
Hollandiya məhkəməsi İslamın faşizmlə müqayisə edilməsinə icazə verib: “Təhqirlər sərbəstdir”.
Hollandiya məhkəməsi İslamın faşizmlə eyni səviyyədə göstərilə biləcəyinə hökm verərək İslamın təhqir edilməsinə hüquqi don geyindirib. Məhkəmə hollandiyali siyasətçinin İslam dinini faşizmlə müqayisə edərək Məhəmməd peyğəmbəri (s) bir “barbar” kimi xarakterizə etməsini siyasətçinin söz azadlığı kimi qiymətləndirib.
Qeyd edək ki, Hollandiya İslam Federasiyası (HİS) məhkəməyə müraciət edərək Hollandiya parlamentinin üzvü Qert Vildersin “bu cür müqayisələr” aparmasının qadağan edilməsini tələb etmişdi.
Məhkəmənin açıqlamasında “Bildirilən görüşlər qanuna zidd deyildir. Vildersin bu mövzuda söz azadlığı müəyyənedici amildir” – deyə qeyd olunur.
Vildersin İslamı faşizmlə müqayisə edən və Peyğəmbəri barbar kimi təqdim edən filminin nifrət və zorakılığı təhrik etmədiyini iddia edən Hollandiya məhkəməsi “ ifrat da olsa” bir millət vəkilinin görüşlərini ifadə edə bilməsinin vacibliyini vurğulayıb.
“Mən həmişə siyasi müzakirəyə inanmışam. Fikrimcə, Qərbin və xüsusilə Hollandiyanın İslamlaşması istiqamətindəki təhlükələri qeyd etmək çox vacibdir. Mən əsla ifrata vardığımı hesab etmirəm”- deyə Vilders jurnalistlərə müsahibəsində bildirib.
/dunyabulteni/
Açar sözlər: islam din hollandiya


