İslamı qəbul edən ilk türk
IX əsrin əvvəllərində İslam dini ilə tanış olaraq çox tanrılı sistemlə vidalaşan türk milləti əslində Məhəmməd (s) peyğəmbərin İslamı təbliğ etdiyi ilk ildə tanış olmuşdu.
İslam türklər arasında X əsrə qədər yavaş, X əsrdən sonra isə böyük sürətlə yayıldı. Nəticədə elə bir yerə vəziyyət yarandı ki, bir şəxs İslam dinini qəbul etdikdə xaçpərəst xristian dünyasında o şəxs haqqında “Türk oldu!” deyilmişdi.
Məlum olduğu kimi, İslam dini peyğəmbərimiz (s) tərəfindən 610-cu ildə təbliğ edilməyə başlanıb. Deməli, türklərin İslam dini ilə tanışlığı və bu dini mənimsəməsi arasında 350-400 ilə yaxın məsafə vardır. Lakin ilk türkün İslama daxil olması ilə peyğəmbərimizin təbliğə başladığı il eyni, yəni 610-cu ildir. Bəli, bir türk İslamın Məkkə dövründə son peyğəmbərin (s) dəvətinə “hə” demiş və İslam düşməni Əbu Cəhlin çox ağır işkəncələrinə məruz qalaraq şəhid olmuşdu. Deməli, İslamda ilk şəhid bir türk övladıdır. Bu din barəsində az və ya çox məlumat sahibi olanlar Allahın (c.c) nəzdində şəhidlərin mövqeyindən xəbərdardırlar. Belə məlum olur ki, Allah özü üçün İslam kimliyi ilə ilk şəhidin bir türk övladı olmasını murad etmişdir. Belə olan təqdirdə qazilik və şəhidlik məfhumları ilə mübarizə aparan və “türklər İslamı zorla qəbul edib” – deyən yalançılara sual vermək lazmdır: “Türklər İslamı zorla qəbul ediblərsə, nə üçün dünyaya hakim olduqları dövrdə dinlərindən dönmədilər?”
İndi belə bir sual ortaya çıxır: “Bəs, o zaman ilk müsəlman türk kimdir?”
O, peyğəmbərimizin səhabələrindən Əmmar ibn Yasirin anası Sümeyyədir.
Sümeyyənin türk olduğunu bildirən mənşə etibarilə türk olmayan, elmi nüfuzu heç kim tərəfindən mübahisə edilməyən, və istər İslam, istərsə də Qərb dünyası tərəfindən qəbul edilən prof.dr. Məhəmməd Həmidullahdır.
Həmidullahın tarixi qaynaqları araşdıraraq əldə etdiyi məlumatlara görə, Səudiyyə Ərəbistanının Taif şəhərində Haris ibn Qalədə adlı çox məşhur bir həkim yaşayırdı. Haris ibn qalədə o qədər məşhur idik ki, hətta İran valiləri belə xəstələndikləri zaman ona müraciət edərdilər. Həmin dövrdə İran ərasizində türklərin də sıx məskunlaşdığı tarixi mənbələrdə qeyd olunub. O zaman Sümeyyənin adı Pamuk idi. Bir gün İranın Übüllə əyalətinin valisi xəstəliyi səbəbilə Taifin tanınmış həkiminin yanına müəlicəyə yollanır. Həkimdən razı qalan vali Pamuk adlı qızı cariyə kimi həkimə hədiyyə edir. Taifə gələn Pamukun adı dəyişərək Sümeyyə olur. Bir neçə dəfə ailə həyatı quran Sümeyyə sonuncu dəfə isə yəmənli Yasirlə evlənir. Nəticədə isə sonralar peyğəmbərimizin səhabəsi olacaq Əmmar dünyaya gəlir.
Məlum olduğu kimi ərəblərdə tayfabazlıq, təkəbbür, nəsil və soyla öyünmə çox geniş yayılmışdı. Belə bir dövrdə Səudiyyə Ərəbistanında yaşayan Sümeyyə türkdür, qolu qanadı və dayağı yoxdur. Həyat yoldaşı Yasir yəmənlidir, dayağı yoxdur. Elə buna görə də bu ailə Əbu Cəhl kimilərinin asan işkəncə edə biləcəyi bir ailədir.
Hz. Sümeyyə İslamı qəbul edərkən çox yaşlı idi. Mənfur Əbu Cəhl ona: “Sən Məhəmmədə aşiq olubsan!” belə demişdi.
Ilk müsəlman türk və islamda ilk qadın şəhid Hz. Sümeyyə Əbu Cəhlin işkəncələri nəticəsində son nəfəsini verərkən Allahın rəsulu (s) belə demişdi:
“-Küfrün işi bitdi!”
Ey Türk övladı, ey Türk qadını!
Sən Küfrün kökünün qazılması üçün Allahın seçdiyi bir xalqın nümayəndəsisən.
Həqiqətən sonralar min kilometrlərlə uzaqlıqdan gəlib “küfrün işini bitirən” millətin nümayəndəsisən!
Yalnız Osmanlı coğrafiyasında deyil, bu gün Asiyanın içərisinədək “küfrün işini addım-addım bitirən” və o əraziləri İslamlaşdıraraq bugünkü Pakistanın belə bünövrəsini qoyan sənin ataların deyilmi?
Peyğəmbərimiz (s) şəhid türk övladı Sümeyyəni o halda gördüyü zaman “Küfrün işi bitdi” dedikdən sonra əlavə etməmişdimi:
İslamın zəfəri mütləqdir” deyə! /AzeriMuslims/
Açar sözlər: turk islam peygember azeri muslims
