İngilis müstəmləkəçiliyinin XIX əsrin sonlarında özünə seçdiyi ən önəmli hədəf, Osmanlı İmperiyası idi. Osmanlı Dövləti, o dövrdə Yəməndən Bosniya-Hersoqavinaya qədər uzanan böyük bir ərazinin hakimi idi. Ancaq, əsrlərlə sülh, hüzur və sabitlik şəraitində idarə etdiyi bu əraziləri idarə etməkdə çətinlik çəkirdi. Xristiyan azlıqlar müstəqillik əldə etmək üçün üsyan qaldırır, Rusiya kimi böyük hərbi qüvvələr də Osmanlını təhdit edirdi.
Osmanlını təhdit edən qüvvələrə, əsrin son rübündə İngiltərə və Fransa da qoşuldu. Xüsusilə də, İngiltərə Osmanlının cənub əyalətlərinə göz dikmişdi. 1878-ci ildə imzalanan Berlin Razılaşması, Avropanın müstəmləkəçi qüvvələrinin Osmanlını paylaşma qərarlarının bir ifadəsi idi. Beş il sonra, 1882-ci ildə, İngiltərə Osmanlı torpağı olan Misiri işğal etdi. İngilis müstəmləkəçiliyi, daha sonra da Osmanlının Orta Şərqdəki əyalətlərini ələ keçirmə planlarına əl atdı.
İngiltərə bu imperyalist siyasətini hər zaman olduğu kimi irqçiliyə əsaslandırırdı. İngilis höküməti planlı surətdə Osmanlını və xüsusilə də, Osmanlının əsas ünsürü olan Türk millətini sözdə “geri qalmış” bir millət olaraq göstərməyə çalışırdı.
İngilitərə Baş Naziri William Ewart Gladstone, açıq-aşkar “Türklər insanlığın insan olmayan nümunələridir. Mədəniyyətimizin yaxşılığı naminə onları Asiya çöllərinə geri sürgün etməli və ya Anadoluda məhv etməliyik” deyirdi.1
Bu və oxşar ifadələr, İngilis höküməti tərəfindən on illər boyunca Osmanlıya qarşı bir təbliğat vasitəsi olaraq istifadə edildi. İngiltərə Türk Millətini, Avropalı irəli irqlərə boyun əyməli olan sözdə geri qalmış bir irq olaraq göstərməyə çalışırdı.
Bu təbliğatın sözdə “elmi” əsası isə Charles Darwin idi!...
Darwinin Türk Milləti haqqındakı şərhləri, 1888-ci ildə yayımlanan “The Life and Letters of Charles Darwin” (Charles Darwinin Həyatı və Məktubları) adlı kitabda yer alırdı. Darwin, təbii seçmə nəticəsində sözdə “geri qalmış irqlər”in məhv olaraq, mədəniyyətin inkişafına tövhə verdiyini irəli sürür və sonra da Türk Milləti haqqında bunları söyləyirdi:
Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməyə davam etdiyini sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa, Türklər tərəfindən işğal edildikdə, Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma, artıq bu gün Avropanın Türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir.
Avropa irqləri olan mədəni irqlər, həyat mübarizəsində Türk barbarlığına qarşı qalib gəlmişdilər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdıqda, bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən məhv ediləcəyini (yox ediləcəyini) görürük.2
Darwinin bu sarsaqlığı, İngiltərənin Osmanlı İmperiyasını yıxma siyasətinə dəstək vermək üçün yazılmış bir təbliğat resepti idi. Belə ki, bu təbliğat resepti öz təsirini göstərdi. Darwinin “Türk Milləti yaxında yox olacaqdır; bu təkamülün qanunudur” mənasında işlədilən sözləri, İngilislərin Türk düşmənçiliyi təbliğatı kampaniyalarına sözdə elmi bir dəstək verdi.
İngiltərənin Darwinin proqnozunu həyata keçirmə həvəsi I. Dünya Müharibəsində reallaşdı. 1914-cü ildə başlayan bu böyük müharibə, bir tərəfdə Almaniya və Avstriya-Macaristan, digər tərəfdə isə İngiltərə-Fransa-Rusiya ittifaqlarının arasındakı mənafe toqquşmasından doğmuşdu. Ancaq, müharibə planındakı ən mühüm hesablaşmalardan biri, Osmanlı İmperiyasını yıxma və paylaşma hədəfi idi.
İngiltərə, iki ayrı istiqamətdən Osmanlı İmperiyasına hücum etdi. Birinci istiqamət, Osmanlının Orta Şərqdəki torpaqlarını ələ keçirmək məqsədilə açılan Kanal, Fələstin və İraq cəbhələri, ikinci istiqamət isə, I. Dünya Müharibəsinin ən qanlı müharibələrindən birinin yaşandığı Çanaqqala cəbhəsi oldu. Çanaqqaladakı Türk ordusu, İngilislərin başçılıq etdiyi düşmən qüvvələrinə müqavimət göstərmək üçün 250 min şəhid verərək qəhrəmancasına vuruşdu. İngilislər isə, sözdə “aşağı irq” olaraq gördükləri Türklərə qarşı vuruşmaq üzrə, öz əsgərlərindən daha çox, Hindli əsgərləri, ya da Avstraliya, Yeni Zelandiya kimi müstəmləkələrindən topladıqları Anzak birliklərini göndərmişdilər.
Darwinin Türk düşmənliyinin təsiri I. Dünya Müharibəsinin ardından da davam etdi. Bu gün Avropadakı soydaşlarımıza qarşı xain hücumlar edən Avropalı neo-Nasist qrupları, hələ Darwinin Türk Milləti haqqındakı cəfəngiyyatlarından ilham alırlar. Bu Türk düşməni irqçi qrupların internet səhifələrində, Darwinin Türklər haqqındakı sözləri yerləşdirilib.
1- Süleyman Kocabaş, Hindistan Yolu ve Petrol Uğruna Yapılanlar: Türkiye ve İngiltere, 1.baskı, İstanbul: Vatan Yayınları, 1985, s. 231
2- Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol.I, 1888. New York D. Appleton and Company, s.285-286
Açar sözlər: darwin turk harun yahya
