Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

Semed Vurgun

Səməd Vurğun

Səməd Vurğun (təxəllüsü; tam adı və familiyası: Səməd Yusif oğlu Vəkilov; 21.3.1906, indiki Qazax rayonunun Yuxarı Salahlı k.-27.5.1956, Bakı) - Azərbaycanın xalq şairi (1956), Azərbaycan Elmlər Akademiyası (1945), fəxri elmlər doktoru (1956), Azərbaycanın əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət mükafatı laureatı (1941,1942). 1918-ci ildə Qazax müəllimlər seminariyasına daxil olmuş, seminariyanı bitirdikdən monra (1924) Qazax, Quba və Gəncədə müəllimlik etmişdir. 1929-31-ci illərdə II Moskva Dövlət Universitetinin, sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun və V.İ.Lenin adına APİ-nin aspiranturasında oxumuşdur (1931-33). Azərbaycan Sovet Yazıçıları İttifaqının məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan EA-nın vitse-prezidenti (1954-56) olmuşdur.
Yaradıcılığa 20-ci illərin əvvəllərində başlamışdır.
      "Komsomol poeması" (1931-56), "26-lar", "Talıstan" (1935), "Bəsti" (1937) poemalarını yaratmışdır.
      Xalq həyatının, onun mübarizələrlə dolu tarixinin, mənəvi qüdrətinin inikası üçün S.Vurğun romantik qəhrəmanlıq dram canrına müraciət etdi ("Vaqif", 1937; "Xanlar", 1939; "Fərhad və Şirin", 1941).
      Gələcəyə nikbin baxış, insanın zəka və kamalının, həqiqətin qələbəsinə dərin inam "Bakının dastanı" (1944) poeması, "İnsan" (1945) mənzum romantik-fəlsəfi dramı və s. əsərlərinin də səciyyəvi xüsusiyyətləridir. "Muğan", "Köhnə dostlar" (1949), "Aygün" (1951) poemalarında şair zəngin mənəvi-əxlaqi keyfiyyətlərə malik adamları bədii obrazlarını yaratmışdır. "Zəncinin arzuları" (1948) poeması, "Avropa xatirələri" (1950) şer silsiləsi və s. əsərləri sülh, milli azadlıq və demokratiya uğrunda mübarizəyə həsr olunmuşdur.
      Azərbaycan Dövlət Himni mətninin müəlliflərindəndir.
      S.Vurğun Azərbaycan və dünya ədəbiyyatı klassikləri haqqında, bədii yaradıcılıq, ictimai-siyasi və mədəniyyət məsələlərinə həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifidir.
      A.S.Puşkinin "Yevgeni Onegin", Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" (bir hissə), Nizami Gəncəvinin "Leyli və Məcnun" poemalarını, M.Qorki, T.Q.Şevçenko, Xaqani, Cambul və başqalarının bəzi əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmiş, pyesləri xarici ölkə teatrlarında tamaşaya qoyulmuşdur. "Komsomol poeması" və "Aygün" əsərləri ekranlaşdırılmış, şerlərinə musiqi bəstələnmişdir.
      S.Vurğun görkəmli ictimai xadim idi. O, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuş (1950-ci ildən), beynəlxalq sülh məclislərində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin (1-4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (1-ci çağırış) deputatı idi.


Bookmark and Share

Açar sözlər:

Yazar: Zyklon-B | Tarix: Dekabr 22, 2007 22:41 | Kim-Kimdir | Şərhlər(0) | Baxış sayı: 181

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha