Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!
Azərbaycan müharibəyə hazırlaşmalıdırudret hesenquliyev. 
Qüdrət Həsənquliyev: «Serj Sarkisyan Ermənistan prezidenti olduqdan sonra sülh danışıqlarını davam etdirməyin mənası yoxdur»
Ermənilər Qarabağ uğrunda müharibəyə nə mənəvi, nə də psixoloji cəhətdən hazırdır. Bunu Demokratik Seçki Mərkəzinin təşəbbüsü ilə keçirilən «Qarabağ forumu»nda Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, ermənilər başa düşür ki, regiondakı silahlanma yarışı gec, ya da tez müharibə ilə nəticələnəcək. Millət vəkilinin fikrincə, beynəlxalq danışıqlar təcrübəsi göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişinin həllində maraqlı deyil: «Belə bir vəziyyətdə biz ölkəni müharibə hazırlamalıyıq. İlk növbədə hərbi ehtiyaclara xərclənən vəsaiti artırmaq lazımdır. Məsələn, indi dövlət büdcəsinin 43 faizi tikinti-təmir işlərinə, cəmi 11 faizi isə orduya xərclənir. Əslində, bu, əksinə olmalıdır».
Qüdrət Həsənquliyevin fikrincə, Serj Sarkisyanın Ermənistan prezidenti seçilməsindən sonra biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll ilə bağlı xəyallardan əl çəkməliyik: «Sülh danışıqlarını davam etdirməyin mənası yoxdur. Ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq». /ANSPRESS/

Açar sözlər: qarabag muharibe qarabagh qudret-hesenquliyev karabakh 

Yazar: Zyklon-B | Tarix: Fevral 25, 2008 21:55 | Xəbərlər, Qarabağ | Şərhlər(0) | Baxış sayı: 121

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha