazılar

  Yazılar cəmi: 1   
 
top.SUMQAYIT KUR'AN YOLUNDA TOPLIST Webmasterim.Com
islamiweb.net Best Islamic Sites - Top Islamic Site Site Ekle Guzel Sozler ozel siteler