Yer kürəsinin üstündə Türkçülük simvolu olan Bozqurdlar. Onların səsləndiyi istiqamətdə isə Mehti. Hamımızın gözlədiyi, əslində isə elə bizlərdən biri olan Mehti! ( Ay Allah, görəsən o mənəm?)
KİTABIN İÇİ: Neçə illərdir ki, şahmat taxtasının xanaları üzərində qurulan bir oyunun oyunçuları olaraq mat qalmmışıq ki, görəsən Qarabağ savaşının həqiqətləri haradadır? Bu barədə uzaq başı hansısa bir “tarixi” verilişdə nə isə araşdırmaq istəyən aparıcı olub, amma 60 dəqiqəlik o verilişin də 30 dəqiqəsi sms-li reklamlara, 15 dəqiqəsi salam- sağol mərasiminə, 15 dəqiqəsi də təqdimata sərf olunub.
Nəhayət ki, gerçəklər gəldi. Heç demə, gözlədiyimiz gerçəklərin içində həzm edilməsi çox çətin olan incəliklər var imiş. Heç demə, gözlədiyimiz qəhrəman şahmat taxtası üzərində olan bildiyimiz hərflər və rəqəmlər trayektoriyasi ilə hərəkət etmirmiş. Heç demə gözlədiyimiz qəhrəman FƏRARİ imiş...
94-cü illərə qədər olan siyasi hadisələri Fərari əsəri ilə gündəmə gətirən Müslüm Məhərrəmovun bu ssenari-romanında məni ən çox düşündürən, işğal altında olan Qarabağ ərazisində cərəyan edən, bu günə qədər də bilmədiyimiz gerçəklərdir. Roman boyunca diqqətimi çəkən və mütəmadi olaraq işlənən bir cümlə də var idi. “Axşam televizorda Bakı kanalına baxırdılar, yenə konsert verirdi”. Müharibə dövründə erməni kanalları öz xalqının “qəhrəmanlıq” nümunələri ilə dolu olan verilişlərini nümayiş etdirir, bizim kanallarda isə konsertdir. Bu elə indi də belədir. Təəssuf ki, hətta daha da qabarıq şəkildədir. Dəyişən bir şey yoxdur.
Valideynlərini axtarmaq üçün Qarabağ ərazisinə keçən Mehti, istər-istəməz oradakı iyrənc oyunlara müdaxilə edə biləcək bir qüvvəyə çevrilir. Öldürdüyü hər ermənini, Şüşada narkomaniya mərkəzini partlatmasını vətənə xidmət hesab edən Mehti haqqında erməni generalı belə bir dosye əldə edir.
“ Azərbaycanda, Qarabağda doğulub. Bakıda universitetin tatix fakultəsində oxusa da 3-cü kursdan xaric edilib, 1988-ci ildə xalq hərəkatına qoşulub, 1991-ci ildə hüquq-mühafizə orqanları təəfindən həbs edilib, millətlər arasında qarşıdurma saldığına,erməni xalqına göndərilən yardımların yerinə çatdırılmasına maneəçilik etdiyinə görə 3 il həbs cəzası alıb, 1993- cü ildə azad edilib, bir başa cəbhəyə gedib. Tərtər hərbi komissarlığında qeydiyyatda olub, Fəraridir. HMO- tərəfindən axtarışdadır...
Mehtiyə təbii ki, Azərbaycanda yer yoxdur. Qəhrəmanı Fərari olan bir ölkənin bundan böyük nə dərdi ola bilər ki?... Yazılmış və yazılmamış qanunları bir ortaq məxrəcə gətirib gəlin fərarilərimizə sahib çıxaq... hələ ki, vaxtımız var.
Raqif RAUFOGLU
Açar sözlər: raqif raufoglu ferari azerbaycan



MARAQLI BİR TƏQDİMATDI. MƏNCƏ SON İLLƏRİN. XÜSUSƏN DƏ QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI YAZILMIŞ ƏN MÜKƏMMƏL ƏSƏRDİR...
May 27, 2008 14:04