DARWİNİZM, MÜSTƏMLƏKƏÇİLİK VƏ FAŞİZMİN ƏLAQƏSİ
Darwinizm müstəmləkəçiliyin sözdə elmi təməli olmuşdur. Çünki Darwin irəli sürdüyü xəyali təkamül müddəti içində insan irqlərini fərqli pillələrə yerləşdirmişdir. Avropalı Ağ Adamı ən irəli irq saymış, Asiyalı və Afrikalı qövmləri isə azqala meymunlarla eyni səviyyədə göstərmişdir. Bundan əlavə bütün insanlığın daimi bir qarşıdurma və həyat mübarizəsi davam etdirdiyini, bu mübarizə içində Qərbin qazanmasının və digərlərini kölələşdirməsinin "təbiətin qanunu" olduğunu irəli sürmüşdür. Darwin The Descent of Man (İnsanın Törəməsi) adlı kitabında belə yazır:
Bəlkə də əsrlər qədər sürməyəcək yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən insani meymunlar da… şübhəsiz aradan qaldırılıcaq. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək (Charles Darwin, The Descent of Man, 2nd edition, New York, A. L. Burt Co., 1874, s. 178)Darwin bu maraqlı nəticəyə "həyat mübarizəsi" anlayışıyla gəlib çıxmışdı. Bu iddiasına görə həyat mübarizəsi içində zəif fərdlər yox olarkən, güclü və uyğun quruluşa sahib fərdlər də seçilib həyatda qalırdılar. Bundan əlavə bu mübarizənin təkamül formasındakı inkişaf üçün lazımlı olduğunu, yəni bəzi insan irqlərinin yox edilməsinin insanlığın inkişafını təmin edəcək müddət hesab olunduğunu müdafiə etmişdi.
"Sosial Darwinizm" olaraq adlandırılan bu elmi əsası olmayan xürafatlar dövrün primitiv elm səviyyəsi içində qəbul edilmiş və Avropa imperializminin təməl qaynağı halına gəlmişdir. Qısacası Darwinizm imperializmin "elmi" təməlidir. (Geniş məlumat üçün baxın. Harun Yəhya, Darwinin Türk Düşmənliyi)
Sosial Darwinizm imperializm qədər irqçilik, ifrat milliyyətçilik və faşizmin də qaynağıdır. Faşizmin qurucuları sayılan 19-cu əsr nəzəriyyəçilərinin hamısı (məsələn, Friedrich Nietzsche, Heinrich von Treitschke, Francis Galton, Ernst Haeckel) Darwinin təkamül nəzəriyyəsindən və xüsusilə "həyat mübarizəsi" anlayışından şiddətlə təsirlənmişlər. İlk faşist rejimi quran İtalyan diktator Mussolini gənclik illərində Darwini tərifləyən məqalələriylə diqqət çəkmiş qatı Darwinistdir. Hitlerin və digər Nasist kadrların yazılarında Sosial Darwinizmdən ilham aldıqları çox açıq olaraq görülür. (Geniş məlumat üçün baxın. Harun Yəhya, Darwinizmin Qanlı İdeologiyası: Faşizm)
KOMMUNİST İDEOLOGİYANIN İSLAM DÜŞMƏNLİYİ
Darwinizm kommunizmin də təməlidir. Bu gerçək kommunizmin qurucuları olan Marx və Engels tərəfindən açıq şəkildə ifadə edilmişdir. Hər ikisi də qatı ateist olan Marx və Engels dini inancların yox edilməsini kommunizm baxımından məcburi görürdülər və təkamül nəzəriyyəsinin də bu hədəfə xidmət etdiyini anlamışdılar.
Engels Darwinin kitabı nəşr olunan kimi Marxa belə yazmışdı: "İndi kitabını oxumaqda olduğum Darwin tək sözlə möhtəşəm." (Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; The University of Pennsylvania Press, 1959, s. 527) Marx isə 19 dekabr 1860 tarixində Engelsə yazdığı cavabında belə deyirdi: "Bizim görüşlərimizin təbii tarix təməlini ehtiva edən kitab budur." (Marx ve Engels, Mektuplar, cilt 2, s. 426) Marx digər sosialist dostu Lasalleyə 16 yanvar 1861-ci ildə yazdığı məktubda isə "Darwinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini meydana gətirir." (Marks ve Engels, Mektuplar, cilt 2, s.126) deyərək təkamül nəzəriyyəsinin kommunizm üçün əhəmiyyətini açıqlayırdı. Kommunizmə əlavə şərhlər verən Lenin, Troçki, Stalin, Mao kimi diktatorlar da Darwinə olan ideoloji bağlılıqlarını həm ifadə etmişlər, həm də faktiki olaraq göstərmişlər. Təkamül nəzəriyyəsi bütün kommunist rejimlərdə təhsilin və hətta əkinçilik siyasətlərinin təməli halına gəlmiş, bütün kommunist axınlar axtardıqları fikri təməli Darwinizmdə tapmışlar.Darwinin təkamül nəzəriyyəsini mənimsəyən kommunist ideologiya üçün cəmiyyət "heyvan sürüsü"dür. İnsan isə "insan-heyvan-maşın" arasında qalan cansız, ruhsuz, donuq bir varlıqdır və dəyərsizdir. "Zatən sürüdə çox var, biri itsə heç nə olmaz" məntiqi işləyir. İşləyə bilməyən ya da şikəst olanlar sürüdən atılır, ölümə tərk edilir, xəstə və zərərli olaraq qəbul edilir. Bağışlama, mərhəmət, vəfa duyğusu yoxdur. İnsanlar öldükdən sonra yox olacaqlarına inandıqları üçün, həyata dörd əllə vəhşicə sarılırlar. Hamını düşmən və öz həyat mübarizəsində rəqib gördükləri üçün hər hərəkəti öz əleyhlərində şərh edir və kin bəsləyirlər. Beləliklə, hər cür insani və mənəvi dəyərdən, gözəl əxlaqdan uzaq cəmiyyət meydana gətirən kommunist ideologiya təbii olaraq dinə düşməndir. Çünki dinin gətirdiyi gözəl əxlaq, sevgi, şəfqət, mərhəmət, fədakarlıq, köməkləşmə, bağışlayıcılıq kimi xüsusiyyətlər kommunizmin hədəflədiyi modellə uzlaşmır. Marx, Engels, Lenin, Stalin, Troçki, Mao və ya bir başqa kommunist ideoloqun yazılarına baxıldığında bunun açıqca ifadə edildiyi görülə bilər. Marx öz ağlına görə dini "xalqın tiryəki" olaraq təyin etmiş və sözdə "kasıb xalqı yatırtmaq üçün idarəçi sinif tərəfindən meydana gətirilən bir mədəniyyət" adlandırmışdır. Bundan əlavə kommunizmə çatmaq üçün də dini inancların yox edilməsi lazım olduğunu qarşıya qoymuşdur.
Lenin 1905-ci ildə Novaya Zehin jurnalında nəşr olunan "Sosializm və Din" başlıqlı yazısında isə dini sözdə dağıdılması vacib olan "duman" olaraq təyin etmiş və dinə qarşı kommunistlər tərəfindən icra edilməsi gərəkli olan ateizm propaqandası müəyyənləşdirmişdir. Yenə Lenin 1909-cu ildə Rus Sosial Demokrat Partiyasının (sonrakı Kommunist Partiya) lideri olaraq qələmə aldığı və Proletar jurnalında nəşr olunan "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqaləsində bunları yazır:Marx və Engelsin bir neçə dəfə təkrarladıqları kimi Marksizmin fəlsəfi təməli Fransadakı 18-ci əsr materializminin və Almaniyadakı Feuerbach (19-cu əsrin ilk yarısı) materializminin tarixi ənənələrini mənimsəmiş olan tamamilə ateist və dinə qarşı rəftardakı dialektik materializmdir... "Din xalqı yatırtmaq üçün istifadə edilən tiryəkdir." Marxın bu sözü din mövzusundakı Marksist görüşün təməl daşıdır. (Viladimir Ilyiç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, sayı: 45, 13 (28) Mayıs 1909)
Halbuki Marx bu sözüylə dinə olan düşmənliyini ifadə edir və din mövzusundakı cahilliyini göstərirdi. Onun dinə istiqamətlənən bu ifadələri gerçəkləri əks etdirmir. Çünki Allah insanlara düşünməyi, araşdırmağı əmr edir. İnsanları düşünməməyə, əmrləri heç düşünmədən heyvan sürüsü kimi tətbiqə yönəldən isə kommunizm kimi dinsiz ideologiyalardır. Düşünməyən insanın gerçəklərdən tamamilə uzaq qalacağı və səhvlərlə dolu bir həyat sürəcəyi açıqdır. İnsanın dünyanın yaradılış məqsədini və özünün yer üzündə mövcudluq məqsədini qavraması "düşünməklə" mümkün olur. Çünki Allah hər şeyi bir məqsədlə yaratmışdır. Bu gerçək Quranda belə bildirilir:
Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların əksəriyyəti (bunu) bilməz! (Duxan Surəsi, 38-39)
Başqa sözlə hər insanın ən başda özünün, daha sonra kainatda gördüyü hər şeyin və həyatı boyunca qarşılaşdığı hər hadisənin yaradılış məqsədini düşünməsi lazımdır. Düşünməyən bir insan gerçəkləri ancaq öldükdən sonra Allahın hüzurunda hesab verərkən anlayar, amma artıq çox gecikmişdir. Allah bizə dünya həyatında fürsət vermişkən düşünmək və düşündüklərimizdən nəticə çıxararaq gerçəkləri görmək axirət həyatımızda bizlərə böyük qazanc təmin edəcəkdir. Bu səbəblə Allah elçiləri və kitabları vasitəçiliyi ilə bütün insanları özlərinin və bütün kainatın yaradılışı haqqında düşünməyə çağırmışdır:
Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir. (Rum Surəsi, 8)
Dinə düşmən olan kəslər isə (kommunist liderlər kimi) insanları dindən uzaqlaşdırmaq üçün müxtəlif iftiralar atır, dinin düşünməyi əngəllədiyini iddia edirlər. Ancaq bura qədər izah etdiklərimizdən və Quran ayətlərindən də aydın olduğu kimi din bu böhtanların əksinə insanları düşünməyə çağırır.
NƏTİCƏ
Qısası, İslam dünyasının düşməni olan üç ideologiyanın da eyni qaynaqdan - 19-cu əsrdə Qərb dünyasını ələ keçərən dinsiz mədəniyyətdən çıxmış olduğu aşkardır.Bu vəziyyət dinsizliyə qarşı aparılacaq fikri mübarizənin nə qədər əhəmiyyətli olduğunu bizə bir daha göstərir: Dinsizlik yalnız insanların imanlarını yox edərək onların axirətlərini məhv etməyə çalışan güc deyil. Eyni zamanda, dünyanı da məhv etməyi, qarışıqlıq və müharibə arenasına çevirməyi hədəfləyir. Dinsizlik müsəlmanları isə bu qarışıqlıq və müharibə mühitində ən böyük hədəf olaraq müəyyənləşdirir. Başqa sözlə dinsizliyə qarşı fikri mübarizə həm böyük imani xidmət, həm də dünyanı qucaqlayan "fitnə"yə qarşı veriləcək böyük "mənəvi savaş"dır. Hələ də dünyanın dörd bir tərəfində dinsiz sistemlər tərəfindən əzilən xeyli müsəlmanın var olması bizə bu mübarizənin nə qədər əhəmiyyətli olduğunu xatırladan bir gerçəkdir. Dinsizliyə (və dinsizliyin dayaqları olan fəlsəfə, ideologiya və Darwinizm kimi sözdə elmi nəzəriyyələrə) qarşı qazanılacaq hər fikri zəfər eyni zamanda dünyadakı məzlum müsəlmanlara kömək mənasını daşıyan mənəvi zəfərdir.
Açar sözlər: islam din anti-islam darwin darvin

