Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
Müdafiə Nazirliyi: Ermənistanın hərbi rəhbərliyi Azərbaycana və beynəlxalq təşkilatlara atışmanın dayandırılması xahişi ilə müraciət edib APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, Ermənistan hazırda dezinformasiya yaymaqla məşğuldur: “ Düşmən Ermənistanda keçirilən saxta prezident seçkiləri ilə bağlı ölkə daxilində baş verən vətəndaş qırğınından dünya birliyinin diqqətini başqa səmtə yönəltmək üçün belə təxribatlara əl atıb. Amma bu, heç bir nəticə verməyib”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, ermənilərin atəşkəs rejimini pozmaqda məqsədlərindən biri də növbəti dəfə bu məsələdə Azərbaycanı təqsirləndirməkdir: “Amma beynəlxalq ictimaiyyət ermənilərin son hiyləsindən tam xəbərdardır. Artıq ermənilərin riyakar maskası tamam yırtılıb. Bu dövlətin işğalçı olduğu bütün dünyaya məlum olub”.
E. Sabiroğlu onu da qeyd edib ki, ermənilər itkilərinin gerçək sayını gizlətmək üçün KİV-lərində qeyri-obyektiv məlumatlar yayırlar: “Bu, birinci dəfə deyil. Onlar hər dəfə itkilərini ört-basdır etməklə məşğul olurlar. Düşmən hücuma keçərkən, ağır itkilərə məruz qalacağını əvvəlcədən hesablamalı idi. Çünki hücum edənin daha çox itkisi olur”.
E. Sabiroğlu onu da vurğulayıb ki, çaşqınlıq içində qalan Ermənistanın hərbi rəhbərliyi Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyindən, həm də beynəlxalq təşkilatlardan atışmanın dərhal dayandırılmasını xahiş ediblər.
Açar sözlər: azerbaijan_soldier müdafie_nazirliyi ermenistan karabakh war
Yazar: Zyklon-B | Tarix: Mart 5, 2008 23:48 | Xəbərlər, Azərbaycan, Qarabağ |
Şərhlər(0) | Baxış sayı: 135

