Reklam verin!
Yuma Ailə Jurnalı
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
Məşhurların son sözləri
Tarixi şəxsiyyətlərin ölümdən öncə dediyi son sözləri bilirsiniz?

Maraqlıdırsa ardına keçin...
Məşhurların son sözləri

Sezar: Sən də mi Brut?
Oktavian: Oyun bitdi.
Neron: Dünya böyük bir sənətkarı itirir.
Vespasianus (Ayağa qalxaraq): İmperator ölümü ayaq üstə qarşılamalıdır.
Viktor Hüqo: Qara bir işıq görürəm.
Karl Marks: İşinizlə məğul olun.Yalançı adamlar son söz deyir, yalnız axmaqlar.
Motsart: Ölümün dadı dilimin ucundadı.Bu dünyada olmayan bir şey hiss edirəm.
Nikolay Vasilyeviç Qoqol: Bir nərdivan, tez bir nərdivan gətirin.
Bayron: Hər şey bitdi.Artıq çox gec.
Oskar Vild: Ya divar kağızı gedir, ya da mən.
Albert Eynşteyn: Mən içimi burda bitirirəm.
Çörçil: Hər şey canımı sıxır.
Çarli Çaplin (Bu vaxt Pedro deyirmiş: Tanrı ruhunu bağışlasın): Niyə də olmasın?Nə də olsa öz malıdır.
Lüdviq Van Bethoven: Komediya bitdi.

Bookmark and Share

Açar sözlər: meshurlar 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 23, 2008 22:33 | Məqalələr, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 205

Napoleon və Hitler
Hər ikisi hakimiyyətə 44 yaşında gəlib. Hər ikisi Rusiyaya 52 yaşları olanda hücum edib. Hər ikisi 56 yaşlarında məğlub olublar...
Napoleon və Hitler

- Napoleon 1760-cı ildə anadan olub, Hitler 1889-cu ildə - fərq 129 il
- Napoleon hakimiyyətə 1804-cü ildə gəlib, Hitler 1933-cü ildə - fərq 129 il
- Napoleon Venaya 1809-cu ildə daxil olub, Hitler 1938-ci ildə - fərq 129 il
- Napoleon Rusiyaya 1812-ci ildə hücum edib, Hitler 1941-ci ildə - fərq 129 il
- Napoleon müharibəni 1816-ci ildə uduzub, Hitler 1945-ci ildə - fərq 129 il
- Hər ikisi hakimiyyətə 44 yaşında gəlib. Hər ikisi Rusiyaya 52 yaşları olanda hücum edib. Hər ikisi 56 yaşlarında məğlub olublar.

Bookmark and Share

Açar sözlər: hitler napoleon 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 23, 2008 22:25 | Məqalələr, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 149

7

7 rəqəminin sirri

Quran və Sünnədə 7 rəqəminin sirri
Şübhəsiz ki, Quran möcüzədir və dil, qanunvericilik yönündən möcüzəvi xüsusiyyətinə dair çoxsaylı aspektləri var. Qurani Kərimin insanlara və cinlərə müraciət edərək Qurandakı surəyə bənzər bir surə gətirmək ilə əlaqədar meydan oxuması hələ də hökm sürür. Allah təala buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər”. (əl-İsra 17:88)

İbn əl-Qeyyim 7 rəqəmi haqqında özünün “Zad əl-Məad fi Huda Xeyr əl-İbəd (4/90)” kitabında Səhiheyndəki (Buxari və Müslimdə) hədisi müzakirə edərkən bu barədə danışmışdır:

Hədisdə deyilir: “Hər kim səhər yeməyində yeddi “əl-Aliya”xurması yesə, həmin gün ona nə zəhərlənmə, nə də sehr gəlməz”.

İbn Qeyyim demişdir: “Yeddi rəqəminin xüsusiləşdirilməsi məsələsi Allah təalanın yaradılışı, xəlqi və şəri əmrləri ilə əlaqədardır. Allah yeddi səma, yeddi yer və yeddi gün xəlq etmişdir və insanın yaradılışı yeddi mərhələdə tamamlanır.

Allah təala qullarına Kəbənin ətrafında yeddi dəfə təvaf etməyi, Səfa və Mərva arasında yeddi dəfə səy etməyi (iki hədəf arasında qaçmaq), yeddi kiçik daşı cəmərəyə atmağı buyurmuşdur. Bayram namazının birinci rəkətində təkbirlərin sayı yeddidir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin”

Bir rəvayətə görə oğlan övladı yeddi yaşına çatdıqda ona valideynlərindən ikisindən birini seçməkdə seçim verilir. Digər bir rəvayətə görə atasının onun üzərində haqqı anasının haqqından irəlidir. Üçüncü rəvayətə görə isə anasının onun üzərində haqqı atasının haqqından irəlidir.

Allah təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir.

Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissalama göndərdiyi kimi yeddi il--yeddi illik aclıq- göndərməklə ona kömək etsin.

Allah təala sədəqə verənin savabını hər birində yüz buğda olmaqla yeddi sünbül məhsul verən buğdaya bənzətmişdir.Yusifin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı, buğdanın becəriləcəyi illərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə və bundan çox artırılır. Bu ümmətdən yetmiş min hesaba çəkilmədən Cənnətə daxil olacaqdır.

Sonra İbn Qeyyim şərh edir: “Sözsüz ki, bu rəqəmin başqa rəqəmlərdən fərqli xüsusi özəllikləri var... Bu rəqəmi xüsusiləşdirərkən Allah təala Öz hikmətini, qanunlarını və hökmünü daha yaxşı bilir. Sitatın sonu.

Bunu əsas götürərək, bu məsələdə doğru rəy budur ki, açıq-aydın, səhih dəlil olmadan bu rəqəmin zikr olunmasının səbəbi haqqında əqli müzakirələrə girişməkdən çəkinmək lazımdır.

Allah daha yaxşı bilir.
 
 


Bookmark and Share

Açar sözlər: rakami kuran din islam 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 16, 2008 21:54 | Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 183


Peyğəmbərimiz Məhəmməd (s.ə.s.)-in Ramazan ayı
və Oruc Haqqında Hədisləri.

Rəsulullah "sallallahu əleyhi və səlləm" əfəndimiz; Şa'ban ayının son günü xütbədə buyurdu ki: (Ey Müsəlmanlar! Üzərinizə elə böyük bir ay kölgə vermək üzrədir ki, bu aydakı bir gecə [Qədr gecəsi], min aydan daha faydalıdır. Allahu təala, bu ayda, hər gün oruc tutulmasını əmr etdi. Bu ayda, gecələri təravih namazı qılmaq da sünnətdir. Bu ayda, Allah üçün kiçik bir yaxşılıq etmək, başqa aylarda, fərz etmiş kimidir. Bu ayda, bir fərz etmək, başqa ayda yetmiş fərz etmək kimidir. Bu ay, səbr ayıdır. Səbr edənin gedəcəyi yer Cənnətdir. Bu ay, yaxşı dolanmaq ayıdır. Bu ayda möminlərin ruzisi artar. Bir kimsə, bu ayda, bir orucluya iftar versə, günahları əhv olar. Haqq təala, onu Cəhənnəm atəşindən azad edər. O oruclunun savabı qədər, ona savab verilər.)
Eshab-ı kiram, dedilər ki: Ya Rəsulullah! Hər birimiz, bir orucluya iftar verəcək, onu doyuracaq qədər zəngin deyilik. Rəsul "əleyhissalam" buyurdu ki: (Bir xurma ilə iftar verənə də, tək su ilə oruc açdırana da, bir az süd ikram edənə də, bu savab veriləcəkdir. Bu ay, elə bir aydır ki, ilk günləri rəhmət, ortası əhv və bağışlama və sonu Cəhənnəmdən azad olmaqdır. Bu ayda, əmri altında olanların [işçinin, məmurun, əsgərin və tələbənin] vəzifəsini yüngülləşdirənləri [müdirləri, komandirləri], Allahu təala əhv edib, Cəhənnəm atəşindən qurtarar. Bu ayda dörd şeyi çox edin! Bunun ikisini Allahu təala çox sevər. Bunlar, Kəlimeyi şəhadət söyləmək və istiğfar etməkdir. İkisini də, zatən hər zaman etməniz lazımdır. Bunlar da Allahu təaladan Cənnəti istəmək və Cəhənnəm atəşindən Ona sığınmaqdır. Bu ayda, bir orucluya su verən bir kimsə, qiyamət günü susuz qalmayacaqdır.)

Hədis-i şəriflərdə buyuruldu ki:

"Ramazan elə bir aydır ki; ilk günləri rəhmət, ortası bağışlama və sonu Cəhənnəm atəşindən xilas olmaqdır."

"Əgər qullar, Ramazan-ı şərif ayındakı fəzilət və ensanları bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər. Çünki bunda çox savab vardır."

"Ramazan ayının gəlməsinə sevinəni, Allahu təala, qiyamət gününün qorxusundan mühafizə edər."

"Ramazan ayında bir günah işləyən, iki əzaba məruz qalar. Ramazan ayında bir yaxşılıq edən də, iki savaba qovuşar."

"Ramazan ayının gündüz və gecəsində Quran-ı kərimdən bir ayət oxuyana, hər hərfi üçün bir şəhid savabı verilər."

"Ramazan-ı şərifə hörmət edən, Allahu təalaya hörmət etmiş olar."

"Allahu təala Ramazan ayında günah işləməyi tərk edən kimsənin, on bir aylıq günahını bağışlayar"...
Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günki savaba qovuşa bilməz) buyuruldu. [Tirmizi]
(Amma dini bir bəhanə varsa oruc tutmamaq günah olmaz.)

(Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyirindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar.) [Nəsai]

(Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allahu təaladan gözləyərək oruc tutanın günahları bağışlanar.) [Buxari]

(Ramazan ayı gəlincə, Ey xeyr əhli, xeyirə qaç! Şər əhli, sən də pisliklərdən əl çək deyilir.) [Nesai]

(Fərz namaz, sonrakı namaza qədər; Cümə, sonrakı Cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahlara kəffarə olar.) [Taberani]

(Arxa arxaya üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.) [Əbu Nuaym] /MiX.Az/


Bookmark and Share

Açar sözlər: islam din oruc ramazan resulallah 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 4, 2008 23:16 | İslam | Şərhlər(0) | Baxış sayı: 104

yorgun

Alimlər,dahi şəxslər Həyat və İnsan haqqında dediklərini sizlərə təqdim edirəm.
Çox maraqlı 45 mənalı cümlə xəbərin ardında... 

1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse)

2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel)

3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)

4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs)

5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

6. Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker)

7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler)

8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)

10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante)

11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop)

13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)

14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller)

15. Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi)

16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte)

18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq)

19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi)

21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)

22. Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer)

23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)

24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr)

25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə)

26. Nəfsinin hakimi olan dünyanın ağası olar.(Naməlum)

27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.(Napoleon)

28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.(F.Nitsşe)

29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)

31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana)

32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)

33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza)

34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir.(U.Şekspir)

36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.(İ.Ten)

37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.(Q.Təbrizi)

38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.(L.Tolstoy)

39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld)

40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.(Van Qoq)

41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)

43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)

44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.(L.Vovenarq)

45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro)


Bookmark and Share

Açar sözlər: hayat heyat aforizm sozler insan 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 4, 2008 23:03 | Məqalələr | Şərhlər(0) | Baxış sayı: 147

Bəs siz hansı növ oruc tutacaqsınız?

oruc

Hamımız oruc tutacağımıza görə, Rəbbimizə həmd və şükür etməliyik. Elə insanlar vardır ki, müəyyən səbəblərə görə oruc borcunu yerinə yetirməkdən məhrumdurlar.

Bəziləri bunu heç bir səbəb olmadan, bəziləri isə iman və iradə zəifliyindən dolayı oruc tutmurlar.

Oruc tutmayan şəxslər müəyyən səbəblərdən dolayı məhrum hesab edilə bilməzlər. Belə ki, onlara maneə törədən şərtlər aradan qaldırıldığı təqdirdə onların oruc tutmaları mümkün olur. Digər tərəfdən, belələri hər oruca görə, fidyə verməklə yenə də oruclarını tutmanın sevincini yaşıya və özlərini xoşbəxt hiss edə bilərlər. Ancaq fikrimizcə, iman və iradə zəifliyi ucbatından oruclarını tuta bilməyənlər həqiqətən məhrumluq hissinə qapılırlar.

Hətta deyə bilərik ki, bu məhrumiyyət duyğusu onların vicdanlarının oyanmaları üçün fürsət, gözəl xüsusiyyət və məziyyət hesab edilə bilər. Məsələnin ən xoşağəlməz cəhəti isə bu peşmanlıq hissindən məhrum qalmaqdır. Çünki verdiyi bütün nemətlərinin qarşılığında on bir ay ərzində bizi sərbəst buraxan Rəbbimizin bizi bir aylıq iradə imtahanına tabe tutması itiriləcək bir imtahan deyildir. Bu bir aylıq iradə imtahanı həm dünyamız, həm də axirətimiz üçün faydalıdır.

Bax, biz bu iradə imtahanını itirənlərdən olmadığımız üçün Rəbbimizə həmd və şükür edərək, nəfsimizi sorğu-suala çəkir və özümüzə belə bir sual veririk: “Bu iradə imtahanını necə verməli, necə oruc tutmalıyıq? Orucumuz hansı cinsdəndir?

Deyə bilərsiniz ki, heç orucun da cinsi olar? Adi qaydada oruc tuturuq. Orucu pozan şeylərdən uzaq dururuq.

Düzdür, orucu pozan şeylərdən uzaqlaşdıqda orucu tutmuş və borcdan qurtulmuş oluruq. Ancaq belə bir oruc adi orucudur. Bir də yalnız bunlarla kifayətlənməyib bəzi pis əməllərdən çəkinərək, tutduğumuz oruc vardır. Hətta ikinci oruc tipindən də üstün - peyğəmbərimizin (s), səhabələr və digər islam böyüklərinin tutduğu oruc vardır. Görəsən, biz bu orucdan da nəsibimizi ala bilirikmi? Yoxsa yalnız adi qaydada – yeməyib içməyərək, tutduğumuz orucla kifayətlənirik?

Deməli, üç cür oruc vardır. Adi, ondan bir az üstün və ən gözəl oruc.Fikrimizcə, biz adi oruc tutanlardanıq. Belə ki, biz yalnız orucu pozan yemək-içmək və cinsi münasibət kimi maddi şeylərdən uzaq dururuq.

Bundan bir pillə üstün olan oruc isə yalnız maddi ləzzətlərdən çəkinməklə qalmayıb bədənin digər orqanları ilə də oruc tutmaq şəklində baş verir. Bu zaman dilimizlə, qulağımızla, əlimizlə və ayağımızla da oruc tuturuq. Oruclu ikən əsla qeybət etməyənlər, yalan söyləməyənlər, harama baxmayanlar və haram yola düşməyənlər belələrindəndir. Bu cür oruc tutan şəxslər əlləri ilə haramı tutmaz, qulaqları ilə haram söz dinləməzlər, bu günahları orucu pozan xətalar qəbul edirlər.

Ən üstün oruc isə bütün bunlarla kifayətlənməyib səviyyəni daha da yuxarı doğru qaldıraraq fikirlərinə, düşüncələrinə və qəlbinə oruc tutduran kəsin orucudur. Bu cür oruc tutan şəxslər qəlbləri ilə heç bir pis şey haqda fikirləşməz, günah əməlləri xəyallarından belə keçirməzlər. Onlar belə şeyləri orucu pozan əksiklik qəbul edərlər.

Siz necə hesab edirsiniz? Sizin orucunuz hansı növdəndir? Bir çoxları kimi adi qaydada oruc tutacaqsınız, yoxsa tutacağınız oruc ondan daha üstündür? Bəlkə siz artıq daha da irəli gedərək, fikirlərinizə, düşüncələrinizə, niyyətlərinizə də oruc tutduraraq ən üstün şəkildə oruc tutmağa çalışacaqsınız? Bu mövzunu bizə ümid verən şəkildə düşünərək, belə deyə bilərsinizmi? Nə üçün daha fəzilətlisi üçün çalışmayaq? Bütün günü yemədən içmədən mədəmizə oruc tutdurmaqla adi qaydada orucumuzu tutduğumuz halda bədən üzvlərimizi də heç bir pisliyə və günaha bulaşdırmadan daim xeyir işlərlə məşğul etməyə səy göstərsək, daha fəzilətli bir oruc tutmuş olmarıqmı? Belə olan təqdirdə adi orucla kifayətlənməmiş və bədənimizin digər üzvlərinə də oruc tutdurmuş olmarıqmı? Nə fikirləşirsiniz? Orucumuzda ilkin pillədə saymayaraq, daha üstün mərtəbələrə qalxmaq mümkün deyilmi? Fikrimizcə, oruca hazırlaşarkən belə bir niyyət və əzmimiz olsa daha gözəlinə niyyət etmiş olmarıqmı?

/AzeriMuslims/


Bookmark and Share

Açar sözlər: oruc ramazan ramadan islam 

Yazar: Zyklon-B | Tarix: Sentyabr 1, 2008 6:00 | İslam | Şərhlər(0) | Baxış sayı: 102

eynsteyn 

Eynşteynin nisbilik nəzəriyyəsinin irəli sürdüyü qara dəliklərin toqquşma və birləşmələri ilk dəfə kompüter simulasiyaları ilə isbat edildi.

Albert Eynşteynin nisbilik nəzəriyyəsinin irəli sürdüyü bəzi təklifləri praktiki tətbiq etmək mümkün olmadığı zaman, kompüterlər köməyə çatır. Eynşteynin ilk dəfə elm dünyasında çox müzakirə olunan məvhumlarından biri olan "Cazibə Dalğaları" də NASA-nın Qravitasiya Astrofizika Laboratoriyasında birinci dəfə bir üç ölçülü modeldə
test edilmişdi.

Araşdırmada məsul olan NASA mütəxəssisi Coan Sentralla, qara dəliklərdəki cazibə dalğalarının əvvəlcə animasiyalarda çəkildiyini, ancaq son simulyasiya ilə Eynşteynin tərifinə yaxın bir təmsilin əldə edildiyini bildirdi. Cazibə dalğalarının kainatda mövcud olduğu məlum idi, ancaq sübut etmək üçün birbaşa müşahidə hələ də aparılmadı.


Bookmark and Share

Açar sözlər: eynsteyn qara delikler 

Yazar: Zyklon-B | Tarix: Avqust 31, 2008 11:31 | Məqalələr, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 133

Dini Krallıq, yoxsa öz dinini ən yaxşı şəkildə satışa çıxaran holdinq?

  • Vatikanda nüfuz müharibəsi yoxsa təriqətlər savaşı gedir?
  • Papalıq necə və neçə nəfər tərəfindən idarə olunur?
  • Sui-qəsdlər dünyasına çevrilən Vatikanın iqtisadi imperiyası...
  • Katolik şəbəkə dünyanı necə bürüyür?
  • Çirkli işlərində mafiadan istifadə edən dini dövlət…
    Vatikanın sahib olduğu şirkətlər və media quruluşları barədə bilmədikləriniz...
  • Vatikanın sərvətinin tam olaraq nə qədər olduğu heç bir zaman açıqlanmayan bir sirrdir. İllik gəlirləri bəzən açıqlanır, fəaliyyəti bir az da şişirdilərək göstərilir, ancaq mal varlığı tam olaraq açıqlanmaz. Vatikan tam bir xəsis tacir kimidir; daim gəlirlərinin azlığından şikayətlənər, amma maraqlıdır ki hər keçən il bir az daha zənginləşər, bir az daha çox pul qazanar. Vatikan maliyyəsi ildə iki dəfə araşdırılır. Maliyyə komissiyasında kardinallar var və başçı da ("Prefektor" deyilir) amerikalı Kardinal Edmund Szokadır.

    Dünyanın sərvəti sirr kimi gizlədilən ən qazanclı şirkəti


    Vatikan dünyanın ən zəngin dövlətlərindən biridir. Məşhur Vatikan eksperti Peter Hebblethvaitenin dediyinə görə, bu dövlət heç bir xüsusi təşəbbüskarın, ya da kapitalistin bacara bilməyəcəyi qədər qatı "sosialist" qaydalarla idarə olunmaqdadır. Həmin ekspertin fikrincə, bu səbəbdən də Vatikan yer üzündəki tək Sosialist Dini Dövlət sayılmalıdır.

    Həqiqətən də Vatikanda heç bir dövlətin edə bilməyəcəyi bir "sistem" və rəhbərlik anlayışı qüvvədədir. Gördükləri işə görə dünyada ən az maaş alan insanlar buradadır. Buna baxmayaraq cəmi 1000 adamı keçməyən Vatikan bürokratiyası, 2500 işçisiylə dünyanın ən sıx dini birliyini (təxminən 900 milyon) heç bir problem olmadan idarə etməkdədirlər. Bu gerçəyi yeni öyrənən bir amerikalı zəngin özünü tuta bilməmiş və "Aman Tanrım! Məgər dünyanın ən qazanclı şirkəti Vatikanmış" demişdi.

    600 adamın istiqamətləndirdiyi 900 milyon insan qeyd-şərtsiz olaraq Vatikana bağlıdırlar və onun əmrlərinə tabedirlər. Ən maraqlısı, onu qorumaq, inkişaf etdirmək və gerçəkdə daha da zənginləşdirmək öhdəçiliyi götürüblər. Bu əməklərinə qarşılıq Papadan ala biləcəkləri tək "gəlir" hər bazar günü Papanın onlar adına etdiyi təşəkkür "duası"dır, o qədər…

    Dünyanı bürüyən şəbəkə


    Vatikanın birbaşa, ya da dolayı yolla sahibi olduğu və ya istiqamətləndirdiyi gündəlik, həftəlik və aylıq 200-dən çox qəzet və jurnal, 154 radio stansiyası, 49 TV kanalı və ya kabelli yayımı vardır. Bu KİV-lər 24 saat müddətlə bütün dünyanı bir şəbəkə kimi bürüməkdədir. Vatikanın gəlirləri başda hər ölkədəki katoliklərdən kəsilən kilsə vergisi; haqqlar; ianələr, hədiyyələr; şirkət gəlirləri, hissə-səhm sənədləri, bon gəlirləri, bankçılıq və faiz gəlirləri, hədiyyəlik əşya satışlarıyla əldə edilən gəlirlərdən meydana gəlməkdədir. Mətbuat nəşrdən əldə edilən reklam gəlirləri də böyük paradan xəbər verir. Vatikanın digər bir gəlir qaynağı da xristianlığı təmsil edən kəsləri, məsələn İsanı, Məryəmi, əzizləri və ya simvolları (xaç kimi) satışa çıxararaq qazandığı qazanclardır. Bu baxımdan baxıldığında Vatikanın öz “Tanrı”sını (İsa) və dinini ən yaxşı satışa çıxaran holdinq olduğu açıq-aşkar görülə bilir! Vatikanın gəlirləri yalnız bunlardan ibarət deyil. Vatikan, dünyanın qabaqda gələn bir çox şirkətində səhmdardır. Müxtəlif ölkələrdə saysız daşınmaz əmlakı var. Bir çox bankın ortağıdır. Xüsusilə, geyim və turizm sektorlarına çox qazanc gətirən investisiyalar qoyub. Avropa Birliyi içində Vatikana bağlı olaraq çalışan "Katolik Tekstil Sənayeçiləri Birliyi" onun mənfəətlərinin idarəçisi vəziyyətindədir. Bənzər şəkildə ayaqqabı, yemək və enerji ilə inşaat sektorlarında da qazanclı investisiyaları və ortaqlıqları vardır. Sözün qisası, 200 milyon əhalisi olan ABŞ-ı idarə edə bilmək üçün yalnız Vaşinqtonda 250.000 dövlət məmuru olduğu düşünülsə, Vatikan "möcüzəsi (!)" daha yaxşı aydın olar.

    İxrac malı olaraq yalnız "Dualar və Əmrləri" olan bir dövlətin dünyanın ən sıxlıq birliyini idarə edib dünyanın ən zəngin dövlətlərindən biri ola bilməsi başqa hansı sözlə tərif oluna bilər ki...

    Vatikanda iqtidar döyüşü


    Belə bir zəngin və güclü bir dövlətin başında kim olmaq istəməz ki? Bu səbəbdən də Vatikanın içində daim bir mübarizə yaşanmaqdadır. Vatikanda təsirləri və gücləri tartışılamayacak başlıca altı axın vardır. Bunlardan ikisi "dünyəvi", dördü "dini" xüsusiyyətdədir. Dünyəvilər OPUS DEI (Tanrının İşləri deməkdir) ilə Malta Cəngavərləridir. OPUS DEI, İspan əsllidir və yalnız 65 illik bir təşkilatdır. Buna baxmayaraq hal-hazırda Vatikanda ən təsirli olan "dünyəvi" təşkilatdır. Gizli bir təşkilat olan OPUS DEI-nin bütün üzvləri katolik peşə sahibləri olmaqla yanaşı, hər ölkədə təşkilatdan məsul bir kardinal vardır. Vatikan pasportu daşıyan bu kardinalların toxunulmazlıqları vardır və yalnız Papaya qarşı məsuldurlar. Curia belə bunlarla bacara bilmir. Malta Cəngavərləri isə OPUS DEI-dən çox daha köhnə və köklü, aristokratik bir təşkilatdır. Bu da əvvəlki kimi bağlı dövrə işləyən bir təşkilatdır və ününü türklərə qarşı katolik inancını müdafiə edərək əldə etmişdir. İlk olaraq, Rodosda qurulmuş, bura Osmanlının əlinə keçincə Maltaya sığınıb. Türklüyə və İslamiyyətə kökdən qarşı bir təşkilatdır. Maraqlıdır ki, bu cür qatı katolik təşkilatı ölümündən bir il əvvəl Türkiyənin nəqşibəndi təriqətinin İsgəndərpaşa camaatının müridi olan prezidenti Turqut Özala xüsusi status verərək, şərəf üzvlüyünə qəbul etmişdi!

    Vatikanda təriqətlər savaşı


    Vatikanın daxili siyasətində və çəkişmələrində dörd dini axın təsirli olmaqdadır. Bunlardan birincisi, Dominiken təriqətidir. Bunlar üçün ən əhəmiyyətli olan xüsusi təşkilat olaraq Kilsənin davamlılığının qorunması və hər şərt altında müdafiə olunmasıdır. Dominikenler, "Əvvəl Kilsə" deyən təriqətdir. Aristokratik, amma eyni zamanda da qəddar və doqmatiq olmaqla tanınırlar. Orta əsrlərin İnkvizasiya Məhkəmələrini bunlar qurdurub, milyonlarla insanı - xüsusilə də cadugər deyə xarakterizə etdikləri qadınları - yandırıblar. Dominikenlerin tam qarşısında Fransiskan təriqəti var. Bunlar üçünsə əvvəl Romadakı Kilsə deyil, "əvvəl xristianlıq" gəlir. Fransiskanlar yoxsullardan yana, din adına qarşılıqsız çalışan keşişlər birliyidir. Onlar üçün əvvəl Kilsə və ya Papa deyil, xristianlığın yer üzündə bərqərar olması əhəmiyyətlidir. Üçüncü birlik Fransiskanlar qədər çalışqan, amma Dominikenler qədər mərhəmətsiz ola bilən Cizvitlər təriqətidir. Bunlar Katolik aləminin "intellektualları" mövqesindədirlər. Bunlar üçün əhəmiyyətli olan isə "Papalıq mövqeyi"dir. Papaların özləri və ya Kilsənin özü deyil, "Papalıq Mövqeyi"nin qorunması və müdafiə olunması prioritet daşımaqdadır. Cizvitlər bu anlayışla bir çox Papaya - XVI Benediktdən öncəki Papa olan II İohan Pavel də daxil- qarşı çıxmışlar. Papaları ucaldan OPUS DEI ilə Papalıq Mövqeyini ucaldan Cizvitlər arasında hər zaman problem yaşanıb. Cizvitlərə görə, OPUS DEI, papaya sitayiş (Papolatry) etməkdədir. Cizvitlər ən sürətli misioner təşkilatıdır. OPUS DEI dördüncü axının nümayəndəsidir. Onlara görə, Papanın şəxsiyyəti, Kilsənin də, Papalıq Mövqeyinin də üstündədir. Papa, Tanrı-Krallığının müqəddəs lideridir. Onların düşüncəsinə görə, belə bir uca bir mərtəbəyə çata bilən adam da əlbəttə "fövqəladə" bir adamdır. Bu səbəbdən də OPUS DEI, belə "fövqəladə" bir adam tərəfindən təmsil edilən Vatikan Dövlətini ucaldar və Kilsəni ikinci planda görər. Vatikan Dövlətinin beynəlxalq "rəsmi" ideologiyası isə bu dörd axının ortaq məxrəcləriylə meydana gətirilmiş olan və bütün xristian aləmini bir dam altında toplamanı nəzərdə tutan Ekümənizm (İlahi Hakimiyyət) Hərəkatıdır.

    Çirkli işlərində mafiadan istifadə edən dövlət


    Vatikanın və Papalığını tarixi saysız cinayət, intriqa və skandallarla doludur. Bu günə qədər gəlib keçmiş 263 Papadan neçəsinin əcəliylə, neçəsinin cinayətə qurban gedərək, öldüyü müəyyən deyil. Ən yaxın nümunə, II İohan Paveldən əvvəl Papa seçilən və yalnız 33 gün Papalıq edə bilən I İohan Paveldir. Vatikan üzrə ekspert, araşdırmaçı David Yallopun sənədlərə istinad edərək açıqladığı fakta görə, bu Papa Vatikanın içindəki bir "Konspirasyon-Fəsad Təşkilatı" ilə "P2 Mason Lojası"nın ortaq cəhdiylə öldürülmüşdür. Vatikanda gecə sağlam yatıb səhərə cəsəd olaraq qaldırılmaq su içmək qədər adi bir durumdur. Vatikanın xüsusilə II Dünya Müharibəsi əsnasında gücləndirdiyi müdhiş bir kəşfiyyat şəbəkəsi var. Vatikanın içindən müxtəlif xalqların -başda Fransa, Polşa və Almaniya - kəşfiyyat təşkilatlarıyla birlikdə çalışan Kardinallar çıxıb. Bunlardan bəziləri daha sonra Papa seçilib. Məsələn 1978-ci ildə öz əcəliylə ölən Papa VI Pavel, gizli kəşfiyyat təşkilatlarıyla əlaqəli bir Kardinal olaraq tanınırdı. Vatikan "çirkli" işlərində daim killerdən istifadə edən bir dövlətdir. Bu murdar işləri təmizləmək mafiayanın vəzifəsidir. Vatikanın siyasət aləmində də yarı-gizli, yarı-rəsmi dəstəklədiyi partiyalar və siyasətçilər vardır. Bunlara ən yaxşı nümunələr Almaniyadakı CDU/CSU (Xristian Demokratlar) və İsveçrədəki CVP (Xristian Xalq Partiyası) xəttidir. Vatikanın bu və digər bir çox siyasi quruluşla, məsələn şagird və işçi quruluşlarıyla gücü əlaqələri var. Vatikan, BMT-də, UNESCO-da, FAO-da, AB-Də və Amerika Dövlətləri Təşkilatında "müşahidəçi" statusundadır.

    "Vatikan nədir?" sualının gerçək cavabı da bu əlaqələrdə axtarılmalıdır. Vatikan, iqtisadi siyasəti ilə "Dövlət Sosializi"ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir. İctimai-tarixi məzmununda isə funksiyaları etibarıyla "doqmatik-dinci" bir dövlətdir. Bu xüsusiyyətiylə də hal-hazırda çox sıx istifadə edilən fundementalizmin (kökdənçiliyin) çağımızdakı ən köhnə və ən güclü nümayəndəsidir. Həqiqətən də Vatikan, dünyada dövlət diametrində təşkilatlana bilmiş ilk fundamentalist Dini Krallıqdır.


    Yazar:
    Aytunç ALTINDAL
    Azərbaycan Türkcəsinə uyğunlaşdırdı:
    Aqil ƏLƏSGƏR
    Yeni Çağ 

    Bookmark and Share

    Açar sözlər: vatikan terror yeni cag bilmediklerimiz 

    Yazar: Zyklon-B | Tarix: Avqust 28, 2008 11:34 | Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 131

     İmkanım Yoxdur Demə!!!
    Düzünü söylə
    Tənbəllik etdim de,
    Canım istəmədi de,
    Qılmaq istəmədim de,
    Heç olmasa yatdım de,
    Ne deyirsən de amma şərait yoxdur demə
    İMAN ƏN BÖYÜK İMKANDIR!!!

    namaz

    namaz

    namaz

    namaz

    namaz

    namaz

     

    Ardı Var...


    Bookmark and Share

    Açar sözlər: islam namaz din allah quran 

    Yazar: Zyklon-B | Tarix: Avqust 26, 2008 23:08 | İslam, Şəkillər | Şərhlər(1) | Baxış sayı: 132

    kitab

    Gözəl yaşamağın 10 qızıl açarı 

    Calışaq bu qızıl açarları əldə saxlayaq

    GÖZƏL HƏYATIN 10 AÇARI           

          Hər ölkənin minlərlə atalar sözü var, məsəlləri var. Bunlar təcrübələrin dərman halında ifadə edilmiş şəklidir. Məşhurların, cəmiyyətləri təsir edən insanların sözləri var, çox vaxt yazıçılar izah etmək istədikləri mövzuya daxil olarkən "Brain storm" yaratmaq üçün istifadə edərlər.Philip E. Humbert adlı bir psixiatr , "İnsanlara xoşbəxt həyatın açarını 10 qaydada yığacaq olsam, hansı hikmətli sözləri seçərdim" deyə əhatəli bir iş sonrası bir siyahı çıxartmış.            

    1. Özünü tanı -Sokrat           

    Öz içində səfər et. Gündəlik tut. Ürəyin, könülün, vicdanın nə deyir? Nəyi önə çıxardır? Dünyaya şüurlu baxmanın yolu başda bu iç səfərdən keçir.            

    2. Olduğun kimi görün ya da göründüyün kimi ol - Mövlana           

    Dürüst ol, ədalətli ol, haqq tərəfindən düşün. İçindən gələn səsin önə çıxardığı dəyərləri qoru. Həyatda bir şeyi qorumaq üçün mubarizə ilə yaşamağı bilməzsən  hər şey səni yixar           

    3. Ən yuxarıda eşq var – St. Paul           

    Səsi musiqiyə çevirən eşqdir. Eşq olmazsa, sevgi əlaqələri yoxsa, qayğı əskiksə həyatın quru bir budaqdan fərqi qalmaz.        

    4. Dünyanı təxəyyül çevirər - Albert Einstein           

    Etdiyimiz hər şey xəyal quraraq başlar. Həyat -hər kəs üçün- xəyalları reallaşdırmaq və edə biləcəyinin ən yaxşısı, ola biləcəyinin ən gözəli arxasında getməkdir. Bobby Kennedyin sözü kimi: Digərləri dünyaya baxır və "Niyə" deyə soruşur. Mən tam fərqli bir dünya düşünür və "Səbəb olmasın" deyə soruşuram            

    5. Çox gözəllik göz çıxarmaz - Mae West           

    Gözəl həyat doya doya yaşanar. Xoşbəxtlik paylaşılar, həyatı sevmə hissi coşğuyla birlikdə gəlir. Ruhun musiqisində "Haydı basdır, göstər özünü" tempi vardır. Qürur deyil, coşğu!            

    6. Fürsətlər tutulduqca çoxalar - Sun Tzu           

     Müvəffəqiyyət cəsarət istər, başlanğıcdakı cəsarət sonradan inanca çevrilər. İnanc insanlığa daha yaxşı xidmət arzusuna çevrildiyində fürsətlər yelpiyi yuxarı bir səviyyədə təkrar açılar.            

     7. Ya et ya etmə. Sınamaq yox! - Yoda (Ulduz Döyüşləri)           

    Həyat ardıcıl hərəkət, qərar və dayanıqlılıq tələb edir. Tərəddüddə qalanlar geridə qalar. Həyatın üstünə getməsəniz həyat sizin üstünüzə gəlir.            

    8. Mükəmməllik, əlavə edəcək bir şey qalmadığında deyil, alınacaq bir şey qalmadığında meydana gələr - Antoine de St.Exupery           

     Həyatınızı sadələşdirin. Sadəyə endir, bir dəfə daha endirşBacardığın qədər sadə ol... O zaman nə qalır, ona bax. İstəklər siyahınızı qısa yapış. Qısa yapış ki fokus edə biləsiniz. Günəş işığına lupa tutmaq kimi, fokuslamasanız həyatı yandıra bilməzsiniz.            

    9. Qabiliyyət- yoxsa peşəkar olmaz, amma çalışılmadıqca qabiliyyət heç bir işə yaramaz - Emile Zola           

    Ancaq ağıllı, şüurlu və düzgün istiqamətlənmiş  səylər sonrası ola biləcək potensialın edə biləcəkləri reallaşar. Almazı yonmadıqca əlinizdə yalnız bir daş parçası kimi qalar.       

    10. Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq - Albert Einstein.           

    Şükr etməyi unutmamaq gərək! 


    Bookmark and Share

    Açar sözlər: alimler yasam hayat guzel aforizm 

    Yazar: Zyklon-B | Tarix: Avqust 24, 2008 21:05 | Məqal