Müsəlman nə üçün ibadət etmək istəmir?
“Əgər gecənin sonunda səhər açılmazsa, bil ki, üfüqləri günah tutmuşdur”.
İbadət heç bir zaman insanı tərk etmir. Ancaq haramlar insanla ibadətin arasına daxil olaraq onun yolunu kəsir və insan ibadəti görməz olur. Nəticədə insan ibadətə vara bilmir və nə qədər bunu istəsə belə, yenə də bir şey hasil olmur.
Hər bir haram əməl havada uçuşan toz dənəcikləri kimidir. Dənəciklər lampanın şüşəsinə yapışıb çölə işıq saçmağa mane olduğu kimi, günahlar da qəlbin nuruna təsir edir. Qəlbdəki iman çölə təsir göstərə bilmir. Bax, insanın ibadətdən uzaq qalmasının səbəbi də elə bundadır. Tarixdə haramlarla ibadətin birgə addımlamasına heç vaxt rast gəlinməyib
Həm haram iş görən həm də ibadət edən insan islam hüququna təcavüz edir. Həm haram iş görüb həm də ibadət edənləri görən insanlar: “Baxın, bu da müsəlman!” deyirlər. Allah bu qullarından hesab soruşacaq və: “Sən elə hərəkət etdin ki, müsəlmanlığı ləkələdin!”deyəcək.
Allah dininə bu cür ləkələrin düşməməsi üçün ibadəti haram iş görən müsəlmanlardan uzaqlaşdırar.
Allah qorusun! Müsəlman onsuz da haramlarda israr etməklə Allahdan tamamilə uzaq düşə bilər. Hər bir günah bədənimizə soxulan casus kimidir. Özünü günahlardan qoruyan şəxsin ibadət etməsi isə asanlaşar.
Biz televizora baxmağın özü ilə bərabər bir sıra mənfi nəticələr gətirdiyi qənaətindəyik. İnsan filmlərə və teleseriallara tamaşa etməkdən, müğənnilərin mahnı oxumasından aldığı qədər zövqü namaz qılarkən ala bilmir.
“Mən əzbərə əlli mahnı bilirəm” deyən şəxs hansı ibadəti yerinə yetirmək istəyər axı? Belə ki, o, artıq öz hafizə lentini doldurub. Belə insan artıq zövqü başqa yerdə axtarıb tapıb. Canı ibadət etmək istəmir... Heç belə insan namazdan zövq ala bilərmi?
Qatar artıq çoxdan gedib!...
Çıxış yolu belədir: Həmin şəxs cürbəcür mahnıları hafizəsindən silib atmalı və onun yerini Allahı zikr ilə doldurmalıdır. Əks təqdirdə, əlbəttə ki, ürəyi ibadət etmək istəməz. Belə insanlara hər yerdə rast gəlmək mümkündür.. İnsan haramlardan uzaq durmağa çalışır, ancaq maarifləndirici dərslərə gəlmir, din mütəxəssislərinə müraciət etmir!
Diqqət yetirin! Bir müəllimin yetişməsi üçün onun ibtidai sinif, orta məktəb və universitet təhsili kimi mərhələlərdən keçməsi lazımdır. Nə səbəbə? Nədir bir nəfər müəllim olacaqmış.
Mən dindaram deyən!... Beş vaxt namazını qılan!...
Sən dinə dair nə öyrənmişsən, nə qədər bilik əldə etmişsən? Kimləri özünə nümunə götürmüşsən? Kimə bağlanmışsan? həyatında Peyğəmbərin (s) sünnəsini nə qədər yaşatmışsan?
Allahın dinini, kitabını, peyğəmbərini öyrən. Hələ bir uşaq kimi hara yönəlmək istəyirsən? İradən var, istifadə et də!
/AzeriMuslims/
Açar sözlər: azerimuslims islam muslim muselman musliman
Şərhlər
din en boyuk elmdir, ve elmi oyreden ise muuellimdir, bunu da unutmayaq.
o ki, mahni bilenlere, nezere alin ki, insan beynini cox cuzi hissesini istifade edir hayati boyu. Mahni oxuyaraq da dini sevmek ve oyrenmek mumkundur!
Yeter ki, insan menen saf ve durust olsun!

Rahmen ve Rahim olan Allahin adi ile,
İyul 3, 2008 10:18meqaleni yazandan Allah dunya ve axiretde razi olsun ve bunu oxuyanlarin her birinin ozunu gormesini nesib etsin. Amin