Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
armenian terror
Fakt 1:Müxtəlif ölkələrdə türklərə hücum zamanı həmin ölkənin vətəndaşları da erməni hədəfinə tuş gələ bilər (və gəlirlər də). Bax onda onları həbs edirlər, mühakimə edirlət, müxtəlif cəzalar verirlər. (Lakin hec vaxt hansısa ermeniyə bir nəfəri öldürdüyünə görə ömürlük həbs verməyiblər.-G.Ş) Və bu həmin ölkəyə “müharibə elan etmək” üçün ermənilərin səbəbi olur. Məsələn: İsveçrə...
İsveçrə iki erməni terrorçusunu həbs etdi və hətta curət edib onlara həbs cəzası verdi. Və başlandı :
04.11.80 Cenevrə.Məhkəmə binasında güclü partlayış(!) Səbəb: iki erməni terrorçusunun həbsi və onlara cəza verilməsi
10.11.80 Romada Suis ƏR və İsveçrənin turizm agentliyinin binalarında ardıcıl, bir neçə bomba partlayışı.5 nəfər yaralandı.
25.11.80 Cenevrədə İsveçrə bankının binasında bomba partlayışı.1 nəfər yaralandı.
06.12.80 Marseldə İsveçrə konsulluğuna bomba qoyuldu.
29.12.80 Madriddə İsveçrə aviaagentliyində bomba partlayışı. İspan müxbiri yaralandı.
30.12.80 Beyrutda ASALA kütləvi informasiya vasitələrilə xəbərdarlıq etdi ki, bütün dünyada İsveçrə diplomatlarına qarşı hücumlar davam edəcək.-Həmin iki terrorçu üzündən onlarla erməni terror mərkəzlərindən biri İsveçrə hökumətinə müharibə elan etməyə curət etdi(!).
27.01.81 Milan. İsveçrə müəssisələrində iki bomba partlayışı. İki italiyalı qadın yaralandı.
03.02.81 Los-Anceles. İsveçrə konsulluğu yaxınlığında bomba qoyuldu. Tələb: “Bizim adamlarımızı buraxın!”
19.06.81 Tehran. İsveçrə avia agentliyində partlayış (“9 iyun təşkilatı”)
26.06.81 Los-anceles. İsveçrə bankı koporasiyasının binası qarşısında bomba partlayışı “9 iyun təşkilatı”
19.07.81 Bern. İsveçrə parlamenti binasında (!) bomba partlayışı. (“9 iyun təşkilatı”)
21.07.81 Lozannada (İsveçrədə) univermaqda partlayış. 20 qadın yaralandı (“9 iyun təşkilatı”)
22.07.81 Cenevrə. Dəmiryolu stansiyasında bomba partlayışı. 4 yaralı. “9 iyun təşkilatı”
22.07.81 Cenevrə. Bir saat intervalında iki bomba partlayışı. “9 iyun təşkilatı”
Belə çıxır ki, ermənilər təkcə türkləri deyil isveçrəliləri də vəhşi, varvar hesab edirlər.

Fakt2: Belqradın mərkəzində iki erməni terrorçusu Türkiyə səfirinə hücum hazırladı. Nəticədə Türkiyənin Belqraddakı səfiri Qalib Balkar öldürüldü, onun sürücüsü Nekati Keyer isə qarnından yaralandı. Terrorçular gizlənmək istəyərkən Yuqoslaviya vətəndaşları tərəfindən tutuldular. Terrorçulardan biri atəş açaraq yuqoslaviyalı polkovniki yaraladı, öz növbəsində həmin terrorçu da yaralandı və mülki geyimdə olan polislər tərəfindən ələ keçirildi. İkinci terrorçu isə vətəndaşlara atəş açdı, nəticədə bir tələbə öldü, bir qız isə yaralandı. Bu aksiyaya görə cavabdehliyi CSAQ-erməni terror təşkilatı öz üzərinə götürdü.Hər iki terrorçu Krikor Levonyan və Rafi Elbekyan istintaqa cəlb edildi və Yuqoslaviya məhkəməsi tərəfindən mühakimə edildilər. Onlar 15 il həbs cəzası aldılar. Lakin cənab Levonyan 3 il sonra bəraət alaraq, azadlığa buraxıldı.
mənbə : http://www.ramilsafarov.org/

Açar sözlər: armenian terror ermeni terroru teror 

Yazar: Zyklon-B | Tarix: Mart 8, 2008 22:55 | Erməni terroru | Şərhlər(0) | Baxış sayı: 149

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha