Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

azeri-soldierErmənistan Silahlı Qüvvələri Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi istiqamətində hücuma keçib. APA-nın Qarabağ bürosunun məlumatına görə, səhər saat 11.00 radələrindən hücuma keçən ermənilərlə döyüşdə Azərbaycan tərəfi itki verib.
Azərbaycan Ordusunun iki hərbçisi - Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Nemət Qusayev və Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Yusif Qasımov düşmənlə döyüşdə şəhid olub. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakinləri Əliyev Rəhman Süleyman oğlu və Heydərov Mirələm Knyaz oğlu isə güllə yarası alıblar. Təsdiqlənməmiş məlumatlara görə, şəhid olanların və xəsarət alanların sayı daha çoxdur. Qarşı tərəfin də xeyli sayda itki verdiyi bildirilir. Hazırda atışma davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, atışma davam edir, ətraflı məlumat daha sonra veriləcək.


Açar sözlər: war karabakh armenia terror azeri-soldiers 

Yazar: Zyklon-B | Tarix: Mart 4, 2008 22:24 | Xəbərlər, Qarabağ | Şərhlər(0) | Baxış sayı: 134

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha