Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

 YALANÇI MİLLƏTÇİLƏRƏ YOX DEYƏK!

 Bəzən fərqinə varmadan təqlidçi oluruq. Nə üçünsə bir millət kimi əsas hədəfdən yayınıb ifratçı oluruq. Söyüləni söymək, öyüləni öymək, kimləri isə yamsılamaq adət halını alıb. Hər yeni gələni doya-doya tərifləməyi bir növ həyat tərzinə çevirmişik. Biz millət olaraq təqlid edə-edə yaşayırıq. Çünki buna alışmışıq.

AXC hakimiyyəti dövründə ucdantutma hamı “cəbhəçiyəm” deyib sinəsinə döyürdü. Zaman keçdikcə, iş çətinə düşdükcə özünə “cəbhəçi” deyənlər cəbhəni söyməyə başladı.

Fikrimi tək siyasət üzərində deyil, eləcə də mədəniyyət, təhsil, ədəbiyyat və digər sahələr nümunəsində də izah edə bilərəm. Cəmi 5-6 ay öncə sevə-sevə “bozbaş” mahnılara qulaq asan Azərbaycan insanı indi bəhsəbəhslə muğam dinləməyə başlayıb. 15-20 il öncə rus dilini bilməyi ilə fəxr edənlər indi övladlarının ingilis dili bilməsi ilə öyünürlər. Vaxtı ilə Qərbin ədəbiyyatını qəbul etməyən millətimizin yazarları indi qərbdən beş-on manat alıb qərbi təqlid eləməklə məşğuldur. Əslində nə muğam dinləmək, nə ingilis dili örənmək, nə də modern ədəbiyyat yaratmaq qəbahət deyil. Ancaq nədənsə bütün bu sadaladıqlarım və sadalamadıqlarım dəb halını aldığından, öz əsil mənasından çıxıb. Geyimlərimizdə Avropanı təqlid eləməyimizi deməyəcəm, göz önündə olduğundan hamı bilir. Bu Azərbaycan insanın dəbə və təqlidə aludəçiliyinin göstəricisidir.  Əksər halda bəzi dəblərn və təqlidlərin sonucu inkişafa, bəzi təqlidlərin sonucu isə məhvə aparır. Ancaq təqlid elə təqliddir. Muğamın dinləyici kütləsinin artmasının, ingilis dili bilən Azərbaycan gəncinin millətə və dövlətə heç bir ziyanı yoxdur.  Ancaq qərbi təqlid edən türk yazarının açıq-saçıq yazdığı ədəbiyyat nümunələri milləti məhvə aparır. Qərbi təqlidi özünə şərəf sayan türk yazarı millət və dövlət üçün çox təhlükəlidir. Sonucda insanı özü olmaqdan uzaqlaşdıran təqlid məhvə aparır.

 Hərdən bəzi şeylərin təbliğində ifrata varırıq. Fikrimi əsaslandırmaq üçün ANS televiziyasında meyxananın təbliğini göstərə bilərəm. Mən başa düşürəm ki, meyxana Azərbaycan folkloruna aiddir. Ancaq nə layladan, nə bayatıdan, nə də xalq oyunlarından üstün deyil ki bu qədər təbliğ olunsun.


Məqsədim nə mədəniyyətdə, nə təhsildə, nə ədəbiyyatda, nə musiqidə millətimizin təb dalınca getməyindən danışmaq deyil. Bütün bu mövzular zaman-zaman mətbuat səhifələrinə çıxarılıb və insanların mühakiməsinə verilib. Məni ən çox narahat edən bütün bu saydıqlarıma dolayısıyla aidiyyatı olan məfkurə məsələsidir. Hər şeydə təqlidi, yamsılamağı, ifratı başa düşmək olar. Kiminsə məfkurəsini, savaşını necə yamsılamaq olar bunu başa düşmək çox çətindir. Gündə bir partiya dəyişmək olar, gündə bir məfkurəyə, gündə bir ideala necə xidmət etmək olar bunu başa düşə bilmirəm.

Konkret olaraq mövzunun mabədini deyəcəm. Bir vaxtlar millətçilik, türkçülük mövzusu hər kəsin qorxduğu, hər oğulun girişə bilməyəcəyi bir mövzu idi. Rəhmətlik Ə.Elçibəyin türk millətçiliyindən, ülküçülükdən danışdığı vaxtlarda indiki milləçilər qınına çəkilib fürsət gözləyirdilər ya da ümumiyyətlə gündəmdə yox idilər. Sovet dönəmində, H.Əliyev hakimiyyətində indiki millətçilər görəsən nə işlə məşğul idilər? İndi zaman dəyişib, millətçiyəm demək, döşündə Boz Qurdun simgəsini gəzdirmək çox asandır. Bu gün yerlibazlıqla məşğul olanlar da, türkçülüyün nə olduğunu bilməyənlər də, ülküçüyəm, türk millətçisiyəm deyir. Bu müqəddəs savaşı, ülvi məfkurəni gözdən salmaqla məşğul olurlar. Yolunda canlar verilmiş, qanlar tökülmüş böyük ideal kiçik insanların əlində oyuncağa çevrilib. Şəxsi ambissiyalarla bu yola çıxanlar, meydanı boş görüb meydana atılanlar heç vaxt bu savaşın ilkələrinin nə olduğunu, qayəsini və məqsədini bilməyəcəklər. Bu gün millətə özünü türk millətçisi kimi tanıdanların kim olduğunu tükü-tükdən seçən türk insanı yaxşı tanıyır. Hər şeydə dəbin arxasınca qaçan bu toplumun sonun necə olacağı sual altındadır. Azərbaycanın paytaxtı Bakıdan uzaq olsamda təxmini olaraq millətçilik adı ilə oyun oynayanlardan xəbərdaram. Gəncə də isə bu işin demək olar ki tam mərkəzindəyəm. Uzun müddətdir müşayət etdiyim bir qaraguruhçu dəstə var ki, özünə millətçi adı qoyaraq insanları türk millətçiliyindən diksindirməklə məşğuldurlar. İctimai yerlərdə qeyri-millətləri söymək, Azərbaycanı bölgələrə ayırmaq, öz doğulduğu bölgəni tərifləyib digər rayon və şəhərlərimizi küçümsəmək türk millətçisinə yaraşmaz. Lakin bir qurup millətçiyəm deyən kəslər bunu etməkdən çəkinmir. Həm savaşımızı, həm məfkurəmizi gözdən salmağa çalışan belələri  türk millətçiliyin dəb yox, həyat tərzi olduğunu unudurlar. Dünyada yaşayan bütün türklərə sevgi və sayğı duymaq, türk qardaşının dərdini öz dərdi bilmək, Azərbaycanın işğaldan xilası üçün çaba vermək, Türküstan uğrunda savaşmaq biz türk millətçilərinin bugünkü vəzifələrinin bir hissəsidir. Yenə də mövzumun əvvəlinə qayıtmaq istəyirəm. Təqlidçilik böyük bəladır. Təqlidçi millətçilərin davası millət davası ola bilməz. Əgər bu gün xalq tərəfindən sevilən türk millətçilərini yamsılamaq, onların davasına soxulmaqla gündəmə gəlmək istəyən qəzetçilər, yazarlar, ziyalılar var ki, onların da iç üzü gec tez açılacaq. Çünki bu savaşın, bu məfkurənin yolları hamar deyil. Bu yol, bu dava çox çətin və şərəflidir. Bu yola dəb xatirinə çıxanlar uzaq gedə bilməyəcəklər. Bu bizim savaşımız, bizim davamızdır! Bizi təqlid edənlər heç nə qazanmayacaq. Bu gün “mənə millətçi desinlər,  millətçi kimi tanısınlar, sonrası düzələr” fikri ilə yaşayanlar yanlış yoldadırlar. Bu mənəviyytat savaşıdır. Bu savaşda riyakarlıq, modabazlıq çox yürüməz! Bu yol bizim yolumuzdur! Bu yol millətini sevən türkün yoludur! Tanrı türkü qorusun!

P.S Əziz ülküdaşlarım! Millətimin ağıllı və qanıtəmiz oğulları! Gəlin hamılıqla əl-ələ verib savaşımızı millətçi adından istifadə edən şərəfsizlərə çeynətməyəlim!       

Cəlil Cavanşir

Mənbə: www.yaziriq.azeriblog.com


Bookmark and Share

Açar sözlər: milletci yalanci azerbaijan turk turan 

Yazar: Zyklon-B | Tarix: İyul 18, 2008 22:23 | Məqalələr | Şərhlər(0) | Baxış sayı: 54

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha