Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

erdoğan“Kimin kimi yurdundan qovduğunu, kimin soyqırım törətdiyini Dağlıq Qarabağ hadisələri açıq-aydın göstərir”

  

  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Münhendə keçirilən 44-cü Münhen təhlükəsizlik konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın verdiyi suala sərt cavab verib. Türkiyə vətəndaşı olmayan 40 min erməninin bu ölkədə yaşadığını bildirən Ərdoğan, “Görəsən ermənilər niyə Ermənistandan və başqa ölkələrdən qaçıb mənim ölkəmə gəlirlər? Bu sualı öz-özünüzdən soruşun. Niyə gəldilər? Çünki Türkiyə sülh ölkəsidir” – deyə Rəcəb Tayyib Ərdoğan Oskanyanın sualına sərt reaksiya verib.

    Ermənilərdən Dağlıq Qarabağı tərk etmələrini tələb edən Ərdoğan bütün dünyanın Ermənistanı işğalçı tövlət kimi tanıdığını vurğulayıb. Baş nazir Minsk Qrupunun Qarabağla bağlı qərar vermədiyi üçün prosesin ləngidiyini vurğulayıb.

    “Çıxın Qarabağdan. Tərk edin o yerləri. Orada yaşayan minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlı öz yurduna, yuvasına qayıtsın. Onlar hamısı bizim soydaşlarımızdır. Bu fikrə müsbət yanaşın, sizin də sülh prosesində dəstəyiniz olsun. Kimin kimi evindən, yurdundan qovduğunu, kimin soyqırım törətdiyini Qarabağ hadisələri açıq-aydın göstərir” – deyə baş nazir Ərdoğan bildirib.

    Ərdoğan daha sonra 1915-ci il qondarma erməni "soyqırımı" hadisələrindən də bəhs edərək, “bununla bağlı əlinizdə hansı sənədlər var? Mən 2005-ci ildən bəri arxivləri açmışam və 1 milyondan yuxarı sənədi ortaya çıxarmışam. Siz də arxivlərinizi açın və tarixçilər bunu qarşılıqlı araşdırsın” – deyib. /ANS PRESS/


Bookmark and Share

Açar sözlər: xəbərlər haberler erdoğan qarabağ 

Yazar: Zyklon-B | Tarix: Fevral 9, 2008 21:43 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 112

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha