Türkçü, gününü gün edən və ya yaltaq bir insan ola bilməz. Sərt yaşamaqdan xoşlanar və ən böyük sərtliyi də nəfsinə qarşı göstərər. Tariximizdə qəhrəmanlıq və böyüklük bol bol olduğu üçün, bəzi kiçik millətlərin etdiyi kimi qəhrəman və qəhrəmanlıq icadına lazımlılıq görmədən, əsasən var olanların haqqını verməklə kifayətlənər. Beləliklə, milli qəhrəmanlarına hörmət göstərər, lakin milli qəhrəmanların qüsuru da varsa, söyləməkdən çəkinməz və heç bir səbəblə, qəhrəman olmayana qəhrəmanlıq payesi verməz. Hələ Türklüyün müqəddəsatını dağıdanı əsla bağışlamaz və bunları bağışlayanları düşmən sayar
Türkçü, təvazökar olmağa məcburdur. Çünki, özünü irəli sürmək, etdiyinin qarşılığını gözləmək və ya təqdir olunmaq üçündür. Halbuki təqdir gözləmək bir eqoizmdir. Türkçü, millətinə bir xidmət edərkən, bunu, bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün edər və edəcəyi ən böyük xidmətin belə, adı sanki bilinmədən ölüb məzarsız yatan şəhidlərin xidməti yanında çox kiçik qalacağını bilər.
Türkçülük, yüksəlmək üçün deyil, yüksəltmək üçündür. Birliklər, fədakar fərdlərinin çoxluğu nisbətində yüksələr.
Türkçülük, bir fikir olduğu qədər də inancdır. İnanc olduğu üçün də müzakirəsiz, tənqidsiz qəbul olunar. Onun müzakirə ediləcək və tənqid olunacaq tərəfi təməli, əsası deyil, detallarıdırTürkçülər, həmrəylikli yaşamağa məcburdur. Həmrəylik, az qüvvətlə çox iş görmənin tək və dəyişməz çarəsidir. Həmrəylik olmayan yerdə, için-için bir çəkişmə var deməkdir. Türkçü, ülküdaşları ilə olacaq bir dolanışıqsızlığın ideala zərər gətirəcəyini bilər
Türkçü heç şübhəsiz, Türkdən olar. Lakin hər "Türkçüyəm" deyən Türkçü deyil. Səmimi olması və Türkçülüyün şərtlərinə uyması lazımdır.Türkçülüyün ən böyük vəzifəsi Türklüyə xidmətdir. Bunun da baş şərtlərindən biri, ətrafında olanlara Türklük sevgisini peyvənd etməkdir. O, yorulmadan, bezmədən, Türk soyunun üstünlüyünü izah edəcək xaricilərin təhlükəsini söyləyəcək, Türk əxlaqının gərəklərini bildirəcək, barışmaz düşmənimizin Moskva olduğunu təlqin edəcək
Moskvaçı kommunistin vətən xaini olduğunu ən yaxşı və hər kəsdən əvvəl anlayan Türkçülərdir. Onun üçün kommunistlərlə hər yerdə, hər vasitə ilə, hər şəkildə döyüşəcəklər.
Qısacası, Türkçülər, XXI. əsrdə Türk millətinin fədakarlarıdır!!!
