Türkçülük, Türk milliyətçiliyinin adıdır. Sözün sonundakı şəkilçi, yerinə görə,mənsubluq, sevgi, tərəfdarlıq bildirən bir şəkilçidir. Türkçülük də Türk sevgisi və tərəfdarlığı demək olduğuna görə, söz, yerində işlədilib. Başqa millətlərin Türk tərəfdarlığı və sevgisi bu sözlə ifadə oluna bilməz. Onsuz da başqa millətlərin Türkü sevməsi də gerçək bir sevgiyə deyil, keçici nəzakətə, mənfəətə ,siyasi zərurətlərə işarədir. Türkü, doğrudan, Türkdən başqası sevməz.
Türkçülük bir məfkurə-idealdır. İdeallar, millətlərin mənəvi qidasıdır. İdealsız millətlərin ən bəxtlisi də ölgün və sönük qalmağa məhkumdur. Əgər bu millət bəxtli də deyilsə, onun sonucu yenilmək, əzilmək, hətta yox olmaqdır.
İdeallar, gerçəklə xəyalın birləşməsindən doğmuş olan, dünənə baxaraq ertəsini gününü arayan, millətlərə inkişaf yolunda sürət verən və uğrunda ölünən ulu diləklərdir. Millətlər, ölə bildikləri qədər yaşamaq haqqına sahibdirlər.
Türkçülük, böyük Türkelində, Türk ulusunun qeyd-şərtsiz hakimiyyəti və azadlığı ilə Türklüyün hər yöndən bütün millətlərdən irəli və üstün olması idealıdır.
Bu ideal, keçmişdə, bir neçə dəfə gerçəkləşib. Ulu Türkçülük idealı və inancı ilə yetişən gənclik sayəsində yenidən gerçək olacaq.
Türkçülük, dünən bir qaynaqdı, bu gün çaydır.Bu çay ertəsi gün daha da coşğunlaşacaq və önündə yad düşüncə və duyğulardan ibarət əngəllər yıxılacaq.
Türkçülük beş qaynaqdan gəlir*:
1.Kökü çox əskilərə dayanan və Türk ulusunun şüuraltında minillərdən bəri yaşayan milliyətüilik;
2.Türklərin 450 ildən bəri çəkdikləri çətinliklər;
3.Azərbaycanın bölünməsi;
4.Fars və rus şovinizmi;
5.Yurdumuzun Türksüzləşdirilməsi istəkləri;
Bu beş qaynaqdan gələn düşüncələr bir-birilə qaynayıb-qarışıb yoğrularaq bugünkü Türkçülük ortaya üıxıb. Türklər, Türkçülüklə güclənəcək, qurtulacaq, irəliləyəcək, yüksələcəklər.
Bir millət yüksəlmə iradəsini daşımazsa, özünə güvənməzsə, başqalarını yamsılamaqdan başqa bir şey etməzsə, keçmişiylə öyünməzsə, başqalarından üstün olmaq istəməzsə, ideal üçün ölümü gözə almazsa, savaşdan qorxarsa, o millət içindən çürümüş deməkdir.
Bu gün ideallar və qəhrəmanlar çağında yaşayırıq.Keçmiş haqlara söykənərək iddiaların irəli sürüldüyü, gələcəyə dair hesabların görüldüyü günlərdəyik. Sel tək axan qanların, güllə və bomba səslərinin içində ertəsi günün nələr hazırladığını bilə bilmirik. Bu qasırğa arasında, millətlərin gələcəklərini qurmaqdan ötrü yalnız keçmişlərini yada salaraq milli ideallarına sarıldıqlarını görürük. Keçmişi olmayanlar,ya da olub da unudanlar,milli idealı tapılmayanlar bir-bir devrilib sıradan çıxırlar.
İnsanlığın tarixində böyük qasırğalar əskidən zaman-zaman gəlib keçərdi. Get-gedə bu qasırğalar sıxlaşır. Bu gedişlə tarix, sonsuz qasırğalardan ibarət olaraq qalacaq kimi görünür. Bu gün ayaqda qala bilmək üçün əskisi kimi sağlam olmaq yetmir. Çox güclü, çox sağlam, çox sərt, çox ürəkli olmaq gərəkli olur. Bunun da birinci şərti, Türkçülüyə bərk-bərk sarılmaqdır. Çaşqınlıqda olan, ürkən, yolundan sapan millətləri, tarix bağışlamır.
Türkçülük idealı bizdən amansız bir vəzifə əxlaqı istəyir. Zabit heç yorulmadan saatlarla təlimini keçərsə, müəllim bezmədən öyrədicilik işini görərsə, məmur sinirlənmədən xalqın rahatlığı üçün işləməyə davam edərsə, həkim hər şeydən öncə yurddaşlarının sağlamlığı ilə maraqlanarsa, şagird hər şeydən öncə dərsini oxumağı düşünərsə və bütün görəvlər, vəzifələr arasında “əyri-üyrülük” olmadan bir ahəng qurularsa, aşağıdakılar yuxarıdakıların buyruğunu saymamazlıq saymaz, yuxarıdakılar da aşağıdakıların doğru düzəlişlərinə acıqlanmazlarsa, bütün qarşılıqlı işlərdə, görüş və söhbətlərdə nə ikiüzlülüyə varan saxta nəzakət, nə də qabalığa varan sərtlik olmazsa, görəvin, vəzifənin bizdən istədiyi görülmüş olar.
Gerçəkdən Türkçü olmaq asan deyil. Hər önünə gələn Türkçü ola bilməyəcəyi kimi, hər Türkçüyəm deyən də Türkçü ola bilməz.
Hər Türkçü, olduğu yerin tapşırığını inamla görərsə, Türkçülük idealı sağlamlaşar, Türkçülük güclənər.
Türkçülərin ilk işi, tapşırıqlarını, arınmış könül və inanmış ürəklə görməkdir.
Hüseyn Nihal Atsız,1 oktyabr 1943
