Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

FRANSANIN CİNAYƏTLƏRİ

franceƏlcəzair 1830-cu ildən 1962-ci ilə qədər yəni cəmi 132 il müddətiylə Fransanın işğalında qaldı. Bu müddət ərzində Əlcəzair xalqı mübarizəsini davam etdirmişdir. Təkcə 1954-1962-ci illər ərzində Fransız işğalçıları 1.5 milyon əlcəzairlini vəhşicəsinə şəhid etmişdir. Fransa təkcə burada deyil, digər Afrika dövlətlərində də buna oxşar qətliamlar da həyata keçirtmişdir. Özü də bu hadisələr qədim dövrdə deyil, elə XX yüzillikdə baş vermişdir. Elə bir zamanda ki, bütün insanlıq modernizm məfhumunun, insan haqları düşüncəsinin içinə girmişdi.

Fransanın Əlcəzairə yönəlmiş işğalları 1827-ci ildən başlamışdır. Osmanlı zamanındakı zəifləmə, bu dövləti də Fransa qarşısında zəifləməsiinə səbəb olmuşdu. Bu, dövlət fərdləri arasında gedən söhbət, böyük bir işğala səbəb olmuşdur. Lakin görünürdü ki, hələ əvvəlcədən Fransanın belə bir fikri olmuşdur. O zamanki İstanbul hakimi bu hadisəni danışıqlar yolu ilə həll etmək istəyirdi. Lakin Fransa da bu xeyirgüdücü mənfəətindən uzaq düşmək istəmirdi. Fransa, İngiltrərə və Rusiya ilə əməkdaşlıq edərək oktyabrın 29-su 1827-ci ildə Osmanlı donammasını yandırdı. Bu hadisədən sonra 1828 və 1829-da Osmanlı-Rus müharibəsi baş verdi. Əlcəzair, Fransa qarşısında tək qalmasına baxmayaraq yenə də işğal oluna bilmədi. 1830-da general Bourmantın başçılığı ilə güclənmə göndərildi. O zaman Əmir Əbdülqadirin apardığı partizan müharibəsinə görə, Əlcəzair tamamilə işğal oluna bilinmədi. Bu müqavimət 1947-yə qədər davam etdi və yalnız bu müqavimətin sona çatmasından sonra, Fransa istəyinə nail oldu. Fransa bu ölkədə əlindən gələni etməyə çalışırdı. Yalnız bu «çalışma» xalqın iradəsii qırmaq idi. Dindən ta siyasətə qədər bütün cəhətləri yoxlamışdı. Xalqın dini və dilini dəyişdirmək üçün fransa dilini zorla xalqa yeridirdi. Çoxlu sayda xristian missionerlər burada öz işlərini görüb, zorla öz istəklərinə çatmaq istəyirdilər. 1841-50-ci illərdə əhalidən qəsb edilmiş 115 min hektar ərazi avropalılara havayı paylanmışdı. 1930-da isə bu say 2 mln. 345 min hektar olmuşdur.

«İnsan haqları» adıyla «şəxsi qanunlar»-ın tətbiqi

Əlcəzairdə bir neçə qiyamlar baş vermişdir. Lakin bunların qarşısı alınmış və bu müddət ərzində çoxlu sayda insan qətli baş vermişdir. Bu üsyanlar bəhanə edilərək Fransa tərəfindən çətinliklər artırılaraq və «Yerli qanunlar» adlı zülm qanunları tətbiq edilməyə başladı. Bu olay 1919-cu ilə qədər davam etdi. Bu xalqın haqqları tapdalanaraq, insan haqları ciddi şəkildə pozulmuş və bu xalq iqtisadi cəhətdən də müflis olmuşdur. Bu dövlətdə elə bir hal əmələ gətirmişdilər ki, Əlcəzair xalqı ikinci dərəcəli xalq olmuşdu. Bunlar hamısı «insan haqları» çərçivəsində aparılırdı. Buna dözə bilməyən xalq bir neçə dəfə təşkilatlar quraraq bunun əleyhinə çıxmışlar. Lakin müvəffəq ola bilmədilər. Təkcə təsirli olan təşkilat 1931-ci ildə Müsəlman Alimlər Cəmiyyəti adı ilə qurulan təşkilat oldu. Bu hərəkat ölkədə bir milli tərbiyə hərəkatı və Əlcəzair xalqını Avropalılarla bərabər haqlara sahib hala gətirmək üçün mücadələ etdi. Fəqət bu təşkilatın rəhbəri Əbdülhəmidin vəfatı ilə 1940-cı ildə təşkilat dağıldı. II Dünya Müharibəsi ərfəsi Əlcəzair xalqının müstəqillik ruhu daha da artdı. Dünya müharibəsi bitdikdən sonra 1945-ci il avqustun 5-də Əlcəzairdə keçirirlən tədbirlərdə iştirak edənlərin Əlcəzair bayrağı daşımaları işğalçı qüvvələri qəzəbləndirdi. İşğalçı qüvvələr silahlı bir basqın etdilər və ən az 45 min adam həyatını itirdi. Nə qədər insan tutuldu və siyasi təşkilatlarda bağlandı. Bu səbəb Əlcəzair xalqının reaksiyasını daha da artırdı. Gizli şəkildə, aşkara da çıxmasa müstəqillik naminə qurulan təşkilatlar var idi. Fransa bəzi işlər görsə də bu, bir dəyişiklik yaratmadı.

Əlcəzairin iradəsi sınmır

1948-52-ci illə arası Əlcəzairdə işğala qarşı qiyama hazırlıq illəri oldu. Bu hədəflə qurulan Azadlıq və Demokratiya üçün Zəfər Hərəkatı adlı təşkilat quruluşunda fəaliyyətlər irəli sürüldü. Bu təşkilata bağlı olaraq Xüsusi Təşkilat adlı təşkilatda da fəaliyyatlar aparılırdı.1954-cü ildə bu təşkilat ləğv olunaraq Birlik və Əmək üçün İnqilabi Komitə Təşkilatı quruldu. 1 noyabr 1954-cü ildə xalq bir bildirişlə qiyama səsləndi və işğala qarşı silahlı mücadilə başlandı. Qiyamın mərkəzləşdirilməsi üçün Milli Qurtuluş Ordusu adında təşkilat quruldu. Birlik və Əmək üçün İnqilabi Komitə Təşkilatı (CRUA) da bu silahlı təşkilatın siyasi yaranışı halına gəldi. Sonra isə Milli Qurtuluş Cəbhəsi (FLN) və Milli Qurtuluş Ordusu (ALN) quruldu. Birlik və Əmək üçün İnqilabi Komitə Təşkilatı (CRUA) da Milli Qurtuluş cəbhəsinə iltihaq etdi. Milli Qurtuluş Cəbhəsi özü üçün müstəmləkə sisteminin götürülməsi, müstəqil Əlcəzairin qurulması, inanclara və insan haqlarına hörmət və geniş bir torpaq reformu kimi hədəflər göstsərmişdi. 1955-ci ildə fövqəladə vəziyyət elan edildi. Əlcəzairin hər tərəfindən qan axıdılırdı. Çünki Fransa öz hakimiyyətini uzunömurlu və möhkəm etməsi üçün əlindən gələn hər bir murdarlığı həyata keçirirdi.


Görülməmiş cinayətlər və İsrailin «barmağı»


Fransalılar, Əlcəzairli partizan hərəkatlarına qarşı qarşılıq verirdi. Buna görə Fransız hücum gücləri ən çox «Fransız Paraşutçuları» olaraq səs salmışdı. Bunlar Fransız müstəmləkəçisi Vyetnamdan gətirilmiş təcrübəli hücumçular idi. Onlar da Vyetnamda aldıqları məğlubiyyətin əvəzini Əllcəzairdən almaq və edə bilmədikləri cinayətləri bu xalqın başına gətirmək istəyirdi. Ələ keçirtikləri adamları təyyarələrdən aşağı buraxırdılar ki, təşkilatlar öz niyyətlərindən əl çəksinlər. Bununla kifayətlənməyən Fransa digər qüvvələrdən də istifadə edirdi.

İsrail 1954-cü il qiyamdan əvvəl də bu prosesləri yaxından izləyirdi. Əsasən MOSSAD, Əlcəzairdə aparılan müstəqillik proseslərini yaxından təqib edirdi. İsrail, Fransaya müstəmləkəçiliyini aktiv etməyə başladı. Ən çox mütəxəssis zabitlərini Fransaya köməyə göndərirdi. Çünki, Fransa bu işdə təcrübəsiz idi. S.Stevenin yazdığı «The Sypmasters of İsrael» kitabında Fransız birliklərini təhsilləndirmək üçün Əlcəzairə, İshak Rabin və Haim Herzoq adlı məşhur generallar getdi. Bundan əlavə mötəbər səndəlr vardır ki, İsrail bu işdə Fransaya kömək etmişdi. Hətta Əlcəzair tam müstəqillik qazanıb BMT-yə girdiyində sadəcə İsrail, Əlcəzairin qəbulu əleyhinə səs vermişdi.

Türkiyə bu müstəqillik dönəmində gizli şəkildə müsəlman xalqına kömək etdisə də, siyasi platformada ümumiyyətlə Fransanın yanında yer almağı seçdi. Bu səbəbdən Qahirədə quruluşunu elan edən Müvəqqəti Əlcəzair hökümətini rəsmən tanımadı. Türkiyə bəzi siyasi maraqlarının zəifləməməsi üçün bu yollardan istifadə edirdi.

Fransa təkcə bununla kifayətlənməmiş digər Afrika qitəsindəki dövlətlərə də zor tətbiq etmişdir. Onların sərvətlərindən yararlanmış daha sonra onlara mükafat olaraq, o ölkənin insanlarını ya qətlə yetirmək, ya vətənlərindən çıxartmaq, ya dinlərini zorla dəyişdirmək, ya müflis vəziyyətə gətirmək ya da görülməmiş işgəncələrə məruz qoymaq olmuşdur.

Bununla bərabər Benin, Burkina Faso, Cibuti, Çad, Kamerun, Komor adaları, Mavritaniya, Nigeriya, Seneqal, Tunis və s. dövlətlər bu zülmkar dövlətin əsarəti altında olmuşdur. Nəticə etibarı ilə biz, dünyaya hökm edən dövlətlərin zülm etməklə, bəzi dünya dövlətlərinin zəif olması nəticsində «insan haqları adı» ilə onlardan nə istədiyini görürük. Heç olmasa burada yenə də İsrailin adı hallanmaqdadır. Baxın ay müsəlmanlar! Görün insanlara «himayəçilik» adı ilə nələr çəkdirirlər.


«İslam Dünyası» Siyasi Maarifləndirmə və
Araşdırmalar Mərkəzi /Birlik-Az/


Açar sözlər: france alcazayir israel terror 

Yazar: Zyklon-B | Tarix: İyun 23, 2008 23:00 | Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha