Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
dilimiz Keçmiş SSRİ-də türkdilli xalqlar slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noqaylar), Kabarda-Balkar, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noqaylar, Truxmenlər), Moldoviyada (Qaqauzlar), Litvada (Karaimlər, Tatarlar), Krım (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Almilərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlərdə var.
Hal-hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir.


Türk dillərinin tarixi inkişafı aşağıdakı mərhələlərə bölünür:

Altay və Hun dövrləri (eramızın V əsrinədək)
Qədim Türk dövr (V-X əsrin əvvəli)
Orta Türk dövrü (X-XV əsrlər)
Yeni və ən yeni türk dövrləri (XVI-XX əsrdə).
Mündəricat
1 Türk dillərinin təsnifatı
2 Dil ailəsinin xüsusiyyətləri
3 Əlifbası
4 Türk dil qrubu
4.1 Cənub (Güney) Türkcəsi
4.2 Şimal (Quzey) Türkcəsi
4.3 Qərb (Batı) Türkcəsi
4.4 Şərq (Doğu) Türkcəsi
5 Həmçinin Bax
6 Mənbə
7 Xarici keçidlər



Türk dillərinin təsnifatı
Qəbul olunmuş təsnifata görə türk dilləri Qərbi (Qərbi hun) və Şərq (Şərqi hun) qollarına ayrılır:

Qərb qolu
bulqar
Bulqarlar (qədim) dili
Xəzər dili
Çuvaş dili
Oğuz
Oğuzlar(X-XI əsrlər)
Azərbaycan Türkçəsi
Tatar Türkçəsi
Türkiyə türkcəsi
Türkmən Türkçəsi
Qaqauz Türkçəsi

Qıpçaq
Başqırd Türkçəsi
Qazax Türkçəsi
Qaraçay Türkçəsi
Balkar Türkçəsi
Qaraqalpaq Türkçəsi
Qumuq Türkçəsi
Karai Türkçəsi
Noqay Türkçəsi
və s.
Karluq
Özbək Türkçəsi
Uyğur (yeni uyğur)Türkçəsi
və s. qruplara
Şərqi qolu
Uyğur
qədim Uyğur Türkçəsi
Tuva Türkçəsi
Yakut Türkçəsi
Xakas Türkçəsi
Şor Türkçəsi
s.
Qırğızqıpçaq
Qırğız Türkçəsi
Altay Türkçəsi
qrupları daxildir.


Dil ailəsinin xüsusiyyətləri
Türk dillərinin hamısında ahəng qanunu, samitlərin assimiliyasiyası, kök və şəkilçilərin xüsusi quruluşuna malik olması, demək olarki, eynilik təşkil edir. Bu tipoloji uyğunluq morfologiyayada aiddir. Türk dili iltisaqi dillərə daxildir. Onlarda qrammatik cins kateqoriyası yoxdur. Qoşmalar sözün sonuna əlavə olunur, sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sırası möhkəm qanunauyğunluğa tabedir. Hal və mənsubiyyət kateqoriyaları çoxlu ümumi cəhətlərə malikdir. Kök sözlərin heç biri şəkilçi qəbul etmədən işlənə bilməsi, vahid təsrif sistemi, əvəzliklərdəki, ümumilik və s. də belə oxşarlıqlardandır. Bu dillərin sintaktik quruluşundada tipoloji eynilik çoxdur; söz və söz birləşmələrinin cümlədəki sırası sabitdir: təyin təyin olunandan əvvəl gəlir və onunla uzlaşmır, tamamlıq tamamladığı sözlərdən əvvəl gəlir, tabeli mürəkkəb cümlələr az, tərkiblər isə çoxdur. Lüğət tərkibində ümumilik daha qabarıq şəkildə özünü göstərməlikdədir.




Eski Türkçe Türkiyə Türkçəsi Azərbaycan Türkçəsi Türkməncə Tatarca Qazakca Özbəkcə Uyğur Türkcəsi
ana anne ana ene ana ana ona ana
burun burun burun burun borın murιn burun burun
qol kol qol qol qul qol qo‘l kol
yol yol yol ýol yul jol yo‘l yol
semiz semiz semiz semiz simez semiz semiz semiz
topraq toprak torpaq topraq tufraq topıraq tuproq tupraq
qan kan qan gan qan qan qon qan
kül kül kül kül köl kül kul kül
sub su su suw su suw suv su
aq ak ağ ak aq aq oq aq
qara kara qara gara qara qara qora qara
qızıl kızıl qızıl qyzyl qızıl qızıl qizil qizil
kök gök göy gök kük kök ko‘k kök


Əlifbası
Türk dilinin qədim yazılı abidələri (Orxon-Yenisey əlifbası ilə) VI-XI əsrlərə aiddir; daha qədim abidələri isə mani, brahmi və soğdi əlifbası ilə yazılmışdır (Sintszyan və Orta Asiya). Sonralar türk yazısı (Uyğur və Ərəb əlifbaları ilə) şərqdə Kaşqar, Orta-Asiya və Qızıl Ordada, qərbdə isə Səlcuqilər dövlətində (Kiçik Asiya), Azərbaycanda, Türkiyədə, Misirdə, Hindistanda və s. yerlərdə inkişaf etmişdir.

XX əsrin 20-30-cu illərində keçmiş SSRİ-nin türk dilli xalqları latın əlifbasından istifadə etmişlər. 30-cu illərin sonunda bu dillərin çoxu üçün kiril qrafikası əsasında əlifba yaradılmışdır. Türkiyədə 1928 ildən latın qrafikalı əlifba qəbul olunmuşdur. Lakin SSRİ dağıldıqdan sonra azad olmuş türkdilli dövlətlər yenidən latın qrafikalı əlifbadan istifadə etmişlər.


Türk dil qrubu

Cənub (Güney) Türkcəsi
Türk dili
Azərbaycan dili
Türkmən Türkcəsi
Qaqauz Türkcəsi
Krım Tatar Türkcəsi
Xorosan Türkcəsi
Afşar Türkcəsi
Qaşqay Türkcəsi
Qalay Türkcəsi
Salar Türkcəsi

Şimal (Quzey) Türkcəsi
Yakut (Saha) Türkcəsi
Dolgan Türkcəsi
Xakas Türkcəsi
Şor Türkcəsi
Altay Türkcəsi
Uyğur Türkcəsi
Sarı Uyğur Türkcəsi

Qərb (Batı) Türkcəsi
Tatar Türkcəsi
Çuvaş Türkcəsi
Başqırd Türkcəsi
Karay Türkcəsi
Qaraqalpaq Türkcəsi
Qazax Türkcəsi
Qırğız Türkcəsi
Kumuk Türkcəsi
Nogay Türkcəsi
Mesket Türkcəsi
Tuva Türkcəsi
Çuliman Tatar Türkcəsi
Balqar (Malkar) Türkcəsi
Qaraçay Türkcəsi

Şərq (Doğu) Türkcəsi
Özbək Türkcəsi
Uyğur Türkcəsi

Açar sözlər: turk dilimiz turan turkistan 

Yazar: Zyklon-B | Tarix: Mart 8, 2008 23:14 | Türk Dünyası | Şərhlər(0) | Baxış sayı: 144

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha