7 nəhəng şirkətin hekayəsi
"FORTUNE 500" jurnalı dünyanın ən nəhəng şirkətlərinin siyahısını açıqlayıb. Siyahıda olan nəhəng şirketlər arasında IBM, Siemens, Sony, HP, Samsung, Dell və Nokia şirkətləri də yer alıb.
Qeyd edək ki, hazırda çox məşhur olan və məhsullarından əksəriyyət insanların istifadə etdikləri bu nəhəng şirkətlərin çox maraqlı yaranma tarixçələri var. Məsələn, HP iki dost tərəfindən bir qarajda yaradılıb. Samsung, yol üçün qurudulmuş balıq ixracatıyla, Dell isə fəaliyyətə cəmi min dollarlıq sərmayə ilə başlayıb. Ümumilikdə isə bu yeddi nəhəngin yaranma tarixi belədir:
Ölkə: Cənubi Koreya
CEO: Kun-Hee Lee
Gəlir: 47.6 milyard dollar
Mənfəə: 5.6 milyard dollar
Aktivləri: 54.7 milyard dollar
İşçilərin sayı: 80.000
FORTUNE siyahısındakı yeri: 59
1938-ci il martın 1-də Byung Chull Lee işə başladığı zaman şirkəti qurudulmuş balıq, səbzə və meyvə ixrac edən bir qurum idi.1951-ci ilin yanvar ayında Samsung olaraq ticari fəaliyyətə başlayan şirkət, bir-birinin ardıca bir neçə şirkətə sahiblənib bvə 1969-cu ildə Samsung -Sanyo Electronics adını alıb.1970-ci illərdə kimya, neft-kimya kimi bir çox sahələrə daxil olan Samsung, elektron ev əşyaları istehsal edərək həm ölkədaxili və həm də ölkə xaricində tanınan markaya çevrilib. 1980-90-cı illərdə şirkət dünyanın ən böyük beş texnologiya şirkəti arasında yer alıb. Bəzilərinin fikrincə, Samsung Cənubi Koreyanın inkişafında təməl güc rolunu oynayıb. Samsung şirkətinin fəlsəfi öz ölkələrinin sərhədlərini aşaraq bütün dünyanın daha yaxşı yaşayış standartlarına çatmasını təmin etməkdir. Şirkətin hazırki CEO-su Kun-Hee Lee, şirkət olaraq hədəflərinin, "fəaliyyət göstərdikləri bütün sahələrdə dünya liderliyi"olduğunu açıqlayıb.
"qramafon təmirilə işə başlayıb"
Ölkə: Yaponiya
CEO: Nobuyuki ldei
Gəlir: 61.3 milyard dollar
Mənfəət: 948 milyon dollar
Aktivləri: 70.5 milyard dollar
İşçilərin sayı: 161.100
FORTUNE 500 siyahısındakı yeri: 32
Şirkətin yaradıcılarından İbuka və Akio Morta müharibə zamanı Yaponiya Precision İnstrument şirkətində 20 gənc mühəndis dostu ilə birlikdə gecə-gündüz işləyib. II Dünya Müharibəsində əsas vəzifəsi,yeni hərbi təhcizat istehsal etmək və onları sınaqdan keçirmək olan İbuka,üharibə bitdikdən sonra, 1946-cı ildə Tokio Telecommunications Engineering Corporation şirkətini yaradıb. Sonrakı illərdə Sony markasını yaradan İbukanın yeni yaratdığı şirkəti, ilk olaraq qramafon təmirilə fəaliyyətə başlayıb.1955-ci ildə isə, ilk transistorlu radionun istehsalına başlayıb. Qeyd edək ki, Sony markası latınca səs mənasını verən "sonus" və kiçik uşaq mənasını verən "sonny" sözlərinin birləşməsi ilə yaranıb. Şirkət bu adların birləşməsi ilə "enerjili və çılğın gənc qrupun sərhədsiz yaradıcılığını" ifadə etmeyə çalışır.Sony-nin istehsalı olan digər məhsullar sırasında: Trinitron Rəngli Televiziya, 1968-ci il; rəngli video kasset, 1971-ci i; ev istifadəsi üçün nəzərdə tutlan video cihazı Betamax VCR, 1975-ci il; Walkman,1979- cu il; 3.5 mikro floppy disk, 1989-cu il; elektron kamera, 1981-ci il CD disk, 1982-ci il; 8 mm video, 1988-ci il; digital VTR, 1985-ci il məhsulları da yer alır. ![]()
[HP]
"İki dost qarajda yaradadıblar"
Ölkə: ABŞ
CEO: Carletos S. Fiorina
Gəlir: 56.5 milyard dollar
Mənfəət: 903 milyon dollar
Aktivləri: 70.7 milyard dollar
İşçilərin sayı: 141.000
FORTUNE 500 siyahısındakı yeri: 40
Bill Hewlett və David Packard iki həftəliyinə getdikləri Colorado Dağlarında bir düşərgədə balıq tutarkən tanış olublar. Məhz bu tanışlıqdan sonra, David Packardın Californiya, Palo Altodakı evini arxa tərəfində yerləşən qarajda şirkətin təməli qoyulub.Beləliklə iki dost bu qarajı kirayəyə götürərək, 538 dollar sərmayə ilə işə başlayıb.HP-nin ilk məhsulu Hewlett və Packard tərəfindən bu kiçik qarajda yaradılan və səs sistemlərini sınaqdan keçirmək üçün istifadə edilən HP 200AA səs aparatı idi.İki dostun ilk müştərisi,"Fantasia" filmi üçün yeni bir səs sistemi axtaran Walt Disney Studiyaları olub.1940-cı illərdə David Packard, "Ətrafda Gəzişərək İdarəetmə" konsepsiyasını yaradıb və HP "açıq qapı" siyasəti ilə idarəçilərin hər səviyyəli işçiylə görüşməyə və yeni fikirlərə açıq olduğu, qarşılıqlı inam və razılığa əsaslanan bir idarəetmə tərzi yaradıb.HP, 1951-ci ildə yüks\ək sürətli tezlik sayğacı HP 524A-nı icad edib.1968-ci ildə isə dünyanın ilk elmi masaüstü hesab maşını HP 9100-u istehsal edib.2002-ci ilin 11 mayında isə rəqibi olan digər bir komputer nəhəngi Compaqla birləşib. ![]()
"Komputeri evlərə gətirdilər"
Ölkə: ABŞ
CEO: Samuel J. Palmisano
Gəlir: 83.1 milyard dollar
Mənfəət: 3.5 milyard dollar
Aktivləri: 96.4 milyard dollar
İşçilərin sayı: 315.889
FORTUNE 500 siyahısındakı yeri: 19
Şəxsi komputerlər gündəlik həyatımıza 1980-ci illərin əvvəllərində IBM sayəsində daxil olub.IBM-in təməlini qoyan Computing Tabulating Recording Company (C-T-R) 1911-ci ildə qurulsa da, şirkətin kökləri 19-cu əsrin sonlarına gedib şıxır.Qeyd edək ki, IBM-in təməlini qoyan C-T-R, üç şirkətin -İnternational Time Recordig Company, Computing Scale Company və Tabulating Machine Company birləşməsilə meydana gəlib.Bu şirkətlərin köklərində yaratdıqları maraqlı icadlar dayanır.IBM-in ulduzunun parlaması isə ABŞ-ın sürətli əhali miqrasiyasını izləyə bilmək üçün ABŞ məskunlaşma Bürosunun açdığı texnologiya yarışina təsadüf edib."Punch Card Tabulating Machine"la yarışda qalib gələn almn əsilli mühacir Herman Hollerith, 1896-cı ildə Tabulating Machine Company-ni qurub və daha sonra dünyanın ilk elektrikli cədvəlyaratma və hesab maşınlarının patentini alıb.C-T-R Charles F. Flintin rəhbərliyilə1911-ci ildə yaradılır və şirkət ticari tərəzilər, vaxt ölçən sənaye cihazları, cədvəl yaratma və Punch kart maşınları ilə texnologiya istehsalına başlayır.1914-cü ildə IBM-in yaradıcısı olan Thomas J. Watson şirkətə rəhbər təyin edilir və bu vəzifəni 11 ay davam etdirir.Watson tərəfindən yaradılan "THINK" sloqanı şirkətin sloqanı olaraq müəyyənləşdirilir. Daha sonralar bu sloqan "Məlumatın beş addımı" halına salınır: Oxu, Dinlə, Müzakirə et, Müşahidə et, Düşün. 1924-cü ildə şirkət gördüyü işə uyğunlaşdıraraq, adını International Business Machines Corporation (IBM) edir.
![]()
Ölkə: Almaniya
CEO: Heinrich V. Pierer
Gəlir: 77.2 milyard dollar
Mənfəət: 2.3 milyard dollar
Aktivləri: 77.0 milyard dollar
İşçilərin sayı: 484.000
FORTUNE 500 siyahısındakı yeri: 21
1847-ci ildə Werner fon Siemens tərəfindən ilk nöqtə vuruluşlu teleqrafın yaradılmasından sonra Siemensin yaradılmasında ilk addım da atılmış oldu. 1848-ci ildə The Siemens & Halske Telegraph Construction Company olaraq adını dəyişdirən şirkətin Avropanın ilk uzaqdan rabitə yaradan elektrik teleqraf xətti Berlindən Frankfurta çəkilib və uzun məsafələr arası rabitəyə vasitəçilik edib. 1853-cü ildə Rusiya Dövlət Teleqraf Şəbəkəsinə investisiya qoyuluşuna başlanıb. Şirkətin ixtiraları arasında 1866-cı ildəki Werner Siemensin dinamo-elektrik prinsipi də yer alır. Bundan sonra ilk elektrik avtomobil Berlin yaxınlığında Lichterfeldeddə təcrübədən keçirilib. Siemens 1868-1870-ci illər arasında, Hindistan-Avropa arasındakı yarımstruktrunu quraraq, beləcə Avropanın ilk teleqraf strukturunu da yaradıb. Qeyd edək ki, Kəlkütdən başlayan teleqraf telləri İran, Rusiya, Krım və Almaniyadan İngiltərəyə qədər uzanırdı. ![]()
"Ağac materialları və kağız istehsalı iıə başlayıblar"
Ölkə: Finlandiya
CEO: Jorma Ollila
Gəlir: 28.3 milyard dollar
Mənfəət: 3.1 milyard dollar
Aktivləri: 24.4 milyard dollar
İşçilərin sayı: 51,748
FORTUNE 500 siyahısındakı yeri: 136
Nokianın tarixi Fredrik İdestamnın Cənub-Şərqi Finlandiyada, 1865-ci ildə ağac sənayesi işinə girməsi ilə başlayır. Daha sonra kağız istehsalı işinə başlayan şirkət 1871-ci ildə NOKIA adını alıb. O zamana qədər ağac özəyi işlətməkdən sellüloz işinə qədər bütün sahələrdə fəaliyyət göstərən şirkət, daha sonra elektrik istehsalı edib. 1967-ci ildə üç şirkət Nokia Corporation olaraq birləşib. 1980-ci illərin əvvəllərində, Nokia İsveçdən Mobira, Salora, Televa və Luxoru alaraq, telekommunikasiya və istahlakçı elektronikası bazarlarındakı statusunu gücləndirir. 1987-ci ildə isə, Alman Standard Elektrik Lorenzin istehlakçı elektronik fəaliyyətlərini və istehsal işini və fransız istehlakçı elektronika şirkəti Oceanici alır. 1987-ci ildə həmçinin, İsveçrənin kabel mühərriki şirkəti olan Mailleferi öz tərkibinə daxil edir. 1980-ci illərin sonlarında Ericssonun rəqəmli sistemləri bölməsinin alınması ilə ən böyük Skandinaviya İnformasiya Texnologiya Şirkəti halına gələn Nokia, 1989-cu ildə Hollandiyalı kabel şirkəti NKF-yə də sahib olaraq, kabel sənayesini Avropa qitəsinə yaydı. ![]()
"Min dollarlıq sərmayə ilə başlayıb"
Ölkə: ABŞ
CEO: Michael Dell
Gəlir: 35.4 milyard dollar
Mənfəət: 2.1 milyard dollar
Aktivləri: 15.4 milyard dollar
İşçilərin sayı: 39,100
FORTUNE 500 siyahısındakı yeri: 105
1984-cü ildə sadəcə min dollar sərmayə ilə qurulub. Komputerləri müştərilərə birbaşa satma fikrilə ortaya çıxan Michel Dell tərəfindən qurulan Dell Computer, bu fikri və uğurları ilə qısa müddətdə geniş şöhrət qazanıb. 1965-ci il təvəllüdlü Michael Dell, şirkətini Fortune 500 siyahısına salmağı bacaran ən gənc iş adamı rekorduna da sahibdir. Dell, 1985-ci ildə dizaynı ilə Turbo adlı bir komputer istehsal edərək işə başlayıb. Sonralar isə 1991-ci ildə öz markası ilə ilk notebooku istehsal edib. 1990-cı ildə İrlandiyada bir istehsalat şirkəti açan firma, Avropa, Orta Şərq və Afrikaya da xidmət göstərməyə başlayıb. İlk notebook komputerini 1991-ci ildə istehsal edən şirkət, 1993-cü ildə dünyanın ilk beş komputer istehsal edən şirkətlər sırasına daxil olmağı bacarıb. 1997-ci ildə isə şirkət 10 milyonuncu komputerini istehsal edib.

Kim yazibsa heqiqeten maraqli movzu idi.herkesin gundelik istifade elediyi ,arkalarin tarixini bilmeside maraqli gelir insana.nece deyeller ellerinize sagliq. ok naxcivan Elchin
İyul 12, 2008 12:29