Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
  
wall martFortune jurnalı dünyadakı ən iri kompaniyaları 2008-ci ildəki gəlirlərinin səviyyəsinə görə Global 500 adlı reytinqində sıralayıb. Siyahıda birinci yeri ABŞ-ın Wal-Mart ticarət şəbəkəsi tutur. Belə ki, Wal-Mart cari ildə 378,8 milyard dollar gəlir əldə edib. Bu, 2007-ci illə müqayisədə 7,9%-lik artım deməkdir. Belə ki, keçən il kompaniyanın gəliri 351,1 milyard dollar olmuşdur.


İkinci yerdə 372,8 milyard dollar gəlirlə neft kompaniyası Exxon Mobil durur (347,3 milyard dollar - 2007-ci ildə), üçüncü yeri isə 355,8 milyard dollar gəlirlə Royal Dutch Shell tutur (318,8 milyard dollar - 2007-ci ildə).
Neft hasilatı ilə məşğul olan altı şirkət və bir maliyyə korporasiyası - ING Group reytinqin onluğunda qərarlaşıb. Reytinqdə ən çox təmsil olunan ABŞ kompaniyalarıdır. Belə ki, bu ölkəyə məxsus 153 kompaniya müxtəlif yerlərə sahib olmuşdur.

http://money.cnn.com/magazines/fortune/global500/2008/full_list/

keçiddən istifadə etməklə bütöv siyahı ilə tanış ola bilərsiz. 


Açar sözlər: wall mart fortune journal 

Yazar: Zyklon-B | Tarix: Avqust 16, 2008 22:36 | Məqalələr, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 6

 hoscakal

Sənə həyat gündən-günə darıxdırıcı gəlir? Elə bil yaşamağa səbəb yoxdur? Gələcəyini qaranlıq görürsən, ətrafda sənə azacıq da olsa ümid verən hec bir şey yoxdur? Halbuki, sizi sabaha ruhlandıracaq o qədər səbəblər var ki… Sadəcə, siz onları bilmirsiniz və yaxud unutmusuz. Elə isə xatırlamağa dəyər…

1. Bu dünyada ən azı 5 insan səni cox sevir.

2. Ən azı 20 insan az və ya cox dərəcədə səni cox istəyir.

3. Ətrafda minimum 5 insanın səninlə söhbətə ehtiyacı var.

4. Sənin bircə təbəssümün ən azı 2 insanı sevindirə bilər, hətta o insan səni tanımasa belə…

5. Hər gecə 2 nəfər yuxudan əvvəl sənin haqqında düşünür.

6. Kimsə nə vaxtsa sənsiz yaşaya bilməyəcək.

7. Kimin ücünsə dünya səndən ibarətdir, kimin ücünsə sən dünyadan ibarətsən.

8. Kimsə, sənin tanımadığın biri, məhz sənin ücün yaradılıb.

9. Hətta ən ağılsız və səhv hərəkətin belə yaxşılığa doğrudur.

10. Əgər fikirləşirsənsə, dünya səndən üz cevirib. Yaxşı bax, əslində, sən dünyadan üz cevirmisən.

11. Hər gün sənə bu vaxta qədər deyilmiş komplimentləri yadına sal.

12. Əgər yaxın dostun, rəfiqən varsa, xatırlat ki, o, sənin ücün necə vacib insandır.

13. Hər gün milyonlarla insan sən düşdüyün vəziyyətə düşüb, amma cıxış yolu tapıblar.

14. Sən özün dünyaları yaradıb, dünyaları yıxacaq gücə maliksən. Sadəcə, secimini düzgün etməlisən.

15. Hec kim səni əvəz edə bilməz.


Açar sözlər: kadin qadin umut umid 

Yazar: Zyklon-B | Tarix: Avqust 16, 2008 22:31 | Məqalələr | Şərhlər(0) | Baxış sayı: 8

Pyotrun yazısında çoxlu orfoqrafik səhvlər olurdu

pyotrRusiyanı əzəmətli dövlətə çevirən ilk rus imperatoru 1-ci Pyotr 1672-ci il iyunun 9-da Moskvada anadan olmuşdur. Romanovlar süla­ləsinin davamçısı olan 1-ci Pyotrun anası Natalya Kirilovna Narışkina çar Aleksandr Mixayloviçin ikinci arvadı idi. Pyotra ev müəllimlə­ri və tərbiyəçilər savad versələr də, o, ömrünün axırına kimi savadlı yazmağı öyrənmədi, yazısında çoxlu orfoqrafik səhvlər olurdu. Pyotrun əsas tərbiyəçisi Nikita Zotov ömrünün axırına kimi onun dostu oldu. Spirtli içkiyə də gənc çarı Zotov öyrətdi və ömrünün axırına kimi çar bunun əziyyətini çəkdi.
Pyotr uşaqlıqda hərbi işlərə, gəmiçiliyə meyl göstərir, göldə və çayda üzən kiçik gəmilər düzəldirdi.


1682-ci ildən Pyotr formal olaraq Rusiyanın çarı elan edildi. Amma onun taxta çıxması bacısı çariça Sofya və boyar Miloslavski tərəfin­dən hazırlanmış qiyamla qarşılandı. Nəticədə taxta Pyotrla birlikdə çar Alekseyin Mariya İvanovna Miloslavski ilə birinci nigahdan olan oğlu, Pyotrun böyük qardaşı 5-ci İvan da dəvət edildi. Ağıldan zəif olan İvana Sofya qəyyamluq edirdi. İvan 1689-cu ildə vəfat edənə qədər hakimiyyətdə oldu. Onun vəfatından sonra Sofya taxtdan uzaqlaşdırıldı və Pyotr çar oldu. Həmin il onu kasıb boyar nəslindən olan Yevdokiya Lopuxina ilə evləndir­dilər. Evlənənə qədər Pyotrun çoxlu saydı məşuqələri vardı. Bu nigahdan onların Aleksey adlı oğulları oldu. Amma bu da Pyotrda ilk həyat yoldaşına qarşı sevgi oyatmadı.

Avropaya səyahət edən ilk rus çarı

1694-cü ildə Natalya Kirilovna Narışkina vəfat edənə qədər faktiki olaraq hakimiyyəti o və qohumları boyar Narışkinlər idarə edirdilər. Onun ölmündən sonra Pyotr hakimiyyəti tamamilə əlinə aldı. Müstəqil idarəçiliyə başlayan Pyotrun ilk işi Türkiyə ilə müharibəyə başlamaq oldu. Rusiyanı ticarət ölkəsinə çevirmək istəyən Pyotrun məqsədi Qara də­niz və Baltik dənizi limanlarını zəbt etmək idi. 1695-1696-ci illərdə türk hərbi hissələrinə hücum edən Pyotr Azov limanını ələ keçirdi.
1697-1698-ci illərdə Pyotr Avropa ölkələrinin səfirliklərini gəzməyə başladı. O özü ilə 35 zadəgan da götürmüşdü. Pyotr özünü "çar Pyotr Mixayloviçin uryadniki" kimi təqdim etsə də, səfirin ətrafının 250 nəfərdən artıq olması göstərirdi ki, çar da burada olmalıdır. Nümayəndə heyəti Avstriya, Hollandiya, İngiltərə və sair ölkələrə baş çəkdi. Əsas məq­səd Turkiyəyə qarşı koalisiya təşkil etmək, dəniz avadanlığı almaq, dənizçilər və gəmidüzəldənlər gətirmək, dəniz qüvvələri yaratmaq idi. Pyotr həm də Avropa həyat tərzi ilə tanış olmaq istəyirdi, ona qədər heç bir rus çarı Avropada olmamışdı. Pyotr Avropa tipli dövlət və ordu yaratmaq istəyirdi.

Pyotr Hollandiyanı ideal dövlət hesab edirdi

Səfərə çıxmazdan əvvəl Pyotr özünə üzük düzəltdirmişdi və üzüyə yazdırmışdı: "Mən şagirdəm, özümə müəllim axtarıram".
Pyotr Hollandiyada Avropanın ən yaxşı dənizçiləri arasında özünü tapdı. O, Hollandiyanı ömrünün axırına kimi ideal dövlət nümunəsi hesab edirdi və Rusiyanı da bu dövlət kimi görmək istəyirdi. Pyotr Prussiyada silah işi ilə tanış oldu. Çarla Avropaya gedən zadəgan övladlarının çoxu Avropa həyat tərzini sərbəst və cəlbedici hesab edərək Rusiyaya qayıt­madı. Rusiyanın Avropaya qapısı açıldı 1697-ci il martın 31-də Pyotr İsveç krallığının tərkibində olan Riqaya gəldi. Burada onu çara layiq qarşılamadılar, Riqa qalasının içərisinə bax­mağa icazə vermədilər. Bir qədər sonra Pyotr İsveçə müharibə elan etmək üçün bəhanə tapdı. Türkiyəyə qarşı koalisiya uğur əldə edə bilmədi. 1699-cu ildə Türkiyə ilə mühari­bə edən Avstriya, Polşa və başqa dövlətlər onunla sülh bağlayandan sonra növbəti ildə Rusiya Türkiyə ilə Konstantinopol sülhünü bağladı. Bu müqaviləyə əsasən Rusiya Azovu, Taqanroqu və Krım xanlığından aldığı bir neçə kiçik qalanı saxladı. Rusiyanın Avropaya qapısı açıldı. 1699-cu ilə İsveçə qarşı Polşa, Saksoniya və Danimarka ilə Şimal İttifaqı bağla­yan Pyotr ildə 11 rubl maaş verməklə əhalinin bütün təbəqələrindən əsgər topladı və üç piyada diviziyası yaratdı. 3 iyul 1700-cü ildə İsveçə müharibə elan edən Rusiya 1700-cü ilin sonunda Narva ətrafında məğlub oldu. Məğlubiyyətdən sonra Pyotr güclü artilleriyası olan yeni ordu yaratdı və Pribaltikadakı bir neçə İsveç qalasını, o cümlədən Narvanı zəbt etdi.

Dövlət idarəçiliyində islahatlar

Dövlət idarəçiliyində yeniliklər edən Pyotr 1720-ci ildə bir neçə üzvdən ibarət olan 12 kolleqa (hərbi, ədliyyə, ticarə və sair) yaratdı. Kolleqanın sədri olurdu və hər bir məsələ kolleqada müzakirə olunurdu.
Çar 1708-ci ildə yerlərdə idarəçilik sistemində islahatlar keçirərək Rusiyanı 8 quberniyaya böldü. Quberniyalar əyalətlərə, əyalətlər qəzalara bölünürdü. Quberniyalar diviziya, əyalətlər polk saxlamalı idi. Ali nəzarət orqanı olan senat və kilsə idarəçiliyinə nəzarət üçün sinod yaradıldı. 1711-ci ildə yaradılan senat Pyotr yürüşlərə gedən vaxt ölkəni idarə edirdi.

İqtisadiyyatın və elmin inkişafı

Pyotr sənayenin və ticarətin inkişafı üçün hər cür imkanlar yaradırdı. Onun hakimiyyətinin son illərində ölkədə 233 fabrik və zavod vardı. O, manufakturalar tikmək üçün tacirlərə və zadəganlara kredit verirdi.
Pyotr Rusiya Elmlər Akademiyasını yaratdı və xaricdən ən yaxşı alimləri dəvət etdi. 1702-ci ildə Rusiyada ilk qəzet olan "Vedomosti" çapdan çıxdı. Hərbçi kadrların hazırlanması üçün Naviqasiya məktəbi və korpus açdı. Pyotr rus əlifbasını sadələşdirdi, ərəb rəqəmləri tətbiq etdi. Zadəganları və meşşanları avropasayağı geyinməyə və yığıncaqlara arvadla­rı ilə gəlməyə məcbur etdi. Kəndlilər və din adamlarından başqa hamıya saqqal saxlamağı qadağan etdi. Məhz Pyotrun vaxtında zadəganlar və tacirlər kəndlilərdən kəskin dərəcə­də fərqlənməyə başladılar.

Senat Pyotrun oğlu şahzadə Alekseyə edam hökmü çıxardı

Pyotrun Yevdokiya Fyodorovna Lopuxina ilə nigahı uğursuz alındı. O, alman Anna Monsla evləndi və Lopuxinanı monastra göndərdi. Pyotrun oğlu şahzadə Aleksey anasına görə in­cidiyi üçün atasını sevmirdi, onun rus məişətində etdiyi radikal dəyişiklikləri qəbul etmirdi. Pyotr liflandiyalı paltaryuyan Marta Skavronskaya ilə evlənəndən sonra Aleksey xari­cə qaçdı və Avstriya imperiyasında sığınacaq aldı. Pyotr Andreyeviç Tolstoy vasitəsilə oğlunu Rusiyaya qaytaran çar onu senatın mühakiməsinə verdi. Senat ona edam hökmü çı­xartdı. Lakin hökm icra olunmadı. Aleksey həbsxanada işgəncə nəticəsində öldü. Bəzi versiyalara görə, Pyotr oğlunu özü öldürtdürdü ki, çar ailəsinin üzvü edam edilməsin.

Paltaryuyan Marta imperatriça Yekaterina oldu

Marta Skvaronskaya ilə Pyotr 1703-cü ildə tanış oldu. Bu qadın Marinburqa yürüş zamanı Boris Petroviç Şeremetyevin əsgərləri tərəfindən əsir götürülmüşdü. O əvvəlcə feldmar­şal Şeremetyevin məşuqəsi olmuş, sonradan Şeremeytev onu çarın yaxını Aleksandr Daniloviç Menşikova vermişdi. Menşikov da öz növbəsində Pyotra güzəştə getmişdi. 1711-ci il­də Pyotr Martanı həyat yoldaşı elan edib, 1712-ci ildə onunla evlənmişdir. Pravoslavlığı qəbul edən Marta Yekaterina oldu və Pyotr tərəfindən imperatriça titulunu aldı. Pyotrla Ye­katerinanın 11 uşağı oldu, onlardan yalnız ikisi (Anna və Yeltizaveta) sağ qaldı. Yelizaveta sonradan imperatriça oldu və onun qızı 2-ci Yekaterina Rusiyanın görkəmli çarlarından ol­du. Yekaterina ilə nigah da Pyotru dəyişmədi, yenə də onun çoxlu sayda məşuqələri vardı.

Pyotr insanları işinə görə qiymətləndirirdi

Pyotr İsveç modeli əsasında hərbi nizamnamə yazdı. Pyotrun vəfatına yaxın kazaklar daxil olmadan 210 min nəfərlik rus ordusu vardı. Ordu rus zavodlarında buraxılan toplarla təc­hiz olunmuşdu. Bundan əlavə dəniz qüvvələrində 28 min adam xidmət edirdi. Dəniz qüvvələrinin 48 iri, 787 kiçik gəmisi vardı.
Pyotr insanları sinfi mənsubiyyətinə görə yox, işinə görə qiymətləndirirdi. Onun vaxtında çoxları "çirkabdan knyazlığa" yüksəldilər. Atası piroq alveri edən A.D.Menşikov da belə­lərindən idi.
Avropada İsveçin yerini həmişəlik Rusiya tutdu

1709-cu ildə Pyotrun başçılığı altında rus ordusu İsveç kralı 12-ci Karla qalib gəldi. Karl Pyotra xəyanət etmiş müttəfiqi Ukrayna getmanı İvan Mazepa ilə birlikdə Türkiyə qalaları Benderdə və Bessarabiyada xilas yolu axtarmağa məcbur oldu. 23 min isveçli əsir düşdü, onların yalnız 4 mini ölkəsinə qayıtdı. Karl və Mazepa ilə birlikdə cəmi 1300 isveçli və uk­raynalı Türkiyəyə getdi. Karlın Avropa yürüşlərində əldə etdiyi sərvətlər Pyotra qaldı. Əzəmətli İsveç dövləti həmişəlik tarixdə qaldı. Avropada onun yerini Rusiya tutdu.

Pyotr "xalqın atası" titulunu qəbul etmədi

Pyotr qohumlarının uşaqlarının və öz uşaqlarının Avropa ölkələrinin hökmdarları ilə nigaha girməsinə nail oldu.
1710-cu ildə Türkiyə ilə yenidən müharibə başladı. Müttəfiqlərinin heç biri Pyotra ciddi kömək etmədi. Güclü türk ordusu ilə əhatə olunmuş Pyotr türk nümayəndələrinə böyük həcmdə rüşvət vermək gücünə Konstantinopol sülhü zamanı əldə etdiyi əraziləri, Taqanroqu və Zaporojyenin böyük bir hissəsini verməməklə sülh bağladı. Baş vəzir Konstanti­nopola qayıdandan sonra yüngül şərtlərlə sülh bağladığı üçün xəyanətdə ittiham olunaraq edam edildi. 1721-ci ildə Pyotrun müharibələrdə qələbələri hesabına artıq Rusiya böyük ərazilər əldə etmişdi, Baltikyanı ərazinin şərq hissəsinə tam nəzarət edirdi. 1721-ci il 31 oktyabrda senat Pyotra "xalqın atası" və "ümumrusiya imperatoru" titulunu verdi. Pyotr yalnız Rusiyanın nüfuzunu artıracaq imperator titulunu qəbul etdi. Ölümündan sonra ona "Böyük Pyotr" deyilməyə başlandı.

Çar sabitliyin yolunu gizli polis və donoslarda görürdü

Pyotr məmurlara az maaş verirdi, rus məmurları rüşvət hesabına yaşayırdılar. Pyotr rüşvətxorluqda həddini aşan məmurları cəzalandırırdı, amma korrupsiya bir damla belə azalmır­dı. Ölkədə sabitlik yaratmağın çıxış yolunu Pyotr gizli polis yaratmaqda və donoslarda görürdü. Pyotr donosçuları mükafatlandırırdı, bildikləri barədə donos verməyənləri isə cəza­landırırdı. Onun hakimiyyəti dövründə Astraxanda əsgərlərin və şəhərlilərin, Donda Kondarti Bulavinin rəhbərliyi ilə kazakların üsyanları oldu. Ukrayna və Povoljyedə də kiçik qiyamlar oldu. 1703-cü ildə Pyotr yeni paytaxt olan Sankt-Peterburq şəhərinin əsasını qoydu.
1725-ci ildə vəfat edən Pyotr özünə varis təyin etməmişdi. Onu həyat yoldaşı Yekaterina əvəz etdi.
V.O.Klyuçevski yazır ki, Pyotrdan sonra dövlət güclü oldu, amma xalq kasıb idi. Hakimiyyəti dövründə 4 min sərəncam verən Pyotr dövlət büdcəsinin 78-83 faizini hərbi işlərə yönəldirdi. Bu da verglərin yüksəlməsinə səbəb olurdu. 


Açar sözlər: pyotr russia rusiya car 

Yazar: Zyklon-B | Tarix: Avqust 16, 2008 22:20 | Kim-Kimdir, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 9

  İNSAN HİSSLƏRİNİN

   QALAQRAMMASI

QORXMAQ – Hərəkətə yol açır. Təbiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan kəşf edib, amma ağıldan əvvəl yaranmayıb. Çünki, qorxmaq da ağısızlıqdır, qorxmamaq da.

UTANMAQ HİSSİ – Saxtadır. Tərbiyədən asılıdır. Faydalıdır, həmişə yox. Şərq mənbəlidir.
 

DARIXMAQ – Təbii hissdir. Saxtası yoxdur. Faydası azdır. Reallığı sevir. Amma özü real deyil. Məşğuliyyətlə qarışdırılanda tərkibini itirir.
 

SEVMƏK – Birinci buraxılışı originaldır. Bu dövrdə ağılla yola getmir. Sonrakılar müəyyən hisslərə görə saxtalaşır. Zəmanət verilmir. Ən çox şərq yarımkürəsində yayılıb. Satışı qadağandır. Ona görə də çox satılır. Saxtalıq əlaməti (hərəkətə çevrilmə ilə başlayır). Gerçəklərlə qarışdıranda alergiya verir. Hər zaman nəzarət tələb edir.
 

SUSMAQ- Hərəkətlə calağı var. Təbiidir. Saxtası da mövcuddur. Ətraf üçün qorxusu da var. Sahibi üçün faydası çoxdur. Tərkibi gizlidir.
 

NİFRƏT ETMƏK – İnam hissinin və sevginin infliyasiyası da demək olar. Təbii hissdir. Qorxuludur. Ona görə də tərkibində ağılın olması məsləhətdir.
 

PAXILLIQ ETMƏK – Genetik koddan asılıdır. Tərkibi təbii deyil. Növləri mövcuddur. Yaxşı tərəfləri də var.  Məsələn, rəqabətə yol açır. Satışda yoxdur. Özünü gizlətməyi bacarmır. Mimikadan tutmaq olur.
 

QISQANMAQ – İnamsızlıq, qorxu və saf sevginin qarışığıdır. Inandırmağa xidmət edəndə saxtalaşır. Qorxuya xidmət edəndə inandırır. Sırf sevgiyə xidmət edəndə isə baxış çərçivəsini darlaşdırır.

AĞLAMAQ – Hərəkət xarakrerlidir. Ən təbii hissdir. Amma saxtasını da çıxardıblar. Əsasən qadınlar üçündür. Kişilərə lazım olanda çətin tapılır.
 

DUYĞULANMAQ – Originaldır. Müşahidə olunmur. Gözlə görünmür. Hiss edilir. Ona görə də saxta deyil. Mühitdən, xarakterdən asılıdır. Saflıq dərəcəsinin göstəricisidir.
 

ŞOKA DÜŞMƏK – Hərəkətsizliklə müəyyən olunur. Hansısa hissin normadan artıq olduğunu bildirir. Psixoloji hazırlığın səviyyəsindən asılıdır.
 

QIŞQIRMAQ – Həm də hərəkətdir. Originaldır. Satışda yoxdur. Ona görə də az saxtalaşıb. Başqasını narahat etməyəndə faydalıdır.
 

GÜLMƏK – Hərəkətlə müəyyən olunur. Təbiidir. Amma daha çox saxta forması yayılıb. Səviyyə ilə müəyyən olnur və səviyyəni müəyyən edir. Ağılın ona təsir imkanı azdır.
 

QORXMAQ – Hərəkətə yol açır. Təbiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan kəşf edib, amma ağıldan əvvəl yaranmayıb. Çünki, qorxmaq da ağısızlıqdır, qorxmamaq da.
 

TƏƏCCÜBLƏNMƏK – Original hissdir. Əlçatmazlığı sevir. Düşünmək hissi ilə uzlaşmır. Ibtidai hissdir. Ağıllını daha da ağıllı, ağılsızı daha da ağılsız edir.
 

SEVİNMƏK, KƏDƏRLƏNMƏK -  Müxtəlif mənşəlidir. Təbii hissdir. Ondan törəyən bir çox hisslər və hərəkətlər var. Saxtası olsa da müəyyən etmək mümkündür.
 

İNANMAQ – Təbii hissdir. İnsan onsuz yaşaya bilməz. Başqasının üzərində saxtadan seçmək çətindir. Tərkibində başqa hisslər mövcuddur. Ağıl onu ən pis halda özünə tabe edə bilər, amma məhv edə bilməz.
 

DÜŞÜNMƏK – Təbiidir. Həm ağıl həm də hissdir. Amma saxtakarlığın yaranmasında böyük rolu var.  Ağılla qarışdırılanda ən ali hisslərdən olur.

Raqif  Raufoglu

                                                                    


Açar sözlər: hissler insan raqif raufoglu 

Yazar: Zyklon-B | Tarix: Avqust 10, 2008 22:08 | Məqalələr, Poeziya | Şərhlər(1) | Baxış sayı: 26

Yalan – Allahın ayələrinə inanmayanların əməli
Yalan – həqiqətin əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış, olmamış hadisəni isə olmuş kimi göstərməkdir. Yalan ən çirkin əməllərdən biridir. Bunun belə olduğunu, çox vaxt yalan danışan insanın özü də bilir. Çünki yalan danışan insan özünə «yalançı» deyilməsini istəmir, bundan narahat olur. Yalançı olduğunu qəbul etməməsi isə, şübhəsiz ki, başqa bir yalandır.

Yalan, insanı öz ətrafında inanılmayan, etibar edilməyən bir hala salır. Çünki yalan söyləyənlərin çoxu qısqanc və xəsis insanlardır. Bu cür insanlara da heç kim haqlı olaraq inanmır.
Doğru sözlü olmaq nə qədər insani və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq da bir o qədər qeyri-insani və qeyri-əxlaqi bir haldır. Yalanın qeyri-insani qeyri-əxlaqi xüsusiyyəti insanlar arasındakı əlaqələri kökündən sarsıdır.
Yalan danışmaq bəşəri əlaqələri köklü bir şəkildə zədələyir. Çünki insanlar arasında yaxşı əlaqələr qura bilməyin əsas şərti insanların bir-birlərinə inanmalarıdır. Yalan insanlar arasındakı bu inam hissinin əmələ gəlməsinə əngəl olur. Qarşılıqlı olaraq bir-birinə inanmayan insanların sağlam əlaqələr qura bilməsi isə mümkün deyildir.
Cəmiyyəti meydana gətirən şəxslər arasında sağlam və səmimi əlaqələr qurma imkanını ortadan qaldıran yalançılıq İslam əxlaqında qəti bir şəkildə qadağan edilmişdir. Quranda belə buyurulur:
«…Yalan sözlərdən çəkinin» (Həcc, 30);
«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!»
(Nəhl, 105).
Yalanı ən böyük günahlardan biri olaraq qəbul edən Peyğəmbərimiz (s.ə.s.) bir dəfə səhabələrindən soruşur: «Sizə günahların ən böyüyünü xəbər verimmi?». Səhabələr «bəli» deyə cavab verdikdə Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurur: «Günahların ən böyüyü Allaha ortaq qoşmaq, ata-anaya asi çıxmaqdır». Rəsulullah bu sözləri dirsəklənmiş halda deyirmiş. Birdən dikələrək sözünə belə davam edir: «Xüsusilə yalan danışmağa, yalandan şahidlik etməyə diqqət edin. Yalançılıq və yalançı şahidlikdən çəkinin». Səhabələr rəvayət edirlər ki, Həzrəti Peyğəmbər (s.ə.s.) son sözlərini o qədər vurğuladı ki, heç susmayacağını düşündük (Muslim, Kitabu'l-iman, №87).
Yalan insanın qura biləcəyi hər cür bəşəri əlaqəyə mənfi yöndə təsir edir. İnsanın səylə qurduğu mənəvi aləminə zərər vurur. İnanılan, fikirlərinə etibar edilən insan olma xüsusiyyətini itirir. Bu səbəbdən zarafatla olsa belə yalan demək xoş qarşılanmır. Bir hədisdə belə buyurulur: «Heyiflər olsun o kəsə ki, insanları güldürmək üçün danışır və yalan söyləyir, heyiflər olsun!» (Tirmizi, Kitabu'z-zuhd, bab 10, №2315).
Yalan cəmiyyətdə ədalətin bərqərar olmasına da mane olur. Bu səbəbdən yalandan şahidlik kimi, yalan yerə and içmək də qəti olaraq qadağandır. Rəsulullah «Kim bir müsəlmanın malını qoparmaq üçün and içsə qiyamət günü o insan əzaba düçar olaraq Allahın hüzuruna çıxar» deyə buyurmuş (Təcrid, c.VII, s.211, №1064) və bu ayəni oxumuşdur: «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Onları şiddətli bir əzab gözləyir» (Ali-İmran, 77).

Açar sözlər: yalan quran resulullah din islam 

Yazar: Zyklon-B | Tarix: Avqust 8, 2008 22:55 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 19

elcibeyElçibəy xatirəsi
"Əbülfəz Elçibəysiz bir çox məsələlər həll olunmur"
Azərbaycan Milli Azadlıq Hərakatının lideri, mərhum eks- prezident Əbülfəz Elçibəyin xatirəsi yaddaşlarda qalsa da, onun haqqında deyilənlər, yazılanlar kifayət deyil. Ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmiş eks-prezident barədə xatirələri yenidən vərəqlədik.
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Əbülfəz Elçibəyi sadə, müdrik və filosof kimi xatırladığını bildirdi: "Bəzən Əbülfəz Elçibəyin hər hansı bir taktiki hərəkətləri zəif təsir bağışlayırdı. Məhz elə buna görə də onun prezidentliyi vaxtında deyirdilər ki, Əbülfəz bəy rəhbər kimi qətiyyətli addım atmır.

Tural

Amma onun anlaşılmaz uzaqgörənliyi və intuisiyası ortaya çıxırdı. Məsələn, o bir şeyi bildirirdi və izah edirdi. Ancaq onun dedikləri bu şəraitə uyğun olmurdu. Üstündən bir neçə il keçəndən sonra Elçibəyin dediyi həmin fikirlər öz yerini alırdı. Yada düşürdü ki, bir neçə il əvvəl Əbülfəz bəy bunu olduğu kimi deyib. Eynilə öz taleyini də o cür elan etdi. Səhv etmirəmsə, 1992-ci ilin martın 25-də parlamentdə hamı onun prezidentliyə namizədliyini irəli sürəndə faktiki olaraq Əbülfəz bəy imtina etdi və çıxışında belə bir ifadə işlətdi: "İndi seçdiyiniz prezidenti bir ildən sonra qovacaqsınız". Bu, belə də oldu. Əbülfəz bəy Milli Azadlıq Hərəkatının lideri kimi prezident seçildi, amma bir il sonra o, öz vəzifəsini tərk etdi". Əbülfəz Elçibəyin böyüyə, kiçiyə qarşı çox həssas və diqqətli olduğunu xatırlayan Arif Əliyev belə keyfiyyətin hər siyasətçidə olmadığını bildirdi: "Bir adam kürsüdə oturan kimi onu oradan nəinki qoparmaq, heç tanımaq belə olmur. Amma Elçibəy prezident vəzifəsində də dəyişmədi. O öz sadəliyini insanlarla ünsiyyətdə qoruyub saxlayırdı. Digər tərəfdən, Əbülfəz bəy çox şeylərdə kompromisə gedən insan idi. Hətta belə bir fikir də səsləndirirdilər ki, onun kompromisi balans yaratma siyasətilə bağlıdır. Müəyyən hədlər var idi ki, Əbülfəz Elçibəy ondan arxaya çəkilə bilməzdi. Bu onda olan fərdi yox, ictimai hədlər, milli maraqlar idi. Azərbaycanın müstəqilliyi, ölkənin bütövlüyünün qoruyub saxlanması bu hədlərə aiddir. Həmin məsələlərə görə Elçibəy vəzifəsindən də keçə bilərdi. Hətta ola bilsin ki, fərdi münasibətdə düşmən kimi yanaşdığı adama çəkilib yol da aça bilərdi. Qısası, Elçibəy çox möhtəşəm bir şəxsiyyət olub və mən xoşbəxtəm ki, həyatımın müəyyən bir hissəsini üç insanın tabeliyində işləmişəm. Bunlar Nəcəf Nəcəfov, Aydın Məmmədov və Əbülfəz Elçibəydir".
Eks- spiker Yaqub Məmmədov Əbülfəz Elçibəyi təmiz insan, Azərbaycanın müstəqilliyi uğrunda hər şeydən keçən adam kimi tanıyır: "Yaxından ünsiyyət qurduğum adam kimi xarakterizə etsəm, deyərdim ki, çox səmimi insan idi. Müəyyən dövrlərdə bizim onunla görüşlərimiz və münasibətlərimiz olub. Həmişə Əbülfəz Elçibəy Cənubi Azərbaycan problemindən danışırdı. O söhbətlərində iki yerə bölünmüş xalq kimi problemlərimizi qabardır və bunu siyasətinin əsas hissələri sayırdı. Hərəkat başlayan dövrdə hamı görürdü ki, bu adam xalq uğrunda mübarizə aparır və öz mənafeyini əsas tutmurdu. Elçibəy həmişə Azərbaycanın müstəqilliyinə çalışıb və onda SSRİ-yə qarşı nifrət hissi olub. Maraqlı söhbətlərində ürəkağrısıyla danışırdı ki, biz azad deyilik, imperiyanın əsarəti altındayıq, İranda da farslar bizi əzir. Mən Ali Sovetin sədri olan dövrdə də çox tez-tez görüşürdük və Cənubi Azərbaycan problemi barəsində söhbətlərimiz olurdu. Şəxsən mənim onunla münasibətimdə səmimiyyət və inam vardı. Sonralar isə onunla görüşməyimə imkan verilmədi, mən Prezident Aparatına buraxmadılar və bununla da əlaqələr kəsildi. Ancaq Elçibəy Kələkiyə gedib qayıdandan sonra onun təşəbbüsüylə görüşdük və olub keçənləri müzakirə etdik. Bu gün mən Əbülfəz Elçibəyi müstəqillik və azadlıq uğrunda canından keçən bir insan kimi tanıyıram".
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Novela Cəfəroğlu Əbülfəz Elçibəylə bağlı unudulmaz xatirələrini hər zaman xatırladığını və eks- prezidentə böyük şəxsiyyət kimi yanaşdığını vurğuladı: "Doğrudan da, bu gün Əbülfəz Elçibəyin yoxluğu hiss olunur. Yəni bu gün müxalifətin düşdüyü durumda onun yeri görünür. Əbülfəz Elçibəy həm də ağsaqqal kimi gözəl insan idi. Bəy yaşasaydı bu gün parçalanmış müxalifəti bir yerə yığıb, öz sözünü deyə bilərdi. Elçibəysiz çox məsələlər həll olunmur. Məsələn, Bütöv Azərbaycan məsələsi demək olar ki, bağlanıb. Yəni, onun qurduğu bütün birliklər və sistem fəliyyətini dayandırıb. Əbülfəz bəy Azərbaycanı sevən, onun bütövlüyünü arzulayan və ölkəmizin heç bir dövlətin təsiri altına düşməsini istəməyən şəxsiyyət idi. Onun ən birinci addımı Azərbaycandan rus qoşunlarını çıxarmaq və "Təhsil haqqında" qanunu qəbul etmək kimi vacib məsələlər oldu. Bayrağı, gerbi və himni ortalığa Elçibəy gətirdi. Elçibəy mənə ilk olaraq Hüseyn Cavidi sevməyi öyrətdi, Mikayıl Müşfiqi və Atatürkü sözün həqiqi mənasında tanıtdı. Musiqimizi, xalqımızı sevmək kimi məsələlərin hamısı mənə Əbülfəz Elçibəydən gəlib".
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətdən və sadə bir insandan ayrılmağın çətin olduğunu söylədi: "Əbülfəz bəyi hər zaman məsləhətləşdiyim, bu günə kimi özümə böyük sandığım və bundan sonra da böyük sanacağım bir insan kimi xatırlayıram. İnsan öz sevdiyindən, böyüyündən, dostundan heç vaxt ayrıla bilməz. Təbii ki, insanın birinci dostu Allahdır, sonra millət və millətin aparıcı adamlarıdı. Belə bir böyüyündən insan heç vaxt ayrı qala bilmir. Əbülfəz Elçibəylə bağlı xatirələrim çoxdur, ömür vəfa etsə, yaxın zamanlarda bütün xatirələrimin hamısı hazır şəkildə çap olunacaq".

xalqcebhesi


Açar sözlər: ebulfez elcibey boz qurd azerbaycan 

Yazar: Zyklon-B | Tarix: Avqust 7, 2008 23:00 | Türk Dünyası, Məqalələr, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 19

hand of the God
~:~:~
Qəribə deyilmi ki, 10 manatlıq əskinası məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük :?:
~:~:~
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa :?:
~:~:~
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir :?:
~:~:~
Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimiz roman heç əlimizdən düşmür :?:
~:~:~
Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün :?:
~:~:~
Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq :?:
~:~:~
Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabı Quranda yazılanlara isə bu qədər çətinliklə və gec :?:
~:~:~

Açar sözlər: allahın-varlığı allah tövhid iman qurani-kərim 

Yazar: Zyklon-B | Tarix: Avqust 7, 2008 22:57 | Məqalələr, İslam | Şərhlər(0) | Baxış sayı: 21

Son dövrlər planеtimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə bu sualın cavabı olduqca sadədir. Allah Təala buyurur:

«Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yеrdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nеmətlərini inkar еtdi. Allah da həmin şəhərin sakinlərinə еtdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.» (Nəhl surəsi, ayə112) Qurani Kərimdə Nuhu inkar еdənlərin sеlə qərq olduğu, Ad və Səmud tayfalarının günahları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub kişilərlə şəhvətlə yanaşan Lutun tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar nəql olunub. Hər bir millət Allaha еtiqadı müqabilində üç böyük nеmətlə mükafatlandırılıb: əmin-amanlıq, gələcəyə inam, gеn-bol ruzi. İmam Sadiq (ə) buyurur: «Bəni-İsraildən bir tayfa o qədər gеn-bolluq, rifah içərisində yaşayırdı ki, hətta uşaqlarının oyuncaqları bеlə qida maddələrində hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü ki, həmin oyuncaqları yеməyə məcbur oldu.» (Təfsiri Nuri Səqəlеyn, 3-cü cild, səh 91) Dеmək bütün bəlaların, еləcə də təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır» (Nəhl surəsi, ayə 107)


Açar sözlər: islam felaket quran kuran din 

Yazar: Zyklon-B | Tarix: Avqust 4, 2008 23:03 | İslam, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 19

new yorkABŞ-da fəaıliyyət göstərən bir müsəlman təşkilatı Nyu York şəhər metrosunda islam dinini tanıtmaq məqsədilə başladığı reklam kampaniyası qalmaqala səbəb olmuşdur.


"Dünyabulteni" xəbər verir ki, reklam kampaniyasının başlanması mübarək ramazan ayı və 11 sentyabr hadisəsinin baş verdiyi ərəfəyə təsadüf edir. Nyu York metro vaqonlarının içində "Bilməyə haqqınız vardır" yazıları nəzərə çarpır. Reklamda islam peyğəmbəri və islam dini haqqında məlumat almaq üçün və lazım olan suallara cavab əldə etmək üçün, Cənubi Amerikada yerləşən "İslam Mərkəzi"nin əlaqə telefonları qeyd edilmişdir.

Reklamların metro və vaqonlarda yerləşdirilməsi üçün Cənubi Amerika İslam Mərkəzi, metropolitenin reklam şöbəsinə 48 min dollar verir. Cənubi Amerika İslam Mərkəzinin (The Islamic Circle of North America - ICNA)  internet səhifəsində, təşkilat özlərinin gündəlik strateji addımlar atmalarının səbəbini açıqlayaraq qeyd etmişdir ki, bizim bu prossesə başlamağımıza əsas səbəb, islam dininin daha yaxşı başa  düşülməsi və yanlış məlumatların aradan qaldırılmasıdır.

Lakin, çox təəsüflər olsun ki, İslam Mərkəzinin bu təşəbbüskarlığına dözümsüz yanaşanlar da tapılmışdır. Belə ki, respublikaçı Piter King bu reklamların dərhal yığışdırılmasını istəmişdir.


“Deyerler” AİN (www.deyerler.org)


Açar sözlər: new york metro islam din 

Yazar: Zyklon-B | Tarix: Avqust 4, 2008 22:46 | İslam, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 21

Allah nə üçün Quranda özü barədə “biz” deyir?

Allaha həmd olsun!
Allah Qurani Kərimdə həmişə özü haqqında “biz” demir. Allah özü haqqında həm birinci şəxsin təkində yəni “mən” olaraq, həm birinci şəxsin cəmində “biz” olaraq bəhs edir.
Məsələn aşağıda məallarını təqdim etdiyimiz ayələrdə Allah özü haqqında “mən” deyə bəhs edir”
“Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (Bəqərə 40)
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə 186)
“Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat 56)
Eyni zamanda Qurani Kərimdə bir çox ayələrdə də Allah özü haqqında “biz” deyir:
“(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.” (Bəqərə 57)
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9)
Gördüyünüz kimi bu ayələrdə də Allah “biz” deyə bəhs edir. Bunun səbəbi barədə müfəssirlər müxtəlif fikirlər irəli sürmüşlər.
Bəzi müfəssirlərə Allah təala isim və sifətlərinin çoxluğu səbəbi ilə bir çox ayələrdə özü haqqında “biz” demişdir. (İsmail Həqqi Bursəvi Ruh-ul-bəyan ) Bəzi müfəssirlərə görə isə Allah biz deyərkən onun əmri altında olan mələklərə də işarə etmişdir. Necə ki, yuxarıdakı ayələrdə Quranın nazil olması və s. kimi əməlləri Allah mələkləri vasitəsi ilə həyata keçirmişdir.
Ancaq əksər üləmaya görə bu məsələdə ən doğru görüş isə “biz” sözü ilə Allahın öz əzəmət, böyüklük və möhtərəmliyini göstərməsidir. Belə ki, Quranın nazil olduğu ərəb dilində birisinin özünün hörmət və ehtiramlı olduğunu bildirməsi üçün “biz” deməsi normaldır. (Necə ki, avropalılar və onlara qoşulan bizlər birisinə hörmət olaraq cəm halda “siz” deyirik)
Burada “biz” kəlməsini bu səbəbdən çoxluğa işarət olaraq qəbul etmək yanlışlıqdır. Allahın tək olduğunu eyni zamanda öz əməllərində heç bir qüvvəyə möhtac olmadığı Qurani Kərimdə onlarla ayə ilə sabitdir və İslam əqidəsinin əsasıdır. “Biz” kəlməsini də bu prinsipin işığında ələ almalıyıq.
“Kovsər” surəsinin “Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” ayəsinin təfsirində “Buradakı “biz”dən məqsəd Allahın əzəmətini göstərməkdir. Çünki “Kövsəri Rəsulullaha hədiyyə olaraq verən yerin və göyün sahibi olan Allah Təaladır. Hədiyyə edilən şey də verənin böyüklüyünə görə qiymət və əzəmət qazanır”
Eyni zamanda Osmanlı dövrünün məşhur müfəssiri Əbu Süud Əfəndi də “İrşadu Əqlu-səlim” təfsirində “Şübhəsiz Quranı biz nazil etdik və biz də onu qoruyacağıq” ayəsini təfsir edərkən “Biz əzəməti-şanımızla nazil etdik” deyə təfsir edir. Yəni, Qurani Kərimdə “biz” kəlməsini Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır.

islam /Tac.Az/


Açar sözlər: islam biz quran allah din 

Yazar: Zyklon-B | Tarix: Avqust 4, 2008 22:40 | İslam, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 21

zihin acan foto

zihin acan foto

zihin acan foto

zihin acan foto

zihin acan foto

 

Ardı Var...


Açar sözlər: zihin acan fotolar resim 

Yazar: Zyklon-B | Tarix: Avqust 3, 2008 22:39 | Şəkillər | Şərhlər(0) | Baxış sayı: 39

ENDİRİM

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir
uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman
ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı amma, kiçik bir
dükan üçün uyğun idi.Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq
vitrinə doğru bir az daha yaxınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi.
Həm də çətinliklə..


Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi,dizinin alt
qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu.
Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi.Bir müddət
elə dayandı.Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə
atılıb:
- Balaca!. deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər
bir möcüzədir!.
Uşaq,ona dönərək:
- Həqiqətən çox gözəldirlər!. deyə təbəssüm etdi. Amma mənim bir qıçım
doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil!. deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan
yoxdur ki!. Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da imanı.
Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:
- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.
Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:
- Anlaya bilmədim!. dedi. Niyə elə olsun ki?
- Çox sadə!. dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma
ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər...
Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar,
yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı, sənə yaraşar!. dedi. Sınamaq istərsənmi?
Uşaq, başını yanlara yelləyib:
- Üzərində 30 lirə yazır, dedi. Almağım mümkün deyil ki!.
- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20
lirəyə düşər. Zatən sən bir təkini alacaqsan,o da 10 lirə edər.
Uşaq bir az düşünüb:
- Ayaqqabının digər təki işə yaramaz!. dedi. Onu kim alacaq ki?
- Amma uzatdın ha!. deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa
sataram.
Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
- Üstəlik də şagirdsən deyilmi? deyə soruşdu.
İkiyə gedirəm!.deyə atıldı uşaq. Üçə keçdim sayılır.
Lap yaxşı!. dedi adam. 5 Lirə də şagird endirimi etsək, geri qalar 5
lirə. O da zatən bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım
getdi!.
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki
rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı
çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək
- Mənim satış əməliyyatım bitdi!. dedi. Sən də mənə, bunu satsan məmnun olaram.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir.
Köhnə bir ayaqqabı, pul edərmi?
- Sən çox cahil qalmısan ay yoldaş.. dedi, adam. Antikvar əşyalardan
xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çıx pul məbləği edər. Bu yüzdən ayaqqabın, məncə ən az 30- 40 lirə edər.
Kiçik uşaq, ard arda yaşadığı şokları, üzərindən ata bilmiş deyildi.
Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın,
həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən
sonra,10 lirəlik banknotu geri verərək:
- Mənə görə 20 lirə bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!..
Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir öpüş qondurdu.
Nədənsə içi içinə sığmırdı.Əgər bütün mallarını bir gündə satsa,
belə bir xoşbəxtliyi tapa bilməzdi.
Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu.İsti bir təbəssümlə təşəkkür edib:
- Atam haqlıymış!. dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!.? demişdi...

ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMƏSİN..!

Qeyd: Dəyərli fikirlərinizi bildirməyi unutmayın..!


Açar sözlər:

Yazar: Zyklon-B | Tarix: Avqust 2, 2008 23:19 | Məqalələr | Şərhlər(1) | Baxış sayı: 21

Mübarək vaxtlar və bərəkətli zamanlar
Bildiyimiz kimi, dinimizdə saleh əməllər, gözəl işlər üçün çox vaxt konkret bir vaxt müəyyən edilməmişdir. Lakin fərz ibadətlər üçün müəyyən qaydalar təsbit edildiiyi kimi, konkret vaxtlar da müəyyənləşdirilmişdir. Lakin bununla belə. özünəməxsus nemətlərin lütf olunduğu müəyyən mövsümlər, bəzi ibadət və önəmli işlərin yerinə yetirilməsi üçün təsbit olunmuş müəyyən vaxtlar vardır.


Bir gündə qılınan beş vaxt namaz, hər həftə qılınan Cümə namazı, bayram günlərində Bayram namazı, Ramazan gecələrində Təravih namazı, Oruc üçün Ramazan ayı, Həcc üçün həcc günləri məhz bu müəyyən vaxtlardandır. Hər namaz üçün ayrca vaxt seçildiyi kimi, fərz olan namaz ibadətlərinin belə qılınması məkruh olan anlar vardır (Günəşin çıxdığı, batdığı an və s.). Lakin ildə elə aylar, ayda elə günlər və gündə elə anlar vardır ki, həmin vaxt edilən dualar, ibadətlər çox fəzilətli olur.
Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: «Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin. Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin» (Rum, 17-18).

Üç aylar (Rəcəb, Şaban, Ramazan), Mövlud, Rəqaib, Merac, Bərat və Qədr gecələri kimi vaxtlar da müsəlmanların xüsusi şövqlə Allah-Təalaya yönələrək tövbə və istiğfar, dua və niyazla məşğul olduqları, nafilə və ya qəza namazı kimi ibadətlərlə dəyərləndirdikləri bərəkətli zamanlardandır. Uca Allah cənnət nemətlərinin «Ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!» - deyən, səbir edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlər» üçün olduğunu bildirməkdədir (Ali-İmran, 16-17).
Sevimli Peyğəmbərimiz (s.ə.s.) isə belə buyurmuşdur«Ey insanlar! Salamlaşın. Yemək yedizdirin. İnsanlar yatarkən gecə vaxtı namaz qılın. Beləcə əmin-amanlıqla cənnətə girərsiniz» (Riyazu's-salihin, c.2, səh. 452).
Başqa bir hədisdə isə belə buyurulur: «Gecədə duanın qəbul olunduğu bir saat vardır ki, hər hansı bir müsəlman ona rast gəlib dünya və axirətə dair Allahdan xeyir diləsə, şübhəsiz, Allah onun istədiyini verər» (Riyazu's-salihin, s.458).

Bildiyimitz kimi, Rəcəb, ŞabanRamazan aylarından ibarət olan mənəviyyat mövsümünün dini həyatımızda xüsusi bir yeri vardır. Bir çox müqəddəs gecələr, o cümlədən Qədr gecəsi bu aylarda, daha dəqiqi Ramazan ayındadır. Bunlar elə aylardır ki, həmin günlərdə kin və nifrət unudulur, hər kəs özünü əmin-amanlıq içində hiss edir. Peyğəmbərimizin (s.ə.s.) bu üç ay haqqında «Allahım! Rəcəb və Şabanı haqqımızda xeyirli və mübarək et, bizi Ramazana qovuşdur» (Kəşfu'l-xəfa, №554) deyə dua etmiş, səhabələr bu ayları namaz, oruc, zəkat və sədəqə kimi ibadətlərlə süsləmişlər.
Üç aylar pisliklərdən uzaqlaşmağın daha çox intişar etdiyi, yaxşılıq, xeyir və duaların artdığı, yardımlaşma hissinin canlandığı, könülləri fərəhləndirən Ramazan ayının da içində olduğu bir iqlim yaradır.
Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: «Beş gecə vardır ki, onlarda edilən dualar qəbul olunar. Bunlar, Rəcəb ayının ilk gecəsi, Şaban ayının on beşinci gecəsi, Cümə və Bayram gecələridir» (əl-Fəthu'l-Kəbir, 2/92).
Bildiyimiz kimi, artıq müqədəs üç aylara daxil olduq. Bu səbəbdən ibadətlərimizi, saleh əməllərimizi daha da artırmalı, bu ayları layiqincə dəyərləndirməyə çalışmalıyıq. Bundan başqa yaxşı olardı ki, Ramazan orucuna hazırlıq məqsədilə Rəcəb və Şaban aylarında br neçə gün oruc tutaq. Və Peyğəmbərimizin (s.ə.s.) də etdiyi kimi, dua edək ki, Uca Allah bizi müqəddəs Ramazan ayına qovuşdursun. Bu ayların hamımız üçün xeyirlərə vəsilə olmasını Uca Allahdan diləyirik.


Açar sözlər: islam vaxt din mubarek 

Yazar: Zyklon-B | Tarix: Avqust 2, 2008 23:14 | İslam, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 15

Abstract
Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün çalışmaqsa istəmirik :?:
~:~:~
Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil :?:

~:~:~


~:~:~
Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq :?:
 ~:~:~
Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq :?:
~:~:~
Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır :?:

 

~:~:~

Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!" deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir :?:

~:~:~

Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtim yoxdur" bəhanəsilə aradan çıxır :?:

~:~:~

Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq :?:

~:~:~
Qəribə deyilmi ki,
bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək :?:
~:~:~
Sizcə də qəribə deyilmi :?: :?: :?:

~:~:~

P.S. Şərh yazmağı unutmayın!...


Açar sözlər: allahın-varlığı allah tövhid iman qurani-kərim 

Yazar: Zyklon-B | Tarix: Avqust 2, 2008 22:43 | Məqalələr, İslam | Şərhlər(2) | Baxış sayı: 27

 


A. S. Puşkin (1799-1838): “Lətif Quranı oxudum”

Puşkinin yaşadığı dövr rus ədəbiyyatının parlaq dövrüdür. Puşkinin  əsərləri “bütün dünyanı əhatə edən həssaslıq”, rəngarəng və möcüzəvi ifadə tərzinə malik olmaqla yanaşı, mənəviyyatın və ədalətin tələblərini layiq olduğu şəkildə qarşılamaq iqtidarındadır.İnsanlar onun əsərlərini böyük ehtiram hissi ilə oxuyurlar.


 Moskvada, Sankt-Peterburqda və böyük şairin yaşadığı digər şəhərlərdə insanlar ildə iki dəfə - doğum tarixi olan 6 iyun və ölüm tarixi olan 10 fevralda Puşkini anmaq məqsədilə müxtəlif tədbir və yığıncaqlar keçirirlər. Onların içərisində şairin istedadını qiymətləndirən elm adamları, yazıçılar, tələbələr və sadə vətəndaşlar olur. Belə tədbirlərdə şairin həyat və yaradıcılığından söhbət açılır, əsərlərindəki məziyyətlər müzakirə edilir, şerləri oxunur.

Qeyd etmək lazımdır ki, şair bir çox əsərində İslam mövzusuna da toxunmuşdur. Bu əsərlərdə o, özünü “İslam təhsilinin” davamçısı kimi səciyyələndirir və Qurani-Kərimdən məftunluqla bəhs edir:

                     Bir az cəsarətin olsun, sən yalana nifrət et,

                     Həqiqət yolunda əmin addımlarla get,

                     Yetimləri və mənim Quranımı sevç

                     Məxluqatı yaradana ibadət və dua et.

“Yevgeni Onegin” əsərinin əlyazması nüsxəsində aşağıdakılar qeyd olunmuşdur:

Quranda bir çox hikmətli kəlam vardır: “Hər gün yatmadan əvvəl dua et: Şeytanın yolundan uzaq dur, Allahı xatırla və cahil insanlarla mübahisə etmə.

Şairin aşağıdakı ifadələri isə Peyğəmbərin (s) xanımları haqqındadır:

                                                 Ey pak olan Peyğəmbərin xanımları,

                                                 Siz digər xanımlardan fərqlənirsiniz.

                                                 Sizə Peyğəmbərin kölgəsi təqva ifadə edir.

                                                 Səssizliyin gözəl kölgəsi altında siz

                                                 Təvazökar şəkildə yaşayırsınız.

                                                 Çünki bütün diqqətlər sizin üzərinizdədir.

                                                 Evlənmədən yaşayaraq siz

                                                 Qəlbinizi imanla mühafizə edin.

                                                 Ona görə qadağalara tabe və həyalı olun.

                                                 Təmizlikdən uzaq olan İblis

                                                 Sizin üzünüzü əsla görə bilməz!

Aleksandr Puşkin cənuba sürgün edildiyi zaman müsəlman xalqlarından olan çərkəzlərin, Krım tatarlarının və albanların həyat tərzi ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Qeyd olunan ərazilər digər bölgələrdən fərqli olaraq imperiyaya yeni birləşdirilmişdi. Şairin ilk əsərlərindən olan “Qafqaz əsiri” məsnəvisində avropalılar üçün döyüşçü və qeyri-adi məziyyətləri olan bu xalqın vəziyyəti romantik bir tərzdə ifadə edilmişdir.

Mixaylovskiyə geri qayıdan Puşkin Baxçasaray su hovuzunun “səssiz ola bilməyən davranışı” və “şairanə göz yaşlarını” bir daha xatırlayır. Ətrafı şam ağacları ilə əhatə olunmuş, noyabr ayının qarı ilə məşhur olan köşk haqqında şair bir şer qələmə alır və bu şer onun əsərləri içərisində qəribəliyi və mükəmməlliyi ilə seçilir: “Qurana yazılan bənzətmə”. Bu, məhz bir bənzətmədir (təşbehdir). Şer sərbəst vəzndə qələmə alınıb tərcümə deyildir. Onda İslamın uca kitabının simvolları hiss edilir. Həmçinin, şerdə Quranın ruhu və hərfləri vardır. Puşkin Quranı M. Veryokinin rus dilinə edilən və  1795-ci ildə hazırlanmış tərcüməsindən öyrənmişdir. Puşkinin əsərlərində Quranın ehtiva etdiyi aydınlığın böyük gücü, ayrı-ayrı surələrin ecazkarlığı hiss edilir. Çünki şairin də qeyd etdiyi kimi “Quranda bir çox dərin həqiqət qüvvətli və şairanə bir dillə ifadə olunmuşdur”.

Puşkinin bu mövzuya dair yazdığı doqquz şeri onun şah əsərləri hesab edilir. Bu şerlərin hər bir kəlməsi dərin məna daşıyır, namütənahi səma kimi aydınlıq ehtiva edir və Peyğəmbərin (s) davranış və hərəkətlərini əks etdirir. Məsələn, Quranın bir surəsinə aid yazdığı şer parçasına diqqət edək.

Burada şairə sanki coşğun bir ilham gəlir:

                                             Mələk sura iki dəfə üflədiyində

                                             Göy gurultusu ilə ildırım da yerə enəcək.

                                             Bax, o zaman qardaş-qardaşı buraxıb qaçacaq

                                             Oğul isə anasından üz döndərəcəkdir,

                                             Nəhayət hər kəs Allah qarşısında toplanacaqdır.

Vaxtilə Puşkinin ildönümündə Feodor Dostoyevski dinləyicilərə belə bir sualla müraciət etmişdi: “Burada onun müsəlman olduğu açıq bir şəkildə görünmürmü? Məgər burada Quranın ruhu, mənəvi gücü və şairin böyük yanğı ilə imanı sezilmir?”

K.F. Rılyeyev 1825-ci il may ayının 12-də Puşkinə ünvanladığı məktubda yazırdı: “Puşkin, Rusiyada yarışma ağacını sən əkdin. Hazırda sənin qarşına ancaq Derjavin çıxa bilər. Ancaq bir şey qəti surətdə aydındır ki, iki və ya üç illik zəhmətdən sonra sən onu çox geridə qoyacaqsan. Gələcəkdə səni hər kəsin qısqanacağı və həsəd aparacağı uğur gözləyir. Sən bizim Bayronumuz ola bilərsən. Ancaq səndən bir xahişim var. Allah xatirinə, İsa xatirinə və çox sevdiyin Məhəmməd xatirinə xahiş edirəm onu təqlid etmə. Sən sahib olduğun fitri istedadın və geniş qəlbinlə Bayrona qədər yüksəldə bilərsən, ancaq sən yenə də Puşkin kimi qala bilərsən. Nə olardı, bilsəydin ki, mən sənin sənətini və sahib olduğun böyük istedadı nə qədər sevirəm. Mən bunu çox yüksək qiymətləndirirəm. Salamat qal, möcüzələr yaradan insan”.

Burada bizim əsas toxunmaq istədiyimiz cəhət Rılyeyevin Puşkinə ünvanladığı ifadələrdir. Belə ki, Rılyeyev Puşkinin təbiətinə çox yaxşı bələd idi. Rılyeyev şairin Məhəmməd peyğəmbərə (s) qarşı olan sevgisini yaxşı bildiyinə görə, ona bu kəlmələrlə müraciət edirdi. Çünki o, şairə müraciət etdiyi bu kəlmələrdən sonra sözünün yerə düşməyəcəyindən əmin idi. Bununla yanaşı, Rılyeyev Puşkinə bu şəkildə xitab etməyin nə qədər əhəmiyyətli olduğunu da nümayiş etdirirmişdir.

Puşkinin əsərlərinin tədqiqi və onun İslama dair fikirlərinin öyrənilməsi onun əqrəbalıq əlaqələrinə toxunulmadan həyata keçirmək düzgün olmazıdı. Belə ki, şairin kökü ərəblərə gedib çıxır. Şair özü babaları haqda bunları qeyd edir: “Bizim kökümüz Prussiyadan olub Radşi və ya Raçi qəbiləsinə gedib çıxır. Doğrusunu demək lazımdırsa onlar çox zəngin bir nəsil idi və Rusiyaya knyaz Yaroslaviç Nevskinin hakimiyyəti zamanı köçmüşdülər. Bu nəsildən Musinlər, Bobrişevlər, Povodovlar, Kanmenskilər, Buturlinlər, Koloqrivovlar, Şerefedinovlar, Tovarkovlar və Puşkinlər ailəsi törəmişdir”.

Daha sonra şair öz tərcümeyi-halına belə davam edir: “Mənim anamın əsil-nəsəbi isə daha maraq doğurur. Belə ki, anamın babası zənci, atası isə zəngin bir knyaz idi”.

Puşkin ana tərəfdən babasının adının İbrahim olduğunu qeyd edir. İbrahimin peyğəmbərlərdən birinin adı olduğunu və İslam dinində bu cür adlandığını, İncildə isə Avraam kimi göstərildiyini bildirir. Burada kiçik bir anlaşılmazlıq vardır. Ərəblərin içərisində bəziləri, məsələn, Sudanda yaşayanlar dərilərinin rənginə görə zəncilərə bənzəyirlər. Bəlkə də buna görə, onu zənci kimi qəbul etmişlər. Ancaq o ərəb idi. Birincisi, onun adı ərəb adı idi, ikincisi, isə Puşkinin də “Arab Pyotro Velikoqo” (Böyük Pyotrun ərəbi) adlı əsəri vardır. Bu həqiqətlər kifayət qədər məsələyə işıq salır.

Digər tərəfdən, Puşkin yalnız böyük şair kimi deyil, eyni zamanda tarixçi kimi də tanınmışdır. Şairin əsərlərindən biri belə başlayır: “Böyük Pyotr tərəfindən dövlət idarəsində ehtiyac duyduğu məlumatları əldə etmək məqsədilə uzaq ölkələrə göndərdiyi gənclər arasında onun xaç suyuna saldığı ərəb İbrahim də var idi”. Yəni, o tam mənası ilə ərəb idi. Sonradan isə Hannibal familiyasını qəbul etmişdi.

Bundan başqa Puşkinin “Mənim nəslim” adlı şer silsiləsi də mövcuddur. O şerlərində belə deyir: “Babam ticarət gəmisinin kapitanı tərəfindən satın alınan ərəb idi. Ancaq o, çarın yanında böyüdü. Ona görə də babam əsla qul deyildi. Onu heç kim satın ala bilməzdi”.

Mixaylovskiyə sürgün olunan şair oranın soyuq qış günündə ehtimal ki, Quranın “Kəhf” surəsini oxuyur və Krımda gördüyü “soyuq və rütubətli” bir mağaranı xatırlayır. 

                                                        Hər kəsə gizli olan mağarada,

                                                        Bir sürgün günündə mən,

                                                        Lətif və gözəl Quranı oxuyurdum.

                                                       Anidən bir mələk gəldi pozaraq səssizli

                                                       Mənə qoruyucu nə isə bir şey gətirdi.

                                                       Onun gizli gücüylə müqəddəs səslər vardı

                                                       Onun da üzərində bilinməz bir əl vardı.

Şairin daha sonra yazdığı əsərlərində də müsəlman şərq aləminə dair fikirlərə rast gəlmək mümkündür. Şair “Peyğəmbəri sevənlərin” yanında keçirdiyi üsyankar gənclik illərini xatırlayır, orada mənəvi baxımdan inkişaf etdiyini “Talisman” və daha bir neçə şerində qeyd edir. Onlarda durmadan gələcəyi düşündüyünü və qədərini dərk etməyə çalışdığını bildirir. Artıq yetkinlik dövrünə qədəm qoyan Puşkinin əsərləri arasında dağlarda yaşayan insanların adətlərinin əks olunduğu “Tazit” fəlsəfi məsnəvisi xüsusi yer tutur.

                                                       Qəbrin sağlam olması və

                                                       Rəhmətlinin rahat uyumasıyçün,

                                                       Əzrailin səsinə cavab verərək

                                                       Böyük bir cəsarətlə oyanması (dikəlməsi) lazımdır.

Puşkin 1829-cu il Rus-Türk müharibəsi zamanı Rus ordusunun Qafqaz hərəkatında iştirak etmişdir. O, Ərzurum səyahəti zamanı qələmə aldığı şerlərdə şərq və İslam simvollarından təbii şəkildə istifadə etmişdir. Puşkin Yevfrat düşərgəsində “Hafizə” adlı şerini qələmə alır. Şerdə gündəlik həyatdan bəhs edilir. Bundan başqa şair Sagan-Lu dağlarının mükəmməl mənzərəsinin təsiri ilə məşhur “Dəlibaş” şerini yazmışdır. İranlı şair Rusiyalı qonağına göstərdiyi mehribançılığa da bir şer həsr etmişdir.

Onun başqa bir beyti də mükəmməl bir tərzdə qələmə alınmışdır:

                                                      Vəhşi düşüncələr əqlimizi istila etdi,

                                                      Quran isə bizi əqli-səlim etdi,

                                                      Bundan dolayı da böyük Peyğəmbər

                                                      Öz Ərzurumunu göz bəbəyi kimi qoruyar.

                                                      Bizim aramızda yeniçərilər gizlidir.

                                                      Sanki sevimli qardaşlarının arasına girmişdir,

                                                     Alla çayı sürgün olunanları qurtar,

                                                     Çün onların gəlişi Allahın evinədir.

Sovet senzurasının tətbiq edildiyi dövrdə məktəb və universitet kitablarına şairin xüsusi olaraq seçilmiş, kommunist ideologiyasına zidd olmayan əsərləri daxil edilirdi. Görəsən nə üçün Puşkinin “Quranın bənzətməsi” və bu səpkidə qələmə aldığı şerləri deyil, “Uznik”, “Arion”, “Kapitan qızı” və digərləri tədris edilirdi? Hamıya yaxşı məlumdur ki, kommunist rejimi hər şeyi öz “siyasi menyusuna” müvafiq şəkildə seçmişdi. Çünki Puşkinin şerlərinin təsiri altında sözügedən rejimin istəmədiyi hadisələr cərəyan edə bilərdi. Dolayısı ilə onlar Puşkinin “narahatlıq doğuran şerlərini” ictimaiyyətdən gizlətməyə səy göstərirdilər.

Onu da qeyd etmək lazımdır ki, Puşkinin “narahatlıq doğuran şerləri” kommunist rejimdən əvvəl də çar dövründə məhv edilmişdi. Tarixçilərin və ədəbiyyatşünasların qeyd etdiyinə görə,  çar I Nikolay şairin əsərləri içərisindən “sərf etməyənlərin” yandırılmasını əmr etmişdi. Puşkin ədəbi irsinin tədqiqatçılarının fikrincə, şairin bir çox əsərləri yandırılıb.

Burada bizi maraqlandıran məsələ böyük rus şairi Aleksandr Serqeyeviç Puşkinin İslam həqiqətini dərk etməsi və şerlərində bu mövzunu işıqlandırmasıdır. /Deyerler.org/


Açar sözlər: puskin allah rus deyerler 

Yazar: Zyklon-B | Tarix: Avqust 1, 2008 23:01 | Məqalələr, İslam, Bilmədiklərimiz | Şərhlər(0) | Baxış sayı: 30

 yoruldum

Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilı üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı...

 Qızın atası aşpaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlimə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi.Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmış sual verməyə başladı.Atası dinmirdi.İyirmi dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəl yerkökünü çıxarıb bir qaba qoydu.Sonra yumurtanı çıxardı.Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana tökdü.
Üzünü qızına tutub soruşdu:
- Nə görürsən?
Yerkökü, yumurta, qəhvə - deyə qızı saymazyana cavab verdi.
-Daha yaxından bax, dedi atası.
-Yerkökünə toxun.
Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.
-İndi də yumurtaya bax.
Yumurtanın qabığı əvvəlkindən də bərk idi.
-İndi də qəhvənin dadına bax.
Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi.Qızın üzünə xoş təbəssüm yayıldı.Amma yenədə heç nə başa düşməmişdi.
-Bütün bunlar nə deməkdi ata?
-Ata belə izah etdi. Yerkökü, yumurta və qəhvə hər üçüdə eyni şeyə məruz qaldı.Ancaq hər birinin də “münasibəti” başqa başqa idi.
-Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı,gücdən düşdü.Yumurta isə zərif idi.Nazik qabığı ilə içindəki mayeni qoruyurdu.Ancaq qaynar suda qatılaşdı.Amma qəhvə tamam başqa idi.Qaynar suda həm özü dəyişdi,həm də suyu dəyişdirdi.
-Sən bunlardan hansısan?
Həyatda bir problemlə qarşılaşdıqda necə “münasibət” göstərəcəksən? Yerkökü kimi yumşalıb, əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı?
Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi çalışacaqsan?
Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü...

Açar sözlər: yoruldum heyat hekayesi poeziya 

Yazar: Zyklon-B | Tarix: Avqust 1, 2008 22:28 | Məqalələr, Poeziya | Şərhlər(0) | Baxış sayı: 25

Namiq Qaraçuxurlu – Dini
Sizlərə Gözəl bir dini mahnı təqdim edirəm...
Umid edirəm ki bəyənəcəksiniz...

Yüklə


Açar sözlər: dini namiq qaracuxurlu islam mahnı 

Yazar: Zyklon-B | Tarix: İyul 30, 2008 23:31 | İslam, Mahnılar | Şərhlər(0) | Baxış sayı: 25

hijab hicab

Geyim insan həyatının ayrılmaz hissəsidir. Insanın öz bədəninin müəyyən hissələrini örtməsi onun fitrətindən doğan bir hissdir. Odur ki, "insanların geyimdən istifadə etmələri fitridir" deyənlər əsla yanılmırlar. Çünki bu iddianı Qurani-kərim də təsdiqləyir. Allah-taala Əraf surəsinin 22-ci ayəsində buyurur:
".....(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar...."

Onlar bunu fitri olaraq etdilər. Bunu insanın ağlı da təsdiqləyir və heç bir sağlam düşüncə sahibi insana geyimin lazım olmamasını demir. Lakin geyimlərin forması və bədəni hansı həddə örtməsi barəsində millətlər arasında fərq vardır. Dünyanın hər yerində bir cür geyim məqbul hesab edilir və təbii ki, bu məsələdə milli adət-ənənələr və insanların mənsub olduqları dinlər də təsirsiz deyil. Geyim məsələsində mövcud olan digər bir fərq kişi və qadın cinslərinin geyimlərindədir. Dünyanın demək olar ki, hər yerində dinindən və milliyyətindən asılı olmayaraq qadın və kişi geyimləri arasında fərq vardır. Bu fərqin çərçivəsini də əsasən milli və dini mənsubiyyət müəyyənləşdirmişdir. Kişi ilə qadının geyim fərqində təbii ki, bu iki cinsin fizioloji quruluşu da öz təsirini göstərmişdir. Amma hər halda bütün bu fərqlər mövcuddur və heç kəs bunları inkar edə bilməz.

Qadın insan yaradılışının əvvəlindən kişinin kənarında olmuş və həmişə insan cəmiyyətinin ən azı yarısını təşkil etmişdir. Qadının bəşər cəmiyyətindəki rolu inkaredilməzdir.

İslam da qadına xüsusi dəyər vermiş və onun bəşər cəmiyyətindəki rolunu "cənnət anaların ayağı altındadır" kimi kəlamlarla dəyərləndirmişdir ki, əslində bu və buna bənzər kəlamlar həm də qadın məqamına misilsiz qiymətdir.

Lakin bütün bunlarla yanaşı qadın, insan cəmiyyətindəki misilsiz müsbət roluna baxmayaraq, bir sıra ilahi qanunlara riayət etməyəcəyi təqdirdə cəmiyyətlərin süqutuna da səbəb ola bilər. Allahin bütün insanların ilk tərbiyəçisi olaraq qadinlari seçməsi heç də təsadüfi deyil. Bunda qadinin yaradilişi ilə bağlı hikmətlər mövcuddur.

Allahın qadınlar barəsində təsadüfi olmayan qanunlarından biri də bu cinsin öz geyimində bir sıra şərtlərə riayət etməsidir. Təkcə İslam deyil bütün ilahi dinlərin təlimlərində mövcud olan müştərək hökmlərdən biri qadınların naməhrəmlər qarşısında hicaba riayət etməsidir. Hicab Allah-taalanın qadına verdiyi azadlıq nemətlərindən biridir. Çoxları hicabın qadına məhdudiyyət g