Bursalı sufilərdən Molla Ayas bir gün yanındakılara dedi: “Dünən axsam ocağa odun atarkən içəridə yanıb közərən kömür parçalarını gördüm.
Dedim:
“Aman, Allah! Bu, nə istilikdir, belə?” Əlimi tez geri çəkdim və qeyri-ixtiyari olaraq dilləndim: “Ya rəbb, belə istiyə dözməmək olarmı? Daha sonra: “Bu nədir ki? Bu atəş Cəhənnəm atəşinin yaninda heç nədir.” - deyə düşündüm.
Yanındakılar “Heç nədir?” -deyə diiləndikdə “Bəli. Çünki Cəhənnmdən bir qığılcım bu dünyaya düşərsə, qığılcımın istisindən dünya əriyib yox olar” – deyə Molla Ayas bildirdi. “Cəhənn atəşi bu qədər şiddətlidir məgər?” – deyə soruşanlara Mollanın cavabı belə oldu: “Əlbəttə, əgər o atəşdə yanan bir nəfəri oradan çıxarıb dünya atəşinin içinə atsalar ‘Bəh-bəh, bura necə rahatdır!” deyər. Günah işlədiyimiz zaman, əgər bunları düşünsək, dərhal ondan əl çəkərik”. Sonra sözünə belə davam etdi: “Böyüklərimiz “haram atəşdir” demişlər. Bunun üçün bu qədər istidir”.
“Qəzəbinizi boğun”
Bir dəfə bəzi dostları Molla Ayasa belə bir sual verdilər:
- Ey ustad, doğru sözü hər yerdə, istənilən vaxtda demək olarmı?
Molla Ayas cavabinda “Xoş nəticəsi olan yalan fitnəyə, hərc-mərcliyə səbəb olan doğrudan yaxşıdir” dedi.
Dostları bunun nə mənaya gəldiyini soruşdular. Ayas dedi:
- Məsələn, iki küsülü, dalaşmış nəfərin arasını düzəltmək və evdə ailəsi ilə yaxşı rəftar etmələri üçün yalan danışmaq olar.
Dostları yenə soruşdular:
- Ustad, hirslənmənin yaxşı bir şey olmadığını kitablardan oxuyuruq. Ancaq bəzən hirslənməmək mümkün deyil. Nə məsləhət görərdiniz?
Molla Ayas dedi:
- Dinimizdə hirslənmək qadağan olunmayıb, ancaq qəzəbə hakim olmaq məsləhət görülüb.
- Demek belə?
- Bəli. Quranda “Hirslənməyin” deyilmir.
- Bəs, nə deyilir?
- “Qəzəbinizə qalib gəlin!” deyilir Çünki hirslənmək insanın təbiətində var.
- Ancaq...
- Ancaq... nədir, müəllim?
- Qəzəbimizə hakim olmalıyıq. Bu, dinimizə görə, çox əhəmiyyətli şeydir.

