
Moskva xidmətçisi olduqları üçün Turancılığın Rusiyanı aşırtmasından qorxanların müxalifətini qənaət bəxş hesab etmirəm.
Əvvəl, Turancılıq bir macəradırmı, onu ələ alaq:
Turancılığın macəra olduğu haqqındakı düşüncə, Birinci Dünya Müharibəsində Ənvər Paşanın Qafqaz cəphəsindəki hərəkətlərinin müvəffəqiyyətsizlik və böyük itkinlərlə sona çatmasından çıxmışdır. Bir çiçəklə bahar gəlmədiyi kimi bir müvəffəqiyyətsizliklə bir düşüncənin səhvinə hökm etmək də möhkəm bir məntiqin əsəri sayılmaz. Ənvər Paşanın cəsur bir əsgər, lakin səlahiyyətsiz bir komandir olduğu artıq hər kəs tərəfindən bilinməkdədir. Bundan başqa Ənvər Paşanı saf bir Turancı saymaq da səhvdir. İttihatçılar həm Turancı, həm də İslam birlikçisi idilər. Həm Qafqazı, həm də Misiri almaq istəyirdilər. Bundan başqa vaxtsız Qafqaz hücumu Turancılıq düşüncəsiylə deyil, müttəfiqimiz Almanlar üzərindəki yükü yüngülləşdirmək məqsədiylə edilmişdi.
Macəraçılığa gəlincə, bu söz üzərində yaxşı və ciddi düşünmək lazımdır. Hər macəraçılıq bir səhv olmadığı kimi hər ehtiyat da tədbirli bir davranış deyil. İnsanlığın tarixi siyasət, əsgərlik və elm sahəsindəki macəralarla doludur. Kristofor Kolombun qərbə gedərək Hindistana çatmaq istəməsi bir macəra idi. Bir sal ilə Atlantiki keçmək də elədir. Öz yaxın tariximizə baxsaq Mustafa Kamal Paşanın Samsuna çıxması da bir macəradır. Bir çoxlarının buna qatılmayışı vətənpərvər olmayışlarından deyil, müvəffəqiyyət ehtimalı görməmələrindən idi. Lakin o, yaxşı hesab etməsini bildiyi üçün, başqalarının Türkiyəni batıracaq bir macəra deyə müxalif çıxdıqları təşəbbüsünü parlaq bir şəkildə bitirdi.
Daha köhnə tariximizdə Baburun 10.000 adamla Hindistana dalması, Yavuzun 30.000 adamla çölü keçərək Misirə girməsi bir macəra deyildi? Bəli, Napolyon və Hitlerin Moskva səfərləri də macəra idi amma onlar müvəffəqiyyətsizliklə bitdi deyə bəridəkilərin dəyəri azalarmı?Yəhudilərin artıq Ərəb vətəni olmuş torpaqlarda İsrail dövlətini qurması çaşdırıcı bir macəra deyilmi?
Təhlükəsiz yaşamaq istəyənlər intihar etsin. Həyat və kainat təhlükələrlə doludur. Təhlükə fərdlər üçün də, millətlər üçün də, torpaqlar üçün də vardır. Qorxunc bir zəlzələ bir neçə saatda Anadolunu suların altına basdıra bilər. Dünyaya yaxın keçən bir kometanın boğucu qazları bir neçə milləti birdən yox edə bilər. Dünyanı orbitindən çıxaracaq böyüklükdə bir meteorit kürəmizə çarparaq dünyanın qiyamətini qopara bilər. Bir neçə millət birləşərək bir gecə Türkiyənin üzərinə 500 hidrogen bombası atdıqdan sonra xüsusi geyimlə əsgərlərini yurdumuza soxa bilər.
Bütün bu ehtimallar var deyə key key oturub tək fabrik qurmaq, futbol maçlarını seyr edərək qışqırmaq, gözəllik müsabiqələri etmək, universitetlərdə bir sıra xeylilərin əsərlərini təhlili etməkləmi vaxt keçirəcəyik? Bunlarla millət yaşamaz. Millət bir heyvan sürüsü deyil. Millət, milli bir hədəf istər. Ancaq o hədəfi gördüyü zaman sürü olmaqdan çıxıb insanlaşar, eqoist olmaqdan xilas olub fədakarlaşar.
Bizim üçün ən müqəddəs hədəf Turancılıqdır. Köhnədən necə bir idiysək yenə birləşəcəyik deyə özünü bir ideala həsr etməkdən daha müqəddəs nə ola bilər? Bütün Növləri birləşdirmək haqqımız və vəzifəmizdir. Bizdən zorla qoparılanı geri almaq ədaləti yerinə yetirməkdir. Turancılıq bir böyüklük düşüncəsidir. Böyüklük düşüncəsi zadəgan bir düşüncədir.
Turancılığı, bütün Növləri tək mədəniyyət sahəsində birləşdirmək deyə anlamaq boş və səhvdir. İctimai bir qanundur ki mədəniyyət birliyi ancaq siyasi birlik sonunda doğular. Türkə düşmən millətlərin hakimiyyətindəki Türkləri mədəniyyətdə birləşdirməyə imkan varmı? Xarici millət buna icazə verər mi? Sovetlər Birliyində əlifbası ayrılmış, yerli ləhçəsi ədəbi dil halına gətirilmiş Qazağ, Qırğız, Özbək, Türkmən, Tatar və Başqırdı hansı qüvvətlə, hansı metodla tək mədəniyyət içində bizimlə birləşdirə bilərsən? O qədər gücün varsa zatən ordularını icra edib o ölkələri qurtarmaq əlində deməkdir. Ondan sonra mədəniyyət birliyi üçün qurultayını toplar, əks halda mədəniyyət birliyini heç bir zaman qura bilməzsən.
Bu gün Türklər arasındakı mədəniyyət birliyi ancaq könül birliyi, tək millət olmaq şüuru, bir az da dil birliyi halında yaşamaqdadır. Lakin bu gedişlə 50 il sonra dillər ayrılacaq. O zaman nə olacaq? Onlar artıq başqa millət oldu deyərək miskin bir təvəkküllə bu oldu bitdini qəbulmu edəcəyik, yoxsa köhnə yurdları və soyumuzun qoparılmış parçalarını qurtarmaq üçün, döyüş də daxil, hər şeyi gözəmi alacağıq? Əlbəttə gözə alacağıq. Şübhəsiz zamanı gözləmək, hesabları yaxşı etmək şərti ilə... Siyasi sərhədlər xaricindəki Türklərlə məşğul olmaq macəra isə Türk təyyarələri Kiprə niyə hücum etdi? Hətta Amerikan donanması mane olmasaydı Kiprə niyə çıxılacaqdı? Qərb Trakya Türkləriylə, Kərkük Türkləriylə, niyə bu qədər maraqlanılır? Dünən "Hatay" idi. Bu gün "Kipr", sabah "Qərb Trakya" və "kərkük", o biri gün "Azərbaycan" və daha sonrası... Bu, budur. Kimsə başını quma soxmasın. Turancılığa müxalifətin bir müxtəlifi də Türkiyə xaricindəki Türklərdən xəbərsiz olmanın nəticəsidir. Daha çox yaxında bir məlumatlı adamın, bir yığıncaqda gənclərdən birinə "Hunlar da mı Türk" deyə soruşduğunu izah etdilər. Hunların Türk, hətta qismən Oğuzların ataları olduğunu bilmədən yaşayan məlumatına nə deyilir? Məgər o, milli tarixi Malazgird Zəfəriylə başlayır sanarmış. Xeyirli yuxular deyib keçək... Bir də Türk soyundan gəlməmənin verdiyi qeyri milli şüurla Anadolunu bir stəkan, içindəki milləti bir kokteyl, Türkləri də bu kokteylə ən son qatılan içki saymaq kimi sayıqlama var ki tərəfdarları bəzi ruh xəstələrindən ibarətdir. Tariximizi Malazgirdlə və ya İznik şəhərinin alınmasıyla başladanlara soruşmalı: İzniki paytaxt edənlər və ya Malazgird döyüşünü qazananlar daha əvvəl nə idilər? Harada idilər? On birinci əsr tarixin projektorları altındakı bir əsrdir. O adamların harada və nə olduqlarını gözlər önünə dərhal sərər. Beləcə də Türk Dövlətləri deyilən obyektin bir-birini qovan Türk xanadanları olduğu, əslində bir tək dövlət olub fetret zamanlarında ikiyə, üçə bölündüyü və bunun Tanrıkuta qədər geriliyə doğru uzandığı ortaya çıxar. Turancılıq idealı kimi milləti sürətləndirici, əxlaqa və ərdəmə söykənən müqəddəs bir idealı tənqid etmək üçün ya damarlarındakı qanı xarici hiss etmək, ya kommunist yəni vətən xaini, yaxud da milli tarixi Malazgirddən başladacaq qədər cahil və axmaq olmaq lazımdır. Hüseyin Nihal Atsız (Ötüken, 30 Aprel 1973)Mənbə: www.atsizcilar.com
Türkcədən çevirən: Zyklon-B
Açar sözlər: türkçülük turan türk
Şərhlər
yashasin turk milleti
yashasin turan
yashasin azerbaycan

Bizim Hormetli dildashimize Salam!
Yanvar 28, 2008 15:42Ezizim! senin site inizi elave etdim.
Arzu edirem bizim elaqalarimiz davamli galsin.
Menim Farsce weblogim:
http://qizilyurt.blogfa.com