Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
Qondarma erməni soyqırımının inkarı Slovakiyada cinayət məsuliyyətinə səbəb ola bilər
Bu barədə İrəvanda səfərdə olan Slovakiyanın baş naziri, ədliyyə naziri Stefan Xarapin jurnalistlərlə görüşdə bildirib

Bu ilin sonuna kimi Slovakiyanın parlamenti qondarma erməni soyqırımının inkarının cinayət məsuliyyəti daşımasını nəzərdə tutan qanun dəyişikliyini qəbul edə bilər. Ermənistanın "Panorama" agentliyinin məlumatına görə, bu barədə İrəvanda səfərdə olan Slovakiyanın baş naziri, ədliyyə naziri Stefan Xarapin jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, bu qanun 2009-cu ilin yanvar-fevral aylarında qüvvəyə minəcək.

S. Xarapin bildirib ki, Slovakiyada Holokostun inkarının hökumətin təşəbbüsü ilə həmin qanuna ediləcək dəyişikliyə görə, qanunun nəzərdə tutduğu cəza digər soyqırım faktlarına da tətbiq olunacaq. Bununla yanaşı, qanunda birinci növbədə "erməni soyqırımı" xüsusi vurğulanacaq. Slovakiyanın baş nazirinin sözlərinə görə, bu təşəbbüsün müzakirəsi zamanı hökumətə hər hansı irad bildirilməyib, bu isə o deməkdir ki, qanun qəbul ediləcək.
Güman edilən dəyişikliyə görə, Slovakiya ərazisində qondarma soyqırımı danan istənilən ölkə vətəndaşını 5 il azadlıqdan mərhum edilmə cəzası gözləyir.
Xatırladaq ki, hələ 2004-cü ildə Slovakiya parlamenti qondarma erməni soyqırımını məzəmmət edən qətnamə qəbul edib. Fransa parlamenti isə 2006-cı ildə qondarma soyqırımın danan şəxsin cinayət məsuliyyəti daşıması barədə qanunu qəbul edib. Fransa qanunvericiliyinə görə, qondarma soyqırımın danan şəxsi 1 il azadlıqdan məhrum edilmə cəzası və 45 min avro cərimə gözləyir. /ANS PRESS/

Bookmark and Share

Açar sözlər: armenian terror slovakiya genocide 

Yazar: Zyklon-B | Tarix: May 28, 2008 22:23 | Xəbərlər, Erməni terroru | Şərhlər(0) | Baxış sayı: 127

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha